Icma.az
close
up
RU
İranla müharibə ABŞ nin dünyada hegemonluğuna son qoya bilər Hərbi ekspert

İranla müharibə ABŞ nin dünyada hegemonluğuna son qoya bilər Hərbi ekspert

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp razılaşma əldə edilməyəcəyi təqdirdə, İranı bombalamaqla hədələyib. Dövlət başçısı qeyd edib ki, ABŞ ordusu bunu etməyə hazırdır.

Bəs tərəflər arasında yenidən müharibə başlaya bilərmi?

Hərbi ekspert Emin Həsənli Redaktor.az-a açıqlamasında bildirdi ki, hər an hər bir şey ola bilər, vəziyyət gərgindir.

Onun sözlərinə görə, razılaşma nəticə verməsə, ABŞ məcburdur ki, müharibəyə getsin:

"ABŞ əvvəlcədən də yanlış addımlar atırdı, indi də o yanlış addımları davam etdirir. Hesab edirəm ki, ABŞ-nin nüfuzuna böyük zərbə dəyib. Vyetnamdan, Əfqanıstandan sonra ən böyük uğursuzluğu ABŞ burada etdi. Proses onu göstərir ki, bu məsələ hələ xeyli uzanacaq. İranın ərazisi bombalanır, generalları öldürülür, ona görə də İranın itirəcəyi bir şey yoxdur. Maksimum çalışır ki, bu məsələdən nəticələr əldə etsin".

Müsahibimiz müharibənin yenidən başlaması ehtimalından da danışdı:

"Müharibə başlasa, xeyli davam edə bilər. ABŞ sonradan məcbur olub quru əməliyyatına keçsə, daha çox itki verəcək. İran üçün itkinin əhəmiyyəti yoxdur. İranda təcavüzə məruz qaldığı üçün müdafiə zamanı ölmək dini baxımdan şəhidlik sayılır.

Nəticədə ABŞ-nin həm iqtisadiyyatına zərbə dəyər, həm də canlı qüvvə itirsə, bu, xalq tərəfindən etirazla qarşılanar. Bu, ümumiyyətlə, ABŞ-nin nüfuzuna və dünyada hegemonluğuna son qoya bilər. Onsuz da ərəb və region dövlətləri, eyni zamanda dünyanın bir çox ölkələri bu müharibədən sonra artıq ABŞ-nin birmənalı hegemonluğunu qəbul etmir, hər biri bildirir ki, biz özümüzün təhlükəsizliyimizi qorumalıyıq və alternativ təhlükəsizlik çətirləri fikirləşirik. Yəni bu müharibə onu sübut etdi ki, ABŞ-nin hansı ölkədə hərbi bazası olmasa və yaxud da birbaşa müttəfiqi olmasa, o ölkənin təhlükəsizliyini təmin etmir".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Aprel 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri