Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

İranın ittihamları regionda yeni diplomatik böhran yarada bilər

İranın ittihamları regionda yeni diplomatik böhran yarada bilər

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İran Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Əmir Səid İrəvani vasitəsilə beş ərəb ölkəsindən təzminat tələb edib. Bəhreyn, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı İrana qarşı müharibədə İsrail və ABŞ ilə “əlbir olmaqda” ittiham olunur.

İrəvani bildirib ki, bu ölkələrin hərəkətləri nəticəsində İrana həm fiziki, həm də mənəvi ziyan dəyib və bu ziyanın kompensasiya olunması tələb edilir. Tehran tərəfi iddia edir ki, həmin dövlətlər münaqişə zamanı “şərik tərəf” kimi çıxış ediblər və beynəlxalq öhdəliklərini pozublar.

Bu ittihamlar fonunda sual yaranır - regionda artan gərginlik yeni diplomatik qarşıdurmaya səbəb ola bilərmi?

Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın bu addımı konkret olaraq 5 ölkəni hədəfləsə də, əslində bütün regiona mesaj xarakteri daşıyır:

“Bu tip ittiham və təzminat tələbi daha çox siyasi-diplomatik alət kimi qiymətləndirilir, nəinki real hüquqi prosesin başlanğıcı kimi. Amma bunun regiondakı münasibətlərə təsiri real və ciddi ola bilər”.

Politoloq hesab edir ki, yeni diplomatik qarşıdurma ehtimalı olsa da, bu, böyük ehtimalla idarə olunan və məhdud xarakter daşıyacaq.

“İran bu addımla ərəb ölkələrinə mesaj verir ki, onların neytral olmadığını düşünür. Ərəb ölkələri isə böyük ehtimalla ittihamları rədd edəcək və məsələni siyasi ritorika kimi təqdim edəcək. BMT səviyyəsində belə iddiaların hüquqi nəticə doğurması çətindir (sübut və mexanizmlər zəifdir). Bu səbəbdən diplomatik gərginlik artacaq, amma açıq bloklaşma və ya kollektiv qarşıdurma dərhal gözlənilmir”, – deyə Anar İsayev bildirib. Onun fikrincə, İran–ərəb münasibətləri pisləşsə də, tam qırılma ehtimalı aşağıdır.

Politoloq qeyd edir ki, son illərdə İran–Səudiyyə yaxınlaşması (Çin vasitəçiliyi ilə) və Körfəz ölkələrinin daha balanslı siyasət yürütməsi kimi faktorlar mövcuddur. Bu ittihamlar isə həmin yumşalma prosesinə müəyyən zərbə vura bilər. Belə ki, etimadın azalması, diplomatik kanalların zəifləməsi və regionda “səssiz rəqabət”in yenidən güclənməsi mümkündür.

Ancaq görünən odur ki, Körfəz ölkələri açıq müharibə və ya eskalasiyada maraqlı deyil, eyni zamanda İran da regional təcridin dərinləşməsini riskli hesab edir.

Anar İsayevin fikrincə, İranın bu addımı daxili auditoriya üçün “tək deyilik” mesajı vermək, ərəb ölkələrinə təzyiq göstərmək və gələcək danışıqlarda mövqelərini gücləndirmək məqsədi daşıya bilər. Qarşıdakı mərhələdə rəsmi bəyanatlar və qarşılıqlı ittihamlar artsa da, gizli diplomatiyanın (xüsusilə Oman, Qətər kimi vasitəçilərlə) davam edəcəyi gözlənilir. Açıq iqtisadi və ya hərbi qarşıdurma ehtimalı isə aşağı olaraq qalır.

Anar İsayev yekun olaraq bildirir ki, bu addım regionda gərginliyi artırsa da, proses nəzarətdən çıxmayan diplomatik eskalasiya çərçivəsində qalır və tərəflər hələ də tam qırılmadan yayınmağa çalışır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Aprel 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri