Icma.az
close
up
RU
İranın Suriyada göyə sovrulan milyardları

İranın Suriyada göyə sovrulan milyardları

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Əsədin devrilməsi ilə Türkiyə, ABŞ, İsrail qazanan, Rusiya kompensasiya imkanlarını hələ də saxlayan tərəf olsa da, əsas itirən İran oldu. Bunu Tehranın özündə də etiraf edirlər.

Hakimiyyət daxilində əsas ittiham hədəfi xarici işlər naziri Abbas Arakçıdır. Onun Əsəd devrilməmişdən bir həftə öncə Dəməşqdə “şaurma” (şavarma) yeyəyərək, “hər şey qaydasındadır” mesajı tənqid olunur. Əsas diqqətçəkən məqamlardan biri Suriyadakı uğursuzluğun Arakçının timsalında Pezeşkian hökumətinin üzərinə qoymaq cəhdlərinin də edilməsidir. İslahatçı qanada yaxın olanlar arasında isə Əsədin devrilməsinə “İran xalqının pullarının göyə sovrulmasına son qoyulması” kontekstində sevinənlər var.

Tehranın Suriyada itkilərindən biri “İran xalqının göyə sovurduqları” pullardır. Rəsmi mənbələr bu haqda danışmaqdan qaçsa da, İranın Suriya müharibəsi başlayandan etibarən bu ölkəyə ildə orta hesabla 6 milyard olmaqla, indiyə qədər 50 milyard dollar civarında vəsait xərclədiyi haqda məlumatlar var. İranın Suriyaya bu qədər pul xərcləməsinin ana səbəbi “müqavimət oxu”nda “qızıl halqa”nı qoruyub saxlamaq məqsədi daşıyırdı. Xameneinin müşaviri Vilayətinin dediyi kimi, “Suriya hökuməti olmasa, bu halqa qırılacaq və İsrailə qarşı müqavimət zəifləyəcək”.

Əsədin getməsi ilə “qızıl halqa” qırıldı və İranın proksi qüvvələrdən ibarət “Müqavimət oxu”nda dağılma prosesi başlandı:

- Suriyada məğlubiyyət İrana Hizbullahla (Livan) quru əlaqəsini itirmək təhlükəsini yaradıb;

- Qəzzada HƏMAS-ın, Livanda Hizbullahın ciddi “qan itirməsi”ndən sonra Suriyadakı nəticə “Müqavimət oxu”nun koordinasiyasını pozdu;

- İran-İraq-Suriya-Livan xətti Tehranın “şiə hilalı” planlarını alt-üst edir.

Növbəti hədəfin İraq və Yəmən olacağı, bu ölkələrdə İrana bağlı Həşdi-Şabi (Həşd əş-Şabi) və husilərin sıradan çıxarılmasına start veriləcəyi ehtimalı böyükdür. Husilərin vurulması Tehran üçün təkcə İsraillə yox, həm də dini müstəvidə strateji rəqibi olan Səudiyyə Ərəbistanı ilə mübarizədə də itki, İraqda məğlubiyyət isə dağılma prosesinin İran sərhədlərinə çatması deməkdir. Xüsusilə Trampın Ağ Evdə fəaliyyətə başlamasından sonra İranı daha çətin günlər gözləyir.

Hərçənd, Tehran asanlıqla təslim omayacaq və ata biləcəyi addımları bir neçə kontekstdə təxmin etmək olar.

1. İraqda və Yəməndəki qüvvələrini qorumağa və nə qədər çətin olsa da, Hizbullahı yenidən gücləndirməyə çalışacaq;

2. Proksi qüvvələrini qorumaq üçün Moskva ilə anlaşa, bu qüvvələrin idarəçiliyində Rusiyanın iştirakını qəbul edə və ondan “qalxan” kimi istifadə edə bilər;

3. “Müqavimət oxu”nun zəifləməsi İranın “strateji çəkindiricilik” gücünü də zəiflədir, bu baxımdan, Tehran üçün çıxış yollarından biri nüvə silahını əldə etmək istiqamətində səylərini artırmaq ola bilər.

Bütün bunların fonunda İranın İsraillə birbaşa müharibədən nə qədər yayına biləcəyi də həlledici problemlərdən biri olaraq qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 11 Dekabr 2024 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri