Icma.az
close
up
RU
İranla bağlı inanılmaz plan işə düşdü: Hücum ssenarisi... DETALLAR

İranla bağlı inanılmaz plan işə düşdü: Hücum ssenarisi... DETALLAR

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) növbəti ay ərzində 24 saat hazırlıq əmri verilib. Amerikalı rəsmilər də “Abraham Lincoln” təyyarədaşıyan gəmisinin Yaxın Şərqə göndərildiyini, gələn həftə bölgəyə çatacağını təsdiqləyirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı paylaşım edib.

Bu, İrana qarşı hərbi əməliyyat planının rəfə qaldırılmadığı deməkdir və son açıqlamalar fonunda belə fikir yaranır ki, Vaşinqton Tehranın edamlarla bağlı vədinə əməl etmədiyi üçün “hücum ssenarini” yenidən aktuallaşdırıb, hərçənd, bu “söz güləşi” prosesin görünən tərəfidir.

ABŞ-ın İranda mövcud sistemin dəyişməsi hədəfində mümkün ssenarilər isə fərqli görünür. Bunu xüsusilə Trampın İrana hərbi müdaxilə ssenarisini təxirəsalma səbəblərində axtarmaq olar.

Trampın “yolda olan köməyi”nin gəlməməsinin üç mümkün səbəbi müzakirə edilir.

1. İran hakimiyyətinin edamları dayandırması vədi;
2. Türkiyə, İsrail və körfəz ölkələrinin hücuma qarşı çıxması;
3. Hərbi müdaxilə ilə rejimi dəyişdirməyin çətinliyi;

İlk iki səbəblə müqayisədə üçüncüsü daha güclüdür, xüsusilə İranda rejimin dəyişməsinə ən çox istəyən İsrailin müxalif mövqeyini bununla əsaslandırması fonunda. Bu, ABŞ və İsrailin İranda rejimi dəyişmək planında iki mümkün ssenarisi üzrə hərəkət edə biləcəyi fikrini önə çıxarır. Bu kontekstdə hücumun təxirə salınmasından öncə MOSSAD şefi David Barneanın Vaşinqtona səfəri də diqqətçəkəndir.

Birinci ssenari: rejimin daxildən dəyişdirilməsi;

ABŞ və İsrail nəticələrini proqnozlaşdırmağın çətin olduğu hücum əvəzinə post-Xamenei dövrünə hazırlıq ssenarisinə üstünlük verir. İranda Xameneidən sonra rejimin götürülməsi uğrunda qruplararası mübarizənin getdiyi bəllidir (keçmiş prezident İbrahim Rəisinin bu mübarizənin qurbanı olduğu ehtimalları var). Birləşdirici fiqur olan Xameneinin yoxluğu (ölümü, yaxud prosesdən kənarlaşdırılması) mübarizəni şiddətləndirə və İranı xarici müdaxiləyə daha açıq hala gətirə bilər. Burada iki mümkün versiya görünür:

a) İran-ABŞ təmaslarında post-Xamenei dövrü ilə bağlı müəyyən razılaşmalar əldə olunub, yaxud müzakirə edilir: rejim islahatlara gedir, nüvə proqramı və digər tələblər qəbul edilir, əvəzində İranın bütövlüyü saxlanılır; bu razılaşmada rejim daxilində müəyyən qrupun iştirak etdiyi istisna edilməməlidir;
b) Xamenei neytrallaşdırılır və hakimiyyəti ABŞ-ın tələblərinin qəbul eidlməsi çərçivəsində yeni qruplaşma götürür;

Trampın “İranda yeni lider axtarmağın zamanı çatıb açıqlaması”, Pezeşkianın isə “ali rəhbərə hücum müharibə deməkdir” xəbərdarlığı da diqqəti post-Xamenei planlarına çəkir. Mümkündür ki, ABŞ-ın hərbi qüvvələrini Yaxın Şərqə yönləndirməsi, İsrail ordusunun hazırlığı Xamenei ilə bağlı plana İranın əks-reaksiyasına hesablanıb.

İkinci ssenari: İrana qarşı effektiv əməliyyatlar;

İstisna deyil ki, ABŞ və İsrail tələsik hücumun nəticə verməyəcəyini hesablayaraq, rejimin dəyişməsinə yol açacaq effektiv əməliyyatlar hazırlayır. Hərbi hazırlıq da bununla bağlıdır.

Tramp hərbi hazırlığın başa çatmasına qədər diplomatik müstəvidə də addımlar ata – İrana müdaxiləyə qarşı çıxan müttəfiqlərinin razı salınması istiqamətində işləyə bilər. Hərbi və diplomatik hazırlıq başa çatdıqdan sonra isə İran rejimi qarşısında seçim qoyulacağı ehtimalı yüksəkdir: ya tələblərin qəbul edilməsi (bu, həm nüvə proqramı, həm ölkənin idarəçiliyi ilə bağlıdır), ya da hərbi müdaxilə;

Bütün bunlar İran planının davam etdiyini deməyə əsas verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri