Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

İranın gizli oyunu: Silahlar yenidən işə düşür?

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın ABŞ-la ikinci İslamabad görüşündən imtina etməsi müharibəni davam etdirmək istəyi yox, Vaşinqtonu dəniz blokadasından imtina etməyə məcbur etməyə hesablanıb. Bu, Tehranın ikinci cəhdidir.

Birinci cəhd atəşkəs razılaşmasının Livana da aid edilməsi idi.

Tehran atəşkəsin əldə olunmasından sonra Livanda Hizbullaha qarşı hücumların dayandırılması tələbini irəli sürdü və buna müəyyən qədər, ən azı qısa müddətdə də olsa nail oldu. İsrail və Hizbullahın praktiki müstəvidə anlaşmaya riayət edəcəyi sual altında olsa da, İran üçün məsələ diplomatiyada önə çıxmaq idi.

İkinci cəhd növbəti görüşlə bağlı irəli sürdüyü şərtdir: Vaşinqton Hörmüzün blokadasını qaldırmadığı müddətdə boğazdan keçid problemli olaraq qalacaq və Tehran danışıqlarda iştirak etməyəcək;

Vaşinqtonun atəşkəs naminə Livan şərtini qəbul etməsi Tehranı Hörmüz tələbini də irəli sürməyə sövq edir və İranda xüsusilə sərt xəttin tərəfdarları – SEPAH hesab edir ki, mövcud situasiya onların xeyrinədir və ikinci cəhddə də nəticə əldə edə bilərlər.

Mövcud şərtlər ABŞ-ı çətin vəziyyətə salır. Çünki iki həftəlik atəşkəs razılaşmasının bitməsindən sonra Vaşinqton seçim etməlidir:

- Tramp yenidən “bombalamaq”la təhdid edir, lakin bu, Tehranın danışıqlara gəlməsi və razılaşması üçün edilən xəbərdarlıqdır, reallıqda isə yeni hücumların hədəflərə çatmaqda effektiv olacağı ehtimalı zəif görünür: infrastrukturun dağıdılması belə rejimi təslim olmağa sövq etməyəcək;

- Hörmüzün blokadasının davam etdirilməsi: bu, nəzərə baxımdan, effektiv addımdır, lakin praktikida çətinliklər də var; İran blokadaya cavab olaraq, Hörmüzdən keçidə maneələri davam etdirəcək və proses uzun müddət davam edərsə, enerji bazarında vəziyyət nəzarətdən çıxa bilər;

İran bu situasiyanı xeyrinə çevirmək, ABŞ-ı dəniz blokadasına son qoymağa məcbur etmək niyyətindədir. Yaxud ən azından danışıqların prosesinin inkişafını müəyyənləşdirmək təşəbbüsünü ələ almaq istəyir. Yenidən hücum riskinə rəğmən, İranın danışıqlardan imtina etməsini bu cür oxuya bilərik.

ABŞ-ın mümkün gedişi genişmiqyaslı hücumları bərpa etmək yox, İran gəmilərini “ovlamaq” ola bilər. Dünən İran gəmisinə edilən hücum da buna hesablanmışdı və danışıqlardan imtina edən Tehrana təzyiq xarakteri daşıyırdı. İranın İslamabad görüşündən imtina etməsi öncə rəsmi formada elan edilməsə də, rejimin informasiya resurslarında – İRNA, İRİB və s. yayıldı, ABŞ da gəmiyə hücumla cavab verdi. İstisna deyil ki, analoji addımlar genişləndirilmiş formada davam edə bilər, çünki hər iki tərəf diplomatik masada əlini gücləndirmək və qarşı tərəfi geri çəkilməyə məcbur etmək üçün mümkün rıçaqlardan istifadə edir. Məqsəd genişmiqyaslı müharibədən qaçmaqdır, lakin kifayət qədər kövrək olan situasiya toqquşma riskini artırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Aprel 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri