Icma.az
close
up
RU
İranın ictimai siyasi mənzərə si: Zorakılıq qısamüddətli nəzarət yaradır, amma uzunmüddətli sabitliyi təmin edə bilmir

İranın ictimai siyasi mənzərə si: Zorakılıq qısamüddətli nəzarət yaradır, amma uzunmüddətli sabitliyi təmin edə bilmir

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Time jurnalı, hökumətin məxfi statistikası ilə tanış olan iki yüksək vəzifəli Səhiyyə rəsmisinə istinadən xəbər verir ki, 8 və 9 yanvar tarixlərində İranda kütləvi etirazlar zamanı ölənlərin sayı 30.000-ə çata bilər. Nəşrin iddiasına görə, o qədər çox insan öldürülüb ki, təcili yardım xidmətlərində cəsəd torbaları qurtarıb və təcili yardım maşınları əvəzinə traktor qoşqularından istifadə edilib.

İran hakimiyyəti tərəfindən iki gün əvvəl, 23 yanvarda açıqlanan rəsmi rəqəmlərə görə, 3117 nəfər öldürülüb. Xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, bunlara 2427 mülki şəxs və təhlükəsizlik qüvvələri, eləcə də 690 "terrorçu" daxil idi. Hesabatı hazırlayan və jurnalistlərlə müsahibə aparan həkim Əmir Parastanın sözlərinə görə, bu statistikaya hərbi xəstəxanalardakı morqlara gətirilənlər və ya sayma aparılmayan yerlərdə olanlar daxil deyil. Həkimin özü qurbanların real sayının daha çox olduğuna inanır.

Bu arada, ABŞ-da yerləşən İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) 24 yanvar tarixinə olan etirazlar nəticəsində 5.459 ölüm hadisəsini təsdiqləyib, daha 17.031 məlumat təsdiqlənib. Etirazlar zamanı ölkə daxilində internet və mobil telefon xidməti kəsildiyindən, etirazlar zamanı yaralanan və ya ölən insanların dəqiq sayını müəyyən etmək hazırda çətindir.

İranda aksiyalarda bu qədər itki, ölüm olduğu halda etirazçılar geri çəkilmir. Onları bu qədər gücləndirən, geri çəkilməsinə mane olan nədir?

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, etirazların davam etməsinin səbəbləri çoxşaxəlidir: “İnsanlar haqsızlığa, iqtisadi çətinliyə, azadlıqların məhdudlaşdırılmasına qarşı çıxırlar. Repressiya qorxu yaradır, amma eyni zamanda qəzəbi də artırır. Hər öldürülən şəxs onun ailəsini və yaxınlarını sistemə daha çox düşmən edir. Bu fenomen sosial psixologiyada məlumdur. Zorakılıq qısamüddətli nəzarət yaradır, amma uzunmüddətli sabitliyi təmin edə bilmir”.

Tural İsmayılov

“İran cəmiyyəti dərin struktural dəyişikliklər keçirib. Təhsil səviyyəsi yüksəlib. Qadınlar universitet məzunlarının əksəriyyətini təşkil edir. Şəhərləşmə artıb və orta sinif genişlənib. Bu sosial qruplar siyasi iştirak, azadlıq və qanunun aliliyi tələb edir. Onlar ənənəvi teokratik strukturla barışmırlar. Generasiyalar arasında fərqlər kəskindir. İnqilabı yaşamış və dəstəkləyən nəsil yaşlanıb və nüfuz itirib. Yeni nəsil isə digər prioritetlərə malikdir”-deyə Tural İsmayılov qeyd edib.

Politoloqun fikrincə, etirazların böyüməsində sosial medianın rolu da böyükdür: “Telegram, Instagram və platformalara alternativ giriş imkanı yaradan VPN vasitələri daha böyük etiraz dalğası təşkil etməyə, informasiya yayımlamağa imkan verir. Hökumət internet kəsintisi tətbiq etsə də, tamamilə nəzarət edə bilmir. Diaspor icmaları da digər tərəfdən dəstək verir. İrandan kənarda yaşayan milyonlarla insan etirazlara mənəvi və maliyyə dəstəyi göstərir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Yanvar 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri