Icma.az
close
up
RU
İranın Suriyadakı məğlubiyyətinin NƏTİCƏLƏRİ: “Hakimiyyətdə dəyişiklik ola bilər” Yeni Çağ Media

İranın Suriyadakı məğlubiyyətinin NƏTİCƏLƏRİ: “Hakimiyyətdə dəyişiklik ola bilər” Yeni Çağ Media

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“2023-cü il oktyabrın 7-də İran və Rusiyanın yönləndirməsi ilə İsrailə qarşı hücum edən HƏMAS təşkilatının əməliyyatı bu gün Suriya ərazisində Amerika və İsrailin nəzarətində olan bir qurumun hakimiyyətə gəlməsinə səbəb oldu”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

Analitik Suriyada baş verən prosesləri, Türkiyənin bölgədəki regional təsirlərini və İsrailin apardığı siyasəti şər edib.

H. Oktaya görə, İran özünün proksi təşkilatları vasitəsilə İsrailə qarşı bir əhatə yaratmağa çalışarkən İsrail və ABŞ ittifaqı Suriyanı İranın əlindən alaraq bölgə üzərində nəzarəti ələ keçirdi:

“Həmçinin, HTŞ (Heyət Təhrir əş-Şam) radikal sünni İslamçı təşkilat kimi görünə bilər, amma nəticədə, Amerikanın və İsrailin razılığı ilə bölgədə Əsədə qarşı hərəkətə keçdi və onu devirdilər. Bu prosesdə İran və Rusiyanın böyük məsuliyyəti var, çünki onlar yalnız Əsədə dəstək vermədi, həm də bölgədəki inkişafların hansı istiqamətdə gedəcəyini düzgün qiymətləndirmədilər”.

Onun fikrincə, gələcəkdə İran sistem dəyişikliyinə getməzsə və İsrail-Amerika blokuna qarşı 1970-ci illərdən qalan təşkilati fəaliyyətlərə başlarsa, bu İranın Suriyada və ya İraqda olduğu kimi darmadağın olmasına səbəb ola bilər:

“Bu səbəbdən, İranın hakimiyyət sistemində bir dəyişiklik olacağı gözlənilir. Bu gün SEPAH ilə prezident arasındakı gərginlik daha da artarsa, bu, İran daxilində qarşıdurmaya yol aça bilər. Yəni SEPAH vasitəsilə Məsud Pezeşkianı devirmək, ya da SEPAH-ın təsirini aradan qaldıraraq, İranın xarici siyasətini dəyişdirmək və normallaşmasının önünü açmaq mümkündür. Odur ki, İran gələcəkdəki ən böyük problem olaraq regionda öz yerini tuta bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 13 Dekabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri