Icma.az
close
up
RU
ABŞ lə İranın nüvə gərginliyi: Yeni danışıqlar, köhnə etimadsızlıq ANALİZ

ABŞ lə İranın nüvə gərginliyi: Yeni danışıqlar, köhnə etimadsızlıq ANALİZ

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rəsmi Tehranyeni savaşın qarşısını almaq üçün nüvə danışıqlarının bərpasına yönəlik addımlar atmalı olacaq


Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir


ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Hazırda tərəflər arasında ciddi fikir ayrılıqları, qarşılıqlı etimadsızlıq və ziddiyyətli mövqelər fonunda diplomatik prosesin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Vaşinqtonun mövqeyinə görə, İranın nüvə silahına sahib olması regionda silahlanma yarışını sürətləndirə, qeyri-rəsmi nüvə təhlükəsini dərinləşdirə və “Hizbullah”, “Hüseynilər”, “HƏMAS” kimi silahlı qruplara nüvə texnologiyası və material ötürülməsi riskini artıraraq regional sabitliyi ciddi şəkildə təhdid edə bilər. Bu səbəbdən ABŞ, uranın yalnız dinc məqsədlərlə və məhdud zənginləşdirmə səviyyəsində istifadə olunmasını Tehranla danışıqların əsas şərti kimi təqdim edir.

Qeyd edək ki, 2025-ci ilin aprelində Oman və Roma vasitəsilə keçirilən beş raundlu danışıqlar çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-nin xüsusi nümayəndəsi Stiff Vitkoff arasında ortaq mövqeyə gəlinməyib. Razılaşmanın əldə olunmamasına səbəb Tehranın uranın zənginləşdirilməsi hüququnu qorumaq istəyinə qarşılıq olaraq, Vaşinqtonun bu fəaliyyətin sərt şəkildə məhdudlaşdırılmasında israrlı mövqe nümayiş etdirməsi olub.

İranın nüvə proqramı uzun illərdir ki, həm ABŞ, həm də İsrail üçün təhlükə kimi qiymətləndirilir. Məhz bu narahatlıqlar 2025-ci il iyunun 13-də İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasına səbəb olub.

Hazırkı mərhələdə ABŞ prezidenti Donald Tramp nüvə məsələsi ilə bağlı Tehranla yeni danışıqlar raundunun planlaşdırıldığını bəyan etsə də, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, danışıqların vaxtı və məkanı hələlik müəyyən edilməyib. Bu isə rəsmi Tehranın diplomatik prosesə hazırlaşdığını göstərir.


Məsələ ilə bağlı Sherg.az-a açıqlama verən politoloq Elçin Xalidbəylinin sözlərinə görə, ABŞ və İran arasında nüvə proqramı üzrə danışıqların yenidən gündəmə gəlməsi qaçılmaz görünür:


“Əvvəllər ABŞ ilə İran arasında keçirilən nüvə danışıqlarında razılıq əldə olunmamışdı və müzakirələr dalana dirənmişdi. İsrail bu situasiyadan bəhanə kimi istifadə edərək, İrana hücum etdi. İndi isə oxşar bir prosesin yenidən baş verdiyini müşahidə edirik”.


E. Xalidbəyli qeyd edib ki, Vaşinqton rəsmi Tehrandan yenidən nüvə danışıqlarına qayıtmağı tələb edir:

"Lakin İran tərəfinin məsələyə dair verdiyi açıqlamalar ziddiyyətlidir. Bəzi mənbələrin məlumatına görə, Tel-Əviv və Vaşinqton arasında İrana qarşı yeni hərbi zərbələrlə bağlı məsləhətləşmələr aparılır. Tramp administrasiyası hələlik İranla yeni müharibə ideyasına neqativ yanaşır. ABŞ prezidenti İranla razılaşmaq istəmədiyini desə də, nüvə proqramı ilə bağlı problemin siyasi-diplomatik yollarla həll edilməsinin vacibliyini önə çəkir. Bununla belə, Tramp administrasiyası paralel olaraq bildirir ki, əgər İranla razılaşma əldə olunmasa və İsrail-İran münaqişəsi yenidən başlasa, ABŞ İsraili dəstəkləyəcək”.


Politoloqun fikrincə, bu yanaşma Ağ Evin növbəti münaqişədə də İsrailin yanında yer almağa hazır olduğunu göstərir:

“Bu baxımdan hesab etmək olar ki, rəsmi Tehranyeni savaşın qarşısını almaq üçün nüvə danışıqlarının bərpasına yönəlik addımlar atmalı olacaq. Mövcud vəziyyət siyasi və diplomatik vasitələrlə ABŞ-İran arasında müzakirə edilməli və həll olunmalıdır. Çünki mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir”.


Aybəniz Səfərova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri