Icma.az
close
up
RU
ADAU da elmi praktik konfransı keçirilib FOTOLAR

ADAU da elmi praktik konfransı keçirilib FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Dayanıqlı inkişaf çərçivəsində aqrar elm və təhsilin inteqrasiyası” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.
"Unikal"
xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Universitetin rektoru Zəfər Qurbanov tədbir iştirakçılarını salamlayaraq ölkədə aqrar sahənin inkişafının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. O bildirib ki, dayanıqlı inkişafın təmin olunması üçün aqrar təhsil və elmin inteqrasiyası, elmi-tədqiqat işlərinin müasir tələblər əsasında təşkili və innovativ texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Rektor ADAU-da aparılan yenilənmə prosesləri, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, infrastrukturun modernləşdirilməsi və tələbələrin praktiki bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə məlumat verib. O vurğulayıb ki, konfrans elm, təhsil və istehsalat arasında əməkdaşlığın möhkəmlənməsinə, həmçinin aqrar sahədə yeni yanaşmaların müzakirəsinə mühüm töhfə verəcək.
Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin elmi işlər üzrə prorektoru Pərvin Kərimzadə universitetlər arası elmi əməkdaşlığın əhəmiyyətini qeyd edərək konfransın yeni tədqiqat imkanları yaratdığını bildirib. O əlavə edib ki, aqrar sahədə dayanıqlı inkişafın dövlət siyasətində prioritet kimi müəyyənləşdirilməsi bu kimi tədbirlərin əhəmiyyətini daha da artırır və gənc mütəxəssislərin təşəbbüskarlığının gücləndirilməsinə xidmət edir.
ADAU-nun aqrar maarifləndirmə fəaliyyətinə verdiyi töhfələri yüksək dəyərləndirən Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bu tip tədbirlərin region üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
“SOCAR Green” şirkətinin direktoru Elmir Musayev çıxışında yaşıl enerji və ekoloji dayanıqlıq prinsiplərinin aqrar sahədə tətbiqinin vacibliyini vurğulayaraq universitet–sənaye əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqinin zəruriliyinə toxunan “Agro Dairy” MMC-nin Bitkiçilik biznes istiqaməti üzrə icraçı direktoru və İdarə Heyətinin üzvü Ramil Məmmədov bu prosesdə ali təhsil müəssisələrinin xüsusi rol oynadığını bildirib.
Çıxış edən “Azersun Holdinqin” MMC-nin Kənd Təsərrüfatı üzrə Biznesin İnkişafı direktoru İlham Abdullayev aqrar sektorda elmi əsaslı qərarların qəbulunun vacibliyini qeyd edərək, şirkətin bilik və təcrübə mübadiləsinə açıq olduğunu vurğulayıb.
Daha sonra qonaqlar Universitetin onlayn televiziyası ADAU TV-nin yenidən qurulan müasir studiyası ilə tanış olublar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Dekabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri