İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC tərəfindən Türkmənistana növbəti dəfə 100 ton həcmində elektrod məhsulunun ixracı baş tutub.
Bununla əlaqədar oktyabrın 3-də media nümayəndələrinin iştirakı ilə məhsulun sözügedən ölkəyə yola salınması mərasimi keçirilib. Ümumilikdə şirkət tərəfindən Türkmənistana mərhələli şəkildə 600 ton həcmində məhsul göndəriləcək.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Media nümayəndələrinə bildirilib ki, şirkət 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb və müəssisədə hazırda 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsalı həyata keçirilir. Növbəti mərhələdə müəssisədə paslanmaz və alüminium elektrodların istehsalına başlanılması nəzərdə tutulur.
Azərbaycanın yeganə elektrod istehsalçısı olan müəssisənin aylıq istehsal gücü 330 tondur.
İnvestisiya dəyəri 7,5 milyon manat olan müəssisədə 20 nəfərdən artıq daimi iş yeri yaradılıb.
Müəssisədə istehsal edilən məhsullar “Geka” brendi adı altında daxili bazara satılmaqla yanaşı, İraq, Özbəkistan, Türkmənistana da ixrac edilir, Rusiya və Qazaxıstana da satış istiqamətində danışıqlar aparılır.
Baxış sayı:37
Bu xəbər 03 Oktyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















