Icma.az
close
up
RU
İranın XİN başçısının Bakı səfəri...

İranın XİN başçısının Bakı səfəri...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Nazirlər hansı məsələləri müzakirə etdilər?

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 8-də ölkəmizdə səfərdə olan  iranlı həmkarı Seyid Abbas Əraqçi ilə görüşüb. Nazirlər əvvəlcə təkbətək görüşüblər. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Görüşlərdə Azərbaycan-İran ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal inkişaflar müzakirə edilib.

Azərbaycan və İran əlaqələrinin təməlində dövlətlərimiz arasında mehriban qonşuluq və qarşılıqlı hörmət, xalqlarımız arasında tarixi, mədəni və dini ortaq köklərin dayandığı ifadə olunub. Eləcə də, iki ölkə prezidentlərinin arasında mövcud olan dostluq münasibətlərinin dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət daşıdığı, 2025-ci ildə İran Prezidentinin Azərbaycana səfərləri və bu çərçivədə Azərbaycan Prezidenti ilə görüşlərinin əməkdaşlıq əlaqələrimizə yeni təkan verdiyi vurğulanıb.

Nəqliyyat dəhlizlərinin inkişafı diqqət mərkəzində

Bundan başqa, Xarici İşlər nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələrinin, iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının, parlamentlərarası əlaqələrin, eləcə də əhatəli ikitərəfli hüquq-müqavilə bazasının əməkdaşlığımıza dayanıqlı xarakter verdiyi bildirilib. Görüş zamanı iqtisadi-ticarət, enerji-energetika və nəqliyyat-logistika istiqamətləri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. İki ölkənin iqtisadi potensialının və coğrafi yaxınlığın qarşılıqlı ticarət və investisiya həcmlərinin artırılması üçün əlverişli şərait yaratdığı vurğulanıb.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində birgə fəaliyyətlərin, eləcə də Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni bağlantı layihələrinin regionda tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəyinə inam ifadə olunub. Ağbənd-Kəlalə arasında yolun və körpünün tikintisinin yekunlaşdırılması istiqamətində səylər məmnunluqla qeyd edilib.  Humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunularaq, iki ölkənin prezidentlərinin razılığı əsasında Bakı-Tehran-Bakı və Bakı-Təbriz-Bakı marşrutları üzrə təyyarə reyslərinin artırılması xalqlarımız arasında təmasların təşviqinə töhfəsi qeyd edilib. Elm, təhsil, mədəniyyət, gənclər, idman, səhiyyə və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Beynəlxalq və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan və İran arasında BMT, UNESCO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər təşkilatlar, eləcə də 3+3 və bir sıra başqa regional platformalar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq yüksək qiymətləndirilib.

Ceyhun Bayramov həmkarına Azərbaycan-Ermənistan normallaşma prosesi barədə son inkişaflar barədə məlumat verib, bu çərçivədə, Vaşinqton Zirvəsinin nəticələri diqqətə çatdırılıb.  Regionda daimi sülhün bərqərar edilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, mina təhlükəsi və keçmiş məcburi köçkünlərin geri qayıdışı barədə qarşı tərəfə məlumat verilib.

10 ayda ticarət dövriyyəsinin həcmi 520 milyon dollar olub

Görüşlərdən sonra birgə mətbuat konfransı keçirilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar. C.Bayramov bildirib ki, Azərbaycan və İran münasibətləri ali və yüksək səviyyəli səfərlər əlaqəllərə ciddi töhfələr verir. Onun sözlərinə görə, ölkələr arasında dərin köklər mövcuddur: “Azərbaycan iki ölkənin dostluq münasibətlərinin inkişafında maraqlıdır. Bu il Azərbaycan və İran münasibətlərinin inkişafı yönündə mühüm il olub”. O qeyd edib ki, Azərbaycan ilə İran arasında ikitərəfli siyasi dialoq fəal şəkildə davam edir.

Nazir diqqətə çatdırıb ki, bu il iki ölkə arasında iqtisadi komissiyaların işi təqdir edilib: “Ticarət dövriyyəsi 2024-cü ildə 650 milyon, bu ilin 10 ayında isə 520 milyon dollar olub. Bu gün bu həcmin artırılması istiqamətində addımları müzakirə etdik. Bir sıra layihələrin uğurla həyata keçirilməsi təqdir edildi”. C.Bayramov əlavə edib ki, Ağbənd-Kəlalə avtomobil körpüsünün inşası davam edir, gələn il bu tikintinin başa çatması gözlənilir.

C.Bayramov: Sülhməramlıların Qəzzada iştirakı ilə bağlı yekun qərar yoxdur

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığa əlavə olaraq həm siyasi, həm də iqtisadi layihələrin icrası baxımından üçtərəfli formatların bir sıra region ölkələri ilə genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Nazir bildirib ki, həmkarı ilə Yaxın Şərqdəki proses barədə məlumat mübadiləsi aparıb: “Bir daha qeyd edilib ki, Azərbaycan və İran bölgədə sülhün, sabitliyin tərəfdarıdırlar”. C.Bayramov məlumat verib ki, Azərbaycan beynəlxalq stabilləşdirici qüvvələr adı altında Qəzzaya dəvət olunsa da, bu barədə yekun qərar yoxdur. O bəyan edib ki, Qəzzada baş verən proseslər ciddi narahatlıq doğurur: “Bu müstəvidə ABŞ tərəfindən elan edilən Sülh planını müsbət qarşıladıq. Daha sonra BMT TŞ-nın qətnamələri oldu və biz dəstəyimizi verdik. Azərbaycan nadir ölkələrdəndir ki, bütün ölkələrlə müsbət əlaqələri var və bizə inam var. Azərbaycan üçün bu məsələdə sual doğuran məsələlər var. Öz sorğularımızı müvafiq yerlərə ünvanladıq. Burada müxtəlif aspektlər var, mandat, başqa dövlətlər və s. Tərəfimizdən qaldırılan suallara tam cavab yoxdur. Ona görə də Azərbaycan hərbçilərinin orada iştirakı ilə bağlı yekun qərar mövcud deyil”.

C.Bayramov əlavə edib ki, iranlı həmkarının bu səfəri iki ölkə arasındakı münasibətlərə daha yaxşı töhfə verəcək. Onun sözlərinə görə, nazirlər icrası başlayan və bitmək üzrə olan layihələr barədə müzakirələr aparıblar: “Ölkə başçısı iqtisadi sahədə olduğu kimi, digər sahələrdə də geniş yol xəritəsinin hazırlanması fikrini səsləndirdi. Həmkarımla bu barədə danışıqlar apardıq və razılaşdıq ki, bunu ən qısa zamanda yerinə yetirməliyik”.

“3+3” formatında növbəti görüşün ölkəmizdə keçirilməsi təklif edilib

Nazir rəsmi Bakının  “3+3” regional formatının əvvəl Azərbaycanda, sonra Ermənistanda keçirilməsini təklif etdiyini də diqqətə çatdırıb. O, xatırladıb ki, bu formatın yaradılması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüşdü: “Artıq bu formatda üç dəfə görüş keçirilib. Türkiyədəki görüşün sonunda Azərbaycan tərəfi növbəti görüşün Azərbaycanda keçirilməsini təklif etmişdi. Bildirmişdik ki, Azərbaycanda görüş keçirildikdən sonra biz növbəti görüşün Ermənistanda keçirilməsinə razılıq verəcəyik. Əfsuslar olsun ki, həmin zaman belə bir razılıq əldə olunmadı. Ermənistan tərəfi bu ardıcıllığa öz razılığını bildirmədi. Lakin hesab edirik ki, bu gün fərqli bir mühit mövcuddur. Artıq Ermənistan və Azərbaycan nümayəndə heyətləri bir-birilərinin ərazilərində görüşlərdə iştirak edirlər. Bunları və digər faktorları nəzərə alaraq hesab edirik ki, hazırkı məqamda Ermənistanın Azərbaycanın 2024-cü ildə səsləndirdiyi təklifdən imtina etməyə əsası yoxdur. Ən azından, biz bu məntiqi görmürük. Təklifimiz qüvvədədir”.

Əraqçi: Əlaqələrimizin daha da inkişafını istəyirik

İran XİN rəhbəri Abbas Əraqçi isə deyib ki, Azərbaycan və İran arasında birgə mənafelər çoxdur. Onun sözlərinə görə, Bakıya səfəri iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün vacibdir: “Bu gün danışıqlar, münasibətlər siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edib. Bu gün Prezident İlham Əliyevlə də görüşüm oldu. Bu görüş çərçivəsində bütün önəmli mövzulara toxunuldu”. Nazir İran Prezidentinin Bakıya builki səfərlərini xatırladıb: “Biz də Prezident İlham Əliyevi İranda görməyi səbirsizliklə gözləyirik”.

O, həmçinin qeyd edib ki, Azərbaycan və İran XİN-ləri arasında münasibətlər inkişaf etməyə davam edir. Eləcə də “3+3” formatı regionda sülhün və sabitli üçün mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycanla İran arasında əməkdaşlıq gələcəkdə də davam edəcək: “Azərbaycanlı həmkarımla Cənubi Qafqaz regionu, “3+3” formatı ilə bağlı müzakirələr apardıq. Bu format regionda sülhün və sabitliyin möhkləmləndirilməsi üçün mühüm rol oynayır”.

A.Əraqçi həmçinin bildirib ki, İran Azərbaycanla əlaqələrinin ən yüksək səviyyədə olmasında maraqlıdır: “Biz bunu Azərbaycan tərəfində də görürük. Bu əlaqələrin daha da inkişaf edəcəyinə əminəm. Biz hansısa tərəfin bu münasibətlərə ziyan vurmasına heç bir zaman imkan verməməliyik”.

A.Əraqçi onu da qeyd edib ki, İran Azərbaycanla Ermənistan arasında əlaqələrin inkişafını dəstəkləyir: “İran, həmçinin Azərbaycanın təklifinə uyğun olaraq “3+3”ün əvvəlcə Azərbaycanda, daha sonra Ermənistanda keçirilməsini dəstəkləyir”.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Dekabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see1978

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see215

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see192

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see180

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see156

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see150

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see145

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see135

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see133

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri