İraq hava məkanını müvəqqəti bağlayıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qahirə, 8 iyun, AZƏRTAC
İranın İsrailə raket hücumu fonunda İraq öz hava məkanını müvəqqəti olaraq (72 saat) mülki aviasiya uçuşları üçün bağladığını elan edib.
AZƏRTAC “əl-Cəzirə”yə istinadla xəbər verir ki, bu barədə İraqın aviasiya qurumu məlumat verib.
Xatırladaq ki, İran İslam Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbələri endirməyə başlayıb. İran tərəfi hava zərbələrinin İsrailin Livanın cənubunda yenidən keçirdiyi hərbi əməliyyatlara cavab olaraq etdiyini bildirib. Bu, tərəflər arasında aktiv əməliyyatların dayandırılmasından sonra edilən ilk birbaşa zərbədir.
İsrailin cavab zərbələri vuracağı gözlənilir. Bu arada İran cavab zərbələrinin olmayacağı təqdirdə, hücumları davam etdirməyəcəyini bildirib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Baxış sayı:154
Bu xəbər 08 İyun 2026 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















