İranın şərtindən sonra İsrail hərəkətə keçdi
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
İsrail Silahlı Qüvvələrinin baş qərargah rəisi Eyal Zamir Livanla əldə olunmuş atəşkəsin kövrək olduğunu bəyan edərək, ordunu hər an başlaya biləcək döyüş əməliyyatlarına hazır olmağa çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail hərbi rəhbərliyinin yaydığı rəsmi bəyanatda məlumat verilib.
Məlumata görə, bazar günü Livanın cənub bölgəsində dislokasiya olunan hərbi hissələrdə çıxış edən baş qərargah rəisi bölgədəki cari vəziyyəti qiymətləndirib. Onun ordunun döyüş hazırlığı ilə bağlı verdiyi son tapşırıqlar beynəlxalq medianın xüsusi diqqət mərkəzinə düşüb.
Bildirilib ki, Eyal Zamir bölgədəki hərbi qüvvələrin hər an yarana biləcək təhdidləri dərhal aradan qaldırmağa qadir olmasının vacibliyini vurğulayıb. O, lazım gələcəyi təqdirdə qoşunların çox qısa zamanda və sürətlə yenilənmiş hərbi əməliyyatlara keçid etməli olduğunu bildirib.
Açıqlamada qeyd olunub ki, İsrail rəsmisinin bu xəbərdarlığı regional proseslərin gərgin fonunda baş verib. Belə ki, bu bəyanat rəsmi Tehranın Livanla bağlı mövqeyindən – İranın regional davamlı atəşkəsin mütləq şəkildə ABŞ ilə əldə olunacaq hər hansı qlobal anlaşmanın tərkib hissəsi olması barədə israrlı tələbindən dərhal sonraya təsadüf edir.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 21 İyun 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















