“İranın həbsxanalarında ölməkdənsə, bombardmanda ölməyi üstün tutardılar”
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Heç kim müharibəni sevmir - bu, dəhşətlidir”.
Yeniavaz.com xəbər verir ki, bunu Tehranda bir qadın BBC-nin Fars xidmətinə danışarkən deyib.
“Amma o iki ay o qədər dəhşətli idi ki, insanlar artıq buna dözə bilmirdilər”, - deyə o, hökumətin bu ilin əvvəlində etirazları zorakılıqla yatırmasına işarə edərək bildirib.
O deyir ki, insanlar işgəncə və cinsi zorakılığın olduğu İslam Respublikasının həbsxanalarında ölməkdənsə, bombardmanlarda ölməyi üstün tutardılar.
“Bəlkə də burada olmayan insanlar üçün bunu anlamaq çətindir. İranlılar müharibəni qızışdıran və ya axmaq deyillər. Lakin onlar o qədər əziyyət çəkiblər və elə bir həddə çatıblar ki, tək istədikləri şey normal bir həyatdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İranda genişmiqyaslı hərbi əməliyyat başladıblar. Həmin tarixdən etibarən 1000-dən çox mülki şəxs edilən hava hücumları nəticəsində dünyasını dəyişib, daha minlərlə insan yaralanıb.
Bu mövzuda digər xəbərlər:Oynamamaqdansa, ölməyi üstün tuturam Ədəbiyyatın qumarbaz ədibləri
16 Noyabr 2024 17:01
Üç Oskar lı rejissor süni intellektdən istifadə etməkdənsə ölməyi üstün tutub
27 Oktyabr 2025 05:02
Xameneinin ölməyi problem deyil Arakçı
26 Fevral 2026 13:11
Adamın lap ölməyi gəlir! Foto
10 Sentyabr 2026 13:23
Turistlərə ölkəsində ölməyi qadağan etdi
17 Sentyabr 2026 20:51
Baxış sayı:144
Bu xəbər 08 Mart 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















