Icma.az
close
up
RU
İranın gücü daha Ermənistana yetmir: Pezeşkianın İrəvan səfəri fiasko olacaq

İranın gücü daha Ermənistana yetmir: Pezeşkianın İrəvan səfəri fiasko olacaq

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian Ermənistana səfər edib. Onu İrəvanın Zvartnots beynəlxalq hava limanında Ermənistan hökumətinin baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb. Pezeşkian avqustun 19-da İran-Ermənistan Biznes Forumunun açılış mərasimində iştirak edəcək. Pezeşkianın Baş nazir Nikol Paşinyan başda olmaqla bir sıra rəsmilərlə görüşü də gözlənilir. İranın xarici işlər naziri Seyid Abbas Araqçı prezident Məsud Pezeşkianın Ermənistana səfəri öncəsi münasibətlərdə yeni səhifə açmağa hazır olduqlarına dair mesaj verib. Araqçı iki ölkənin münasibətlərinə dair dərc etdiyi məqalədə bildirib ki, İranda uzun illər erməni icmasının mövcudluğu və İranla Ermənistanın bir-birinə bağlı tarixi iki xalqın birgə yaşayışının zəngin təzahürüdür: "İran və Ermənistan arasındakı həmrəylik bu gün İranda inkişaf edən erməni icması vasitəsilə davam edir. Ölkənin ən böyük dini azlığı olan İran erməniləri parlamentdə təmsil olunmaqdan tutmuş kilsə və təşkilatları vasitəsilə mədəniyyətin qorunmasına qədər, İranın ictimai həyatının bütün sahələrində fəal iştirak edirlər. Bu vəziyyət İranın dini müxtəlifliyə olan hörmətinin göstəricisidir. Tehran və İrəvan arasındakı iqtisadi və regional əməkdaşlığı tamamlayan tarixi və mədəni ortaq bağlar mövcuddur. İnanırıq ki, bu, ölkələr üçün də parlaq bir gələcək yaradacaq. Qlobal qeyri-müəyyənlik və regional hadisələrin baş verdiyi bir şəraitdə İran və Ermənistanın maraqları getdikcə daha da yaxınlaşır". Sonda Araqçı İranın və Ermənistanın münasibətlərdə yeni bir səhifə açmağa hazır olduğunu bəyan edib. Qeyd edək ki, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla da görüşüb. Xərrazi suverenliyə, ərazi bütövlüyünə və Ermənistan və Azərbaycanın sərhədlərinin dəyişməzliyinə, eləcə də Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına hörmət edilməsinin zəruriliyini vurğulayaraq, ABŞ-nin Ermənistanda iki ölkə arasındakı kommunikasiya marşrutunu idarə edən investor şirkəti şəklində olması ilə razılaşmadığını və bunun ABŞ-nin gələcəkdə regiona müdaxiləsi üçün əsas ola biləcəyini deyib. Xərrazi Ermənistan hökumətinin İranın problemlərini həll edəcəyinə ümid etdiyini qeyd edib. Kostanyan da öz növbəsində İran prezidentinin Ermənistana gözlənilən səfəri və yeni memorandumların bağlanması ilə iki ölkə arasında əməkdaşlıq yolunun daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a deyib ki, İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfərinin İran-Ermənistan arasında yeni səhifə açacağını güman etmir. Ekspert vurğulayıb ki, səfər çərçivəsində hansısa ciddi razılaşmaların olacağı ehtimalı azdır: 

"Məlumdur ki, uzun illərdir, İran tərəfi Fars Körfəzi-Qara Dəniz Nəqliyyat Dəhlizinin işə salınması və həmin dəhlizin Ermənistandan keçməsi üçün ciddi çalışır, bəyanatlar verir. Ancaq bəyanatlarla iş bitmir. Ermənistanın müəyyən kommunikasiyaları işə salması üçün ciddi maliyyəyə ehtiyacı var. İran bu maliyyəni verəcək gücdə deyil. Digər yandan, Şimal-Cənub Nəqliyyat Dəhlizinin də Ermənistandan keçməsini həm Hindistan, həm də İran arzulayır. Burada da müəyyən yolların salınmasına, inşasına ehtiyac var. Ancaq nə Hindistan, nə də İran Ermənistana yardım göstərmək fikrindədir. O zaman belə bir sual yaranır ki, Pezeşkianın səfəri Zəngəzur dəhlizinin açılmasına və sülh prosesinə mənfi təsir göstərə bilərmi? Güman etmirəm ki, bu səfər sülh prosesinə hansısa mənfi təsir göstərsin. Tehran ən azından rəsmi qaydada dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanmasında maraqlıdır. Bu addımın atılması üçün yeni Konstitusiyanın qəbul olunmasına ehtiyac var. Ermənistanda bu istiqamətdə iş başlayıb. Yəqin ki, gələn ilin sonunda yeni konstitusiyanın qəbul olunması mümkün olacaq və bundan sonra sülh sazişi imzalanacaq".

A.Səmədov diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi məsələsində İranın dini rəhbəri ilə ölkə prezidentinin mövqeyi arasında fərq var:

 "İranın dini rəhbərinin Zəngəzur dəhlizinə və Vaşinqtonda imzalanmış sənədə münasibətini onun müşaviri Ə.Ə.Vilayəti açıq formada dilə gətirdi. Açıq şəkildə bildirdi ki, "Azərbaycanın yeni dəhlizə ehtiyacı yoxdur, Naxçıvana İrandan keçib gedə bilərlər". Hətta Vilayəti Azərbaycana hədə-qorxu da gəldi və dəhlizin açılmasına imkan verməyəcəklərini söylədi. Ancaq Pezeşkian və onun komandası kifayət qədər pozitiv açıqlamalar verdilər. Narahatlıq üçün əsas olmadığını söylədilər. İranın bağlı qapılar arxasında İrəvana təzyiq göstərməsi, onun mövqeyində dəyişikliyə çalışması mümkündür. Ancaq Ermənistanın mövqeyinin dəyişməsi İrəvana çoxlu problemlər yarada bilər. Xüsusən, Rusiya təhlükəsinin artdığı zamanda ABŞ-ni hiddətləndirmək, öhdəliklərdən yayındırmaq Ermənistanın gələcəyi üçün ciddi problemlər yarada bilər. Ehtimal ki, Paşinyan hökuməti buna getməyəcək. O baxımdan Pezeşkianın səfərindən ciddi və diqqətəlayiq nəticələrin doğacağını zənn etmirəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Avqust 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri