Icma.az
close
up
RU
İranlıya narkokuryerlik edən taksi sürücüsü Maştağada tutuldu TƏFƏRRÜAT

İranlıya narkokuryerlik edən taksi sürücüsü Maştağada tutuldu TƏFƏRRÜAT

Icma.az, Moderator.az saytına istinadən bildirir.

İran vətəndaşına narkokurleyrlikdə ittiham olunan 1985-ci il təvəllüdlü Bəxtiyar Həmzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, o, İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsin göndərdiyi və “İnstagram” ani mesajlaşma tətbiqi vasitəsilə bildirdiyi ünvandan ümumi təmiz çəkisi 2060,0 qram miqdarda narkotik vasitəni - qurudulmuş marixuananı əldə edib.

21 dekabr 2024-cü ildə Sabunçu rayonunun Maştağa qəsəbəsində özünü şübhəli apardığı üçün Rayon Polis İdarəsi cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Həmzəyev 14-cu Polis Şöbəsinin inzibati binasına gətirilib, dekabrın 22-də saat 02:20-də xidməti otaqda onun üzərində şəxsi axtarış zamanı əlində saxladığı sellofan bağlamanın içərisindən ümumi çəkisi 2060 qram qurudulmuş marixuana, gödəkcəsinin iç sol yan cibindən elektron tərəzi aşkarlanıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən B.Həmzəliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır, heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyil: “Saxlandıqdan təqribən 3 gün əvvəl “İnstagram”da tanış olduğum, kimliyini bilmədiyim İran vətəndaşının atdığı konum vasitəsi ilə Şamaxı postunun yaxınlığından narkotik vasitəni götürdüm. Onun Maştağa qəsəbəsində ünvanlara atacağı konuma narkotik vasitəni qoyaraq qarşılığında 600 manat pul alacaqdım. Marixuananı 1 ədəd “Blue Jeans” yazısı olan rəngli sellofana bükərək üzərimdə saxlamışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2024-cü ilin dekabrın 21-də Maştağa qəsəbəsində yol kənarında olarkən ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb və özlərini təqdim ediblər: “Üzərimdəki narkotik vasitəyə görə narahat olduğumdan həmin yerdən uzaqlaşmaq istədim. Polis əməkdaşları məni saxlayaraq 14-cü Polis Şöbəsinə dəvət etdilər. Bölmədə üzərimdə olan əşyaları özümün təqdim etməyimi təklif elədilər. Əlimdəki sellofana bükülmüş narkotik maddə olan marixunanı təqdim etdim. Üzərimdə axtarış zamanı telefon və elektron tərəzi aşkar olundu”.

Təqsirləndirilən şəxs qeyd edib ki, elektron tərəzi ona məxsus olmayıb. Taksi fəaliyyəti ilə məşğul olduğundan müştərilərdən biri tərəzini maşında unudub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B. Həmzəliyev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 il 6 ay azadlıqdan məhrum edilib.

Ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ittihamdan çıxarılıb.

Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Noyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri