Icma.az
close
up
RU
İranın gələcəyi və Azərbaycan amili: Güney Quzey xəttində formalaşan yeni geosiyasi reallıq

İranın gələcəyi və Azərbaycan amili: Güney Quzey xəttində formalaşan yeni geosiyasi reallıq

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“ABŞ-nin nüfuzlu “Washington Post” qəzetində Hudson İnstitutunun Yaxın Şərq üzrə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru, tanınmış siyasi analitik Maykl Doranın İranın gələcəyi ilə bağlı dərc etdirdiyi məqalə regional və beynəlxalq miqyasda ciddi rezonans doğurub. Məqalədə İran daxilindəki etnik struktur, xüsusilə Güney Azərbaycan faktoru və Quzey Azərbaycanın artan geosiyasi rolu fonunda Tehran rejiminin gələcək taleyi geniş şəkildə təhlil olunur. Bu yanaşma, əslində, uzun illər diqqətdən kənarda saxlanılan, lakin indi qlobal güclərin də gündəminə daxil olan strateji bir reallığı üzə çıxarır”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Maykl Doranın vurğuladığı kimi, İran monoetnik dövlət deyil: “Farslar əsasən Tehran və İsfahan ətrafındakı mərkəzi yaylada say üstünlüyünə malikdirlər. Digər etnik qruplar isə ölkənin sərhədləri boyunca, tarixi, dili və mədəniyyəti bölüşdükləri xalqlarla coğrafi yaxınlıqda yaşayırlar. Azərbaycanlıların Azərbaycan Respublikası və Türkiyə ilə, kürdlərin Türkiyə və İraqla, ərəblərin İraqla, bəlucların Pakistan və Əfqanıstanla, türkmənlərin isə Türkmənistanla sərhəddə məskunlaşması İranın daxili sabitliyini regional proseslərə birbaşa bağlı vəziyyətə gətirir.

Bu etnik-coğrafi reallıq göstərir ki, İranda baş verə biləcək hər hansı dərin siyasi böhran artıq yalnız daxili məsələ deyil, avtomatik olaraq regional təhlükəsizlik məsələsinə çevrilir”.

Nicat İsmayılov

“Məqalədə xüsusi yer verilən Güney Azərbaycan faktoru İranın gələcəyi baxımından həlledici məqam kimi təqdim olunur. İranın rəsmi araşdırmalarına görə, əhalinin təxminən 23 faizi etnik azərbaycanlılardan ibarətdir. Qeyri-rəsmi mənbələr isə bu rəqəmin daha yüksək olduğunu bildirir. Ən önəmli məqam isə odur ki, bu əhali Azərbaycan Respublikası ilə birbaşa sərhəddə yaşayır”-deyən politoloq bildirib ki, tarixən İran dövlət sistemi daxilində digər azlıqlarla müqayisədə daha yaxşı inteqrasiya olunmuş azərbaycanlılar son illər artan narazılıq əlamətləri göstərməyə başlayıblar.

“Ana dilində təhsil tələbi, mədəni hüquqların genişləndirilməsi çağırışları, Türkiyə və Azərbaycan mediasına artan maraq bu prosesin açıq göstəriciləridir. Bunun səbəbi isə aydındır. Bir tərəfdə Türkiyə və Azərbaycanın iqtisadi inkişafı, müasir dövlət idarəçiliyi və beynəlxalq inteqrasiyası, digər tərəfdə isə İranın sanksiyalar, iqtisadi tənəzzül və beynəlxalq təcrid içində qalması”-deyən politoloqun fikrincə, bu müqayisə Güney Azərbaycanda milli kimlik şüurunun güclənməsini sürətləndirən əsas amillərdən biridir.

“Maykl Doranın məqaləsində diqqət çəkən əsas məqamlardan biri də Quzey Azərbaycanın, Azərbaycan Respublikasının son onilliklərdə keçdiyi transformasiyadır. 1979-cu il İran İslam İnqilabı dövründə Azərbaycan Sovet İttifaqının tərkibində qapalı vəziyyətdə idi və regional proseslərə təsir imkanları məhdud idi. Müstəqilliyin ilk illərində isə Ermənistanla müharibə və daxili çətinliklər Bakının regional təsir gücünü məhdudlaşdırırdı”-deyə politoloq qeyd edib.

Nicat İsmayılov vurğulayıb ki, bu gün mənzərə tamamilə fərqlidir: “Azərbaycan NATO standartlarına uyğun orduya, Türkiyə ilə müttəfiqlik münasibətlərinə, İsraillə sıx təhlükəsizlik əməkdaşlığına malik, Cənubi Qafqazda və daha geniş coğrafiyada yüksələn regional güc kimi çıxış edir. Bu reallıq İranda mümkün daxili qarşıdurma ssenarilərində Azərbaycanın rolunu obyektiv şəkildə gündəmə gətirir.

Məqalədə qeyd olunduğu kimi, İranda genişmiqyaslı zorakı qarşıdurma baş verərsə, Azərbaycan Türkiyənin dəstəyi ilə Güney Azərbaycandakı soydaşlarının təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçmək məcburiyyətində qala bilər. Bu ehtimal artıq nəzəri mülahizə yox, regional planlaşdırmada nəzərə alınmalı faktordur”.

“Məqalədə Azərbaycanlıların xüsusi narahatlıqla yanaşdığı başqa bir ssenari də diqqətə çatdırılır. Bu ssenariyə görə, ali dini lider Əli Xameneinin devrilməsi sistemin tam süqutu demək olmaya bilər. İslam İnqilabı Keşikçiləri Korpusunun dini ideologiyadan imtina edərək fars millətçi, avtoritar bir rejimin dayağına çevrilməsi ehtimalı Güney Azərbaycanda ciddi qorxu doğurur”-deyən politoloqun fikrincə, bu yanaşma göstərir ki, İran azərbaycanlıları üçün əsas məsələ yalnız rejimin dəyişməsi deyil, real siyasi transformasiya, etnik bərabərlik və ədalətli dövlət quruluşunun formalaşmasıdır.

“Maykl Doranın məqaləsində xüsusi vurğulanan məqamlardan biri də ABŞ siyasət qurucularının İranın gələcəyi ilə bağlı planlar hazırlayarkən region ölkələri ilə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə məsləhətləşməsinin vacibliyidir. Bu, Azərbaycanın artıq passiv müşahidəçi deyil, regional proseslərin formalaşmasında açar aktorlardan biri kimi qəbul edildiyini göstərir.

Vaşinqtonun İrandakı etnik qruplarla yanaşı, qarşıdan gələn mümkün böhranın nəticələri ilə üzləşəcək qonşu dövlətlərin liderləri ilə dialoq aparması həm regional sabitlik, həm də beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə cənab Prezident İlham Əliyevin təcrübəsi, regional balans siyasəti və praqmatik yanaşması İranın gələcəyi ilə bağlı müzakirələrdə əvəzsiz faktor kimi önə çıxır”-deyə Nicat İsmayılov bildirib.

“Nüfuzlu “Washington Post”da dərc olunan bu məqalə bir daha sübut edir ki, İranın gələcəyi yalnız Tehran daxilində həll olunacaq məsələ deyil. Güney Azərbaycanın artan milli şüuru, Quzey Azərbaycanın güclənən dövlətçilik mövqeyi və regiondakı yeni güc balansı İranın taleyini birbaşa regional və qlobal gündəmin mərkəzinə gətirir. Bu proseslərdə Azərbaycanın rolu isə artıq nəzəri yox, real siyasi və strateji əhəmiyyət daşıyan fakt kimi qəbul olunur”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Yanvar 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri