Icma.az
close
up
RU
Pezeşkianın İrəvan səfəri, Tehranın “sancısı” və Bakının növbəti uğuru

Pezeşkianın İrəvan səfəri, Tehranın “sancısı” və Bakının növbəti uğuru

Icma.az, Olke.az saytına istinadən bildirir.

İran prezidenti Məsud Pezeşkianın İrəvana baş tutan səfərinin yekunlarını bütövlükdə yerləşdiyimiz coğrafiyada qarşılıqlı maraqlara xidmət edən birgə qonşuluq münasibətlərinin qurulmasından daha çox bölgədə gərginliyin davam etməsinə və Tehranın imperialist maraqlarının təmin edilməsinə xidmət edən səfər kimi xarakterizə etmək olar.

Birincisi, Bakının yaratdığı reallıqlara uyğun olaraq 8 avqustda Vaşinqtonda bölgədə dayanıqlı sülhün əldə olunması istiqamətində Ermənistanla Azərbaycan arasında imzalanan sənədlərə qarşı çıxan ilk ölkə İran oldu.

Tehran İrəvanla Bakı arasında sülh sazişinin paraflanmasını təqdir etsə də, regional kommunikasiya xətlərinin, xüsusən də “Tramp marşrutu” adı alan Zəngəzur dəhlizi layihəsinin reallaşması anlaşmasına qarşı qəti şəkildə çıxdı. Azərbaycan-ABŞ-Ermənistan liderlərinin birgə imzaladığı üçtərəfli Birgə Bəyannamədə dəhlizin Ermənistanın suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə hər hansı bir xələl gətirmədən reallaşdırılması aydın şəkildə öz əksini tapıb.

İrəvan Tehranı dəhlizin İranın “qırmızı xətlərini” keçmədiyini və yolun bir əməkdaşlıq körpüsü olduğunu əmin etməyə çalışsa da, qarşı tərəf hələ də deyilənlərə inanmayaraq bunun maraqlarına zidd olduğunu bəyan etməkdədir.

Bu məsələ prezident Pezeşkianın Ermənistana səfərindən öncə çox ciddi və detallı şəkildə İrəvanla Tehran arasında müzakirə edilib. Məsələ ilə bağlı Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Tehranda olub. Lakin İrəvanın bu izahı Tehranı qane etmədi və xarici işlər naziri Abbas Araqçi bildirdi ki, prezident Məsud Pezeşkianın Ermənistana səfərinin əsas mövzusu Cənubi Qafqazın geosiyasi xəritəsinin dəyişilməməsinin təmin edilməsi olacaq.

"Bizim əsas narahatlığımız regionun geosiyasətində dəyişikliklərin qarşısını almaq, xarici qüvvələrin bölgəyə daxil olmasının qarşısını almaqdır. Biz açıq şəkildə bildirdik ki, buna dözməyəcəyik. Bizim siyasətimiz həmişə aydın olub", - Araqçi bəyan edib.

Prezident Pezeşkian da səfər öncəsi bəyan edib ki, sülh sazişindən sonra Amerika şirkətlərinin regionda olması ilə bağlı narahatlıqlar var və onlar gələcəkdə başqa fəaliyyət növləri ilə məşğul ola bilərlər: “Biz bu məsələləri Ermənistan rəsmiləri ilə müzakirə edəcəyik".

Bu məsələ İrəvana səfər zamanı Ermənistan rəsmiləri ilə keçirilən görüşlərin ana xəttini təşkil edib.

Prezident Pezeşkianla görüşdə baş nazir Nikol Paşinyan məsələyə bir daha aydınlıq gətirərək deyib ki, ABŞ-da imzalanmış sənədlər praktiki olaraq Ermənistan və İran arasında dəmir yolu əməkdaşlığı üçün, o cümlədən Naxçıvan-Culfa dəmir yolu xətti ilə yeni qapılar açacaq. “Bu da İranın Ermənistana və nəhayət, Qara dənizə dəmir yolu çıxışı demək olacaq”, - Paşinyan qeyd edib.

Paşinyan onu da əlavə edib ki, Azərbaycanla əsas razılaşmalardan biri regionda ölkələrin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə tam qarşılıqlı hörmətlə kommunikasiyaların açılmasına aiddir.

Lakin buna baxmayaraq Məsud Pezeşkian qeyd edib ki, Tehranın ümumi sərhədlər yaxınlığında üçüncü tərəf qüvvələrinin olması ilə bağlı narahatlığı tam şəkildə aradan qaldırılmalıdır. "Sülh İran üçün strateji prioritetdir və biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyirik. İranın mövqeyi ondan ibarətdir ki, regionda geosiyasi dəyişikliklər baş verməməlidir və biz bu dəyişikliklərin geosiyasi rəqabətə səbəb ola biləcəyinə inanırıq", - Pezeşkian qeyd edib.

Tehranın bölgədəki destruktiv fəaliyyətinə baxmayaraq, Bakının bölgədə dayanıqlı sülhə, inkişafa və sıx əməkdaşlığa xidmət edən yaratdığı reallıq geriyədönməz xarakter alıb. Tehranın istəyindən asılı olmayaraq bu bölgənin gələcək inkişafı ilə bağlı müəyyən etdiyi siyasi xətt uğur qazanacaq.

Tehran bunu nə qədər tez anlasa, onun xeyrinədir. Çünki Zəngəzur dəhlizinin açılması Tehranın birbaşa maraqlarına cavab verir. Bu yol açılmayana qədər İran nə Şimal-Cənub dəhlizindən, nə də Körfəz-Qara dəniz marşrutundan effektiv fayda əldə edə bilməyəcək. Ermənistanın təklif etdiyi “Sülhün kəsişməsi” layihəsinin də effektivliyi Azərbaycandan asılıdır. Azərbaycan olmadan İrəvanın təklif etdiyi bu layihə “ölü uşağı” xatırladır.

Zəngəzur dəhlizi isə regional əməkdaşlığın daha da inkişafına töhfə verən layihədir. Bu dəhliz Ermənistanla bərabər İrana da rahat şəkildə daha geniş coğrafiyaya Culfa-Naxçıvan dəmir yolundan istifadə etməklə Qara dənizə, Qərbə, Şimala ilin istənilən vaxtında asan çıxış əldə etməyə imkan verəcək. Əks təqdirdə, Tehran bundan itirən tərəflərdən biri olacaq. Tehranın “qarnının sancısı”na baxmayaraq, İran nəhayətində Bakının yaratdığı reallıqla hesablaşmalı olacaq və “sancısı” da zamanla keçəcək. Çünki İrəvan da yaxşı anlamağa başlayır ki, Ermənistanın xilası nə Tehrandır, nə Moskva, xilas Bakı və Ankaradır. Azərbaycanın yaratdığı bu reallığı dünyanın supergücləri də qəbul edirsə, Ermənistanın da Bakının yaratdığı reallığın diktəsinə uyğun addım atmaqdan başqa alternativi qalmır.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Avqust 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see313

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see227

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see226

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see225

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see201

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see158

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see155

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see153

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see152

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see149

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see140

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see138

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see138

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see137

General polkovnik Elçin Quliyev Elnarə Xəlilovanı təltif etdi FOTO

03 Yanvar 2026 02:31see136

Qarğa qarıldaması nəyə işarədir? Dünyanın ən ağıllı quşunun səsində gizlənən HƏQİQƏTLƏR

02 Yanvar 2026 15:15see134

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see133

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see132

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see131

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri