İranla ikitərəfli siyasi dialoq çox fəal davam edir Ceyhun Bayramov
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“Azərbaycan və İran arasında münasibətlərin dərin tarixi, mədəni, dini kökləri mövcuddur”.
Gununsesi.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan iranlı həmkarı Seyid Abbas Araqçı ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün iki ölkə arasında siyasi, iqtisadi, investisiya, humanitar sahədə əməkdaşlıq, eləcə də qlobal mövzular müzakirə edilib.
“İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə 650 milyon dollar, 2025-ci ildə isə 520 milyon dollar həcmində olub”, – nazir bildirib.
C.Bayramov həmçinin görüş zamanı Araz çayı üzərində birgə layihələrin xüsusi vurğulandığını diqqətə çatdırıb.
“Azərbaycanla İran arasında ikitərəfli siyasi dialoq çox fəal davam edir. Bu yaxınlarda iki ölkə arasında nazir müavinləri səviyyəsində konsulluq məsləhətləşmələri keçirilib”, – XİN rəhbəri qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 08 Dekabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















