Icma.az
close
up
RU
Qəzzada silahlar yenidən işə düşdü SON DURUM

Qəzzada silahlar yenidən işə düşdü SON DURUM

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Qəzzə a zolağında elan olunmuş atəşkəs yenidən pozulub.

Modern.az-ın məlumatına görə, İsrail Müdafiə Ordusu bu gün HƏMAS-a məxsus bir neçə hədəfi bombalayıb.

Hərbi hava qüvvələrinin zərbələri əsasən zolağın mərkəzi hissəsində, Əz-Zəvaydə və Əl-Bureyc qaçqın düşərgəsində yerləşən obyektlərə yönəlib.

Məlumata görə, Xan-Yunis şəhərinin Mavazi bölgəsində ağır artilleriya atəşi də açılıb. Yaralıların olduğu bildirilir.

İsrail ordusu Qəzza sakinlərinə növbəti dəfə xəbərdarlıq edib ki, HƏMAS-ın hərbi infrastrukturu hədəfə alınmağa davam edəcək.

İsrail ordusunun ərəb dilindəki rəsmi nümayəndəsi Avihay Edrai bildirib ki, HƏMAS-ın bu səhər törətdiyi terror hücumu və atəşkəs rejimini dəfələrlə pozması nəticəsində İsrail Müdafiə Ordusu HƏMAS döyüşçülərinə və onların infrastrukturuna qarşı güclü zərbələr endirəcək.

Ordu sakinlərdən “sarı xəttin qərbindəki” təhlükəsiz zonanı tərk etməmələrini xahiş edib. Bildirilib ki, “qırmızı rənglə işarələnmiş ərazilər döyüş zonasına daxildir və orada qalmaq həyati təhlükə yaradır”.

"Axios" portalının məlumatına görə, İsrail hakimiyyəti Qəzzanın cənubuna planlaşdırılan əməliyyat barədə ABŞ administrasiyasını əvvəlcədən məlumatlandırıb.

Bu məlumat ABŞ-ın atəşkəsin icrasına nəzarət edən komanda mərkəzi vasitəsilə ötürülüb. Mənbə bildirib ki, İsrail “HƏMAS-a qarşı cavab zərbələri üçün icazə istəməyib.”

Bundan əvvəl xəbər yayılıb ki, İsrailin baş naziri Binyamin Netanyahu ordunun ali rəhbərliyinə “terror hədəflərinə qarşı qəti tədbirlər” görmək göstərişi verib. Baş nazirin ofisindən yayılan açıqlamada bildirilib ki, bu addımlar HƏMAS-ın atəşkəsi pozmasına cavab olaraq atılır.

Qeyd olunur ki, oktyabrın 19-da HƏMAS qüvvələri Rafah bölgəsində İsrail hərbçilərinə qarşı tank əleyhinə raket atıb və artilleriya atəşi açıb.

İsrail ordusu cavab olaraq bölgədəki tunelləri və HƏMAS tərəfindən istifadə edilən hərbi tikililəri hədəfə alıb.

Fələstin hərəkatı Rafahdakı insidentlə əlaqəsinin olmadığını və atəşkəsi pozmadığını bildirib.

Xatırladaq ki, atəşkəs razılaşması bir neçə gün əvvəl ABŞ vasitəçiliyi ilə əldə edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Oktyabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see849

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see281

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see277

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see268

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see251

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see245

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see243

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see232

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see198

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see195

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see195

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see194

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see191

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see191

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see190

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see190

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see185

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see176

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see164

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri