Icma.az
close
up
RU
İraq seçkiləri: İranın köhnə təsir oyunu yeni reallıqlarda da davam edəcəkmi?

İraq seçkiləri: İranın köhnə təsir oyunu yeni reallıqlarda da davam edəcəkmi?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İraqda noyabrın 11-də parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə ölkənin 329 üzvdən ibarət Nümayəndələr Şurası (Council of Representatives of Iraq) yenidən formalaşacaq.

Seçkilərə 31 siyasi ittifaq, 38 partiya və 79-a yaxın müstəqil namizəd qatılır. Siyasi palitrada şiə, sünni, kürd və digər dini-etnik qrupların nümayəndələri ilə yanaşı, qadınlar üçün də xüsusi kvotalar nəzərdə tutulub. Seçkilərin təşkili və keçirilməsinə İraqın Müstəqil Seçki Komissiyası nəzarət edir.

Bu seçkilər sadəcə hökumətin dəyişməsi üçün deyil, həm də İraqın siyasi müstəqilliyinin və regional güc balansında yeni nizamın müəyyənləşməsi üçün həlledici mərhələ sayılır.

Xüsusilə İran üçün bu proses strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Tehran uzun illərdir İraqda həm siyasi, həm də hərbi və iqtisadi təsir mexanizmləri qurub. Lakin Suriya və Livanda nüfuzunun zəifləməsi, Hizbullahın zərbə alması və ABŞ-nin tətbiq etdiyi yeni sanksiyalar İranın bu təsirini əvvəlki səviyyədə saxlamağı çətinləşdirib.

2003-cü ildə ABŞ-nin İraqı işğalından sonra Tehran dini və ideoloji yaxınlıqdan istifadə edərək özünə bağlı güclər formalaşdırmışdı. “Həşdi Şəbi” adlı silahlı koalisiya və onlarla əlaqəli partiyalar bu təsirin əsas dayaqlarına çevrilmişdi. Lakin Qasım Süleymaninin öldürülməsi və ardınca ABŞ-ın “İraqı İrandan Xilasetmə Aktı” çərçivəsində tətbiq etdiyi sanksiyalar bu strukturları həm maliyyə, həm də legitimlik baxımından zəiflətdi.

Hazırda İran açıq siyasi müdaxilədən çox, parlamentdəki Şiə blokları vasitəsilə dolayı təsir strategiyasını izləyir. Bu, ona hökumət formalaşarkən əsas nazirliklərdə - Daxili işlər, Müdafiə və Enerji kimi postlarda söz sahibi olmaq imkanı verir. Lakin bu taktika da artıq sınaq qarşısındadır. Çünki, İraq cəmiyyətində, xüsusilə gənc nəsil arasında “xarici təsirdən qurtulmaq” çağırışları güclənir. Eyni zamanda, ölkənin Türkiyə, Körfəz ölkələri və ABŞ ilə artan əməkdaşlığı Tehran üçün yeni diplomatik çətinliklər yaradır.

İran üçün daha bir təhlükə, İraqın iqtisadi və enerji siyasətində diversifikasiya istiqamətində atdığı addımlardır. Bağdadın Türkiyə ilə “Kalkınma Yolu” layihəsini həyata keçirməsi, Körfəz ölkələri ilə enerji və infrastruktur sahəsində əməkdaşlığa başlaması İraqı Tehran asılılığından xeyli uzaqlaşdırır. Nəticədə, İranın İraqdakı yumşaq güc vasitələri - ticarət, sərhəd bazarları, mədəni təsir mexanizmləri əvvəlki kimi işlək deyil.

Ancaq bütün bu geriləmələrə baxmayaraq, İran hələ də İraqda tamamilə təsirsiz deyil. Dini institutlar, zəvvar mərkəzləri və sosial layihələr vasitəsilə Tehran öz nüfuzunu qorumağa çalışır. Bu isə göstərir ki, İran hərbi və siyasi alətlər zəifləsə də, ideoloji və sosial təməllər üzərindən təsirini saxlamağa çalışır.

Nəticə etibarilə, 2025 noyabr seçkiləri İran üçün təkcə siyasi yox, həm də geosiyasi bir sınaq olacaq. Əgər İraq xalqı bu seçkilərdə milli maraqları önə çəkə bilsə və müstəqil hökumət formalaşarsa, bu, təkcə Bağdadın deyil, bütün Yaxın Şərqin siyasi tarazlığında yeni mərhələnin başlanğıcı demək olacaq. Tehran isə artıq anlayır ki, dəyişən regional reallıqlarda əvvəlki təsir modelini davam etdirmək mümkün deyil. Bu seçkilər, İranın “köhnə üsullar”la “yeni Yaxın Şərq”i idarə etməyə çalışmasının son imtahanıdır.

Zülfü Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri