İranlı ruhani: ABŞ ilə danışıqlar siyasi oyun dur
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məşhəddəki cümə namazı imamı Əhməd Ələmolxoda ABŞ ilə danışıqları "siyasi oyun" adlandırıb və hərbi təzyiq altında aparılan danışıqların nə ciddi, nə də real olduğunu bildirib.
Ölkə.Az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.
Ələmolxoda "silah və təyyarələrin başı üzərində" aparılan danışıqların etimad yaratmadığını söyləyib. O əlavə edib ki, "İran müharibədən qorxmur, rəqibləri isə Tehranın hərbi qüdrətindən qorxurlar".
Digər bir imam Əhməd Xatəmi Tehranda cümə namazı zamanı İranın uranı zənginləşdirməyə davam edəcəyini qeyd edib.
"İranın atom bombası yaratmaq üçün nüvə enerjisinə ehtiyacı yoxdur", - deyə Xatəmi vurğulayıb və əlavə edib ki, beynəlxalq ictimaiyyətin uran zənginləşdirilməsinin könüllü dayandırılması çağırışları "yersizdir".
O, İranın dini səbəblərə görə nüvə silahlarına qarşı çıxdığını, lakin nüvə proqramından israrlı olacağını söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 06 Fevral 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















