İranın vurduğu F 15 in pilotu: Meduzaya bənzər dron…
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aprel ayında İran üzərində vurulan ABŞ-ın F-15 qırıcısının pilotu katapult etməzdən əvvəl kəşfiyyat rəsmilərinə maraqlı müşahidəsindən danışıb. O bildirib ki, meduzaya bənzər formada hərəkət edən və bir-biri ilə koordinasiyalı şəkildə uçan dron sürüsü görüb.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Pilotun qeyri-adi ifadəsi ABŞ kəşfiyyat qurumlarında müzakirələrə səbəb olub. Rəsmilər bunun İranın indiyədək məlum olmayan yeni dron imkanını, sınaq sistemini və ya pilotun aldığı xəsarətlər nəticəsində yaranmış yanlış qavrayışı əks etdirə biləcəyini araşdırırlar.
Rəsmilər dronların bir neçə PUA-nın vahid sistem kimi koordinasiyalı fəaliyyət göstərməsinə imkan verən qabaqcıl şəbəkələşdirilmiş əlaqə (mesh-networking) texnologiyasından istifadə edib-etmədiyini yoxlayırlar.
Bu imkan təsdiqlənərsə, İranın pilotsuz uçuş aparatları proqramında mühüm texnoloji irəliləyiş hesab olunacaq”, - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 23 İyun 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















