Icma.az
close
up
RU
Menu

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

Bakı Tbilisi sərnişin qatarı işə düşəcək Tarix AÇIQLANDI

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

Bakı Tbilisi qatarı qayıdır 6 il sonra

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

“Atletiko” təklifləri rədd edir

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

“Vardanyana insan haqları mükafatı vermək ədalətə zərbədir” Azərbaycan hüquq müdafiəçilərindən sərt bəyanat KONKRET

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

Belarusla əlaqələrimiz genişləndirəcəyik

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

Julio Romao yenidən “Qarabağ”a qayıda bilər

Yerə mavi balina ölçüsündə asteroid yaxınlaşıb

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

İraq Türkmanları kimdir?

İraq Türkmanları kimdir?

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

II Yazı

Türkmanlar monqol hücumuna müqavimət göstərərək, ərəb dini və dövləti uğrunda Tanrıçı türkmənlərlə savaşdılar.

Monqol qoşunu ilə gələn Tanrıçı türkmənlər İraqda məskən salırdılar. Türkmənlərin köç karvanları İraqa axışıb gəlməkdə davam edirdi. Onların bəzisi o dövrdə İraqa sel kimi axan monqol qoşununu təşkil edən Tanrıçı türkmənlərin qorxusundan qaçırdı. Bir çoxları isə Oğuz Bəydili Xarəzm dövlətinin parçalanmış müsəlman ordusunun qalıqları olduğundan qərbə sarı üz tutub canlarını xilas edirdilər.Tanrıçı türkmənlər müsəlman türkmənlərə qarşı amansız idi və onları ərəblərdən fərqləndirmirdi.Müsəlman türkmanların arzusu bu idi ki, xəlifə Əl –Nasır Lidinullah Əl-Abbasinin hakimiyyəti altında olan qorxusuz bir yer tapsın.İraqa daxil olan Xarəzm türkmanları ölkənin şimal və cənub hissələrində məskən saldılar və onlardan əvvəl buraya köçüb gəlmiş və həmin ərazilərdə oturaq həyat keçirərək məskunlaşmış qardaşları türklərlə qarışdılar.Tarix xəbər verir ki, Azərbaycan ərazisində Xarəzm Bəydili boy dövlətinin (1077-1231) davamını yaratmış Sultan Cəlaləddin Xarəzmşah Xuzistanıda ələ keçirmək istəyib və Şüştəri mühasirəyə alıb.Lakin fəth edə bilməyib onu tərk edib.Sonra İraqa sarı üz tutub,təbəələrini ölkəyə yayıb.

Xarəzm qoşununun qalıqları ilə gələn bayat qəbiləsinin bir qismi də Səlcuqlar dövründə İraqda məskən salmış bayatın başqa bir hissəsi ilə rastlaşdı.

Mustafa Cavad yazır: Cəlaləddinlə gələnlər İraqın cənubuna axışdılarsa da orada qərar tuta bilmədilər,çünki İraq ordusu onlara orda imkan vermədi.Cənubda başdan-başa ərəblər yaşadığından və gələn türklər ərəbcə bilmədiklərindən bir-birlərini anlamırdılar və yaşayış da çətinləşirdi.Lakin elə ki,Cəbəl Həmərinin ətəyini adladılar,Daquqanı (hazırdakı Daquq şəhərini) keçdilər,gördülər ki,onlardan əvvəl gəlmiş türkmanlar,eyvailər,qıpçaqlar burada yaşayanlarla din və dil baxımdan birləşiblər.Hazırda türkman həmvətənlərimizin bir qisminin həqiqi əcdadları sayılan əvvəlki türkmanlar 29 yanvar-10 fevral 1258-ci ildə (13gün) Hülakü xan Bağdadı mühasirəyə alarkən Abbasi xilafətinə sədaqət və vəfanın ən gözəl nümunəsini göstərdilər.Onlar elxan ordusuna təslim olmaqdan imtina edərək, xəlifəyə xəyanətdən kənarda durdular.Təslim olmamaları, hətta Hülakü qoşununda olan eyni irq oğullarıyla-türklərlə onları müharibə məcburiyyətində qoydu.

Hülakü qoşunu Bağdadın qərb hissəsinə keçərkən Bağdad qarnizonu türk Qara Sunqur Qıpçaqın komandanlığı altında burada düşərgə salmışdı.Xarəzmli Sultan (Coq) elxanlı qoşununda Hülakü xanın yaxın adamlarından biri idi,türk Qara Sunqura məktubunda yazmışdı: “Həm mən,həm də sən bir kökdən yaranmışıq.Uzun götür-qoydan sonra Hülakü xanın xidmətinə keçdim,ehtiyac və məcburiyyət məni buna sövq etdi.Ona itaət gətirdim o,mənimlə çox yaxşı rəftar edir. Sən də həyatını xilas et,dünya ilə ayaqlaş,övladlarına rəhmin gəlsin,itaət gətir ki,ev –eşiyini,övladlarını,mülkünü,canını bu üstünüzə gələnlərdən qurtarasan”.

Qara Sunqur cavabında yazırdı: “ Bu Hülakü xanın ordusu kimdir ki, Abbasi ailəsinin üstünə gəliblər.Onları mən görmüşəm,çoxu Çingizxan dövlətinin (1206-1227) adamları kimidir.Onların əsası hər hansı bir tufandan daha sürətli olan Çingizxan tayfasının əsasından daha möhkəm,daha sarsılmazdır.Bundan əlavə,Abbasilər beş yüz ildən çox hökmranlıq ediblər,kim onlara pislik etmək istəyibsə,dövranı sona çatıb. Əgər belədirsə,məgər ağıllı və düşünülmüş işdirmi ki, sən məni alçaldıb Çingizxan dövlətinin qolu olana qoşulmağa dəvət edirsən?Məsələ dostluq və sülhlə bitə bilərdi,əgər Hülakü xan dinsizlərin qalalarını fəth edəndən sonra Reyi bəri adlamayıb geri Xorasan və Türküstana qayıtsaydı.Amma indi xəlifənin qəlbi Hülakü xanın qoşunu ilə axıb gəlməsindən qəzəb və hirslə dolub.Əğər Hülakü həqiqətən tutduğu işdən peşmandırsa,qoy qoşunu ilə Həmədana qayıtsın,biz də “Əd-dəvatdarı” vasitəçilik edək ki,gəlib xəlifəyə yalvarsın.Bəlkə qəzəbi soyudu,sülhə razı oldu və beləliklə də savaşma və mübahisəyə son qoyular”.

1258-ci idə İraqa soxulan elxanlı ordusu ilə müxtəlif boylardan olan çoxlu türk dəstələri gəldi.Karlton Kon bu haqda yazır: “Monqol qoşunu öz quruluşu etibarı ilə qədim Kurş ordusuna bənzəyirdi.O,hakim təbəqədən təşkil edilmiş alicənablardan ibarət xüsusi qvardiyadan və məğlub edilmiş xalqlardan yığılan müxtəlif növ qoşun hissələrindən ibarət idi.Əsasən əcnəbilərin təşkil etdiyi hissələrin çoxu türklərdən yaranmışdı.Hətta türklər sayca monqolların özündən qat-qat çox idi”.Tarixçi-alim Abbas Əl-Əzzavi əsaslandırmışdır ki,İraqdakı türk boylarının bir hissəsi ya monqol qoşunundan əvvəl,ya da qoşunla birgə İraqa gəlib,burada məskən salaraq yaşamışdır.

Qara Ulus

Alim Abbas Əl-Əzzavi qara ulus boyu haqqında yazaraq göstərmişdir ki,o,türk – monqol nəslindəndir.Məndəli ətrafında məskən salıb.Alim Əl-Əzzavi qeyd edir ki,qara ulus qəbiləsi aşağıdakı qollara bölünür:

1.Qaytul (yaxud Qaytuli)

2.Gəcini (yaxud Gəcineyn)

3.Nəftəci

4.Cərmund

5.Kaysuvari

6.Kəkəvənd

Alim Əl –Əzzavi əlavə edir ki,onların türk olmalarına heç bir şübhə ola bilməz.Bu gün həmin qəbilənin Nəftəci qoluna mənsub adamlara Kərkükdə,Tələfərdə və ətrafında (Əfkanda), Dəgərməncikdə (İyadiyyada) rast gəlinir.

Tataran. Alim Əl-Əzzavi yazır ki,tataran tatar qəbiləsidir. Monqolların hücumu zamanı Kukəlanda,Cəbəl Həmərinin Əl-Azım tərəfində,bəzi hissəsi isə Qaratəpə zonasında məskən salıb.Türkcə və ərəbcə danışırlar,əksəriyyəti yalnız türkcə bilir.Tatarandan böyük bir hissə hazırda Bağdadda-tataran məhəlləsində yaşayır.Həmin məhəllədə eyni adlı böyük bir məscid də vardır.

Baclan boyu:Alim Əl-Əzzavi həmin boy haqqında yazır: “Onlar türkdürlər, “baclan” sözünün mənası isə “bac alan” deməkdir.12 qola bölünürlər.Əl-Əzzavi qeyd edir ki,onları monqol nəslindən hesab edirlər.

Baclan boyu haqqında doktor Davud Əl-Cələbi yazır: “Şəbək camaatı Baclan adlanan boy ilə bir sıra kəndlərdə məskən salıb. Deyilənə görə, o, “bac alan” sözündən yaranıb.Onlar hənəfidirlər.Özləri isə qonşu şəbək camaatıyla həddən artıq ünsiyyət bağlayırlar.Baclanlıların dili şəbək dilinə çox yaxındır”.

Hazırda Kərkükdə yaşayan xaçpərəst türkmanlar, monqol qoşunu ilə İraqa gəlmiş xaçpərəst türkmanların nəslindəndir.Onlar Kərkükü özlərinə vətən seçib yaşayırlar.

Monqol qoşunu ilə çoxlu xristian türk axıb həlmişdi.Hülakünun ən böyük sərkərdələrindən olan Kit Buğa da xaçpərəst türk idi və nayman boyundan çıxmışdı.Hülakünun zövcəsi Daquz Xatun da xaçpərəst türk idi.Abbasi sülaləsinə Hülakünun tutduğu divanda onun da öz rolu olduğu güman edilir.

Rəşiddədin yazır: “Hülakü xanın çoxlu qadını və aşnası olub.Ən sevimli və gözəl qadını Daquz Xatun qədim nəsildən olub,Karayit türk boyuna mənsub idi.O,Ayqu ben Avənik xanın qızıydı.Daquz Xatun sarayda böyük nüfuza malik idi.Əslən xristian olan Karayit camaatından olduğu üçün həmişə xristian türklərin mövqeyinin möhkəmləndirilməsinə çalışırdı.Onun zamanında həmin tayfanın güclü mövqeyi vardı,çünki, Hülakü xan zövcəsinin arzularına əsasən onlara xüsusi qayğı göstərirdi. Hətta iş o dərəcəyə çatmışdı ki,onlar bütün vilayətlərdə kisələr tikdirirdilər. Çünki qardaşı Mənkuqa An Hülaküya vəsiyyət etmişdir ki,bütün məsələlərdə və işlərdə Daquz Xatunla məsləhətləşsin”.Hülakü xanın İraqda yerləşdirdiyi türkmənlərin çoxu Tanrıçı türkmənlər idi. Karayitlər, Naymanlar isə xristian türklər idi.

Hülakü zamanında iki milyon türk bu gün İran adlanan ölkəyə gəldi və bunların çoxu Azərbaycanda birləşdilər.Bu köçlər haqqında Rəşidəddin,Vəssaf və Abdulla Kəşani tarixlərində məlumat vermişdir.

Elxanlı imperatorluğu (1256-1335) zamanında türk olmayan xalqları basqı altına salıb, ölkəni tərk etməyə məcbur edirdilər.Bir tərəfdən ağır vergilər (maliyyə) verməyə məcbur olan taciklər və ərəblər,türklərdən inbarət olan ticarət ortaqlıqlarına (şirkət) girə bilməyib,ortaqların inhisarında olan ticarət və dövlətin verdiyi etibardan məhrum qalırdılar.

Nəticədə tacik və ərəb tacirləri borclu düşüb,borclarını verə bilməyəndə ailələri ilə birlikdə qulam olmağa məcbur olurdular.Ayrıca tatları, tacikləri və ərəbləri aşağı irq hesab olunduğu üçün orduya götürmürdülər, götürdükləri zaman isə xüsusi əlamətlə müəyyən edilərək, təhqir olunurdular.Hülakü xana görə dünyada ən iyrənc dil tacik və ərəblərin dili idi.

Hülakü dövründə (1256-1265) Anadolu səlcuqları da monqollara bağlandı və Abbasi xilafəti və sülaləsi (750 -10 fevral 1258) aradan qaldırıldı.

İraqda müstəqil türkman hökuməti Cəlairi Sultanlığı

Cəlairilər böyük türk boylarından biridir. On qola bölünür.Hazırda onlardan yalnız biri-cəbulğan adlanan tayfa qalmaqdadır.Cəlairə boyu İraqa Hülakü qoşunu ilə birlikdə daxil olmuşdur.Şeyx Həsən Bozork Əl-Cəlairi Bağdadı tutaraq elxanlı hakimiyyətinə son qoyur,yaratdığı yeni dövlət-Cəlairi Sultanlığı adlanır.

Şeyx Həsən Cəlairinin elxanilər qolundandır.1258-ci ildə İraqa soxulan monqol qoşununda gələn cəlairi boyunun övladıdır.Onun bir oğlu-Ağ Buğa elxanlı sultanı Keyxatunun zamanında İraqda Əmirul-üməra (Əmirlər əmiri),ikinci oğlu Əmir Hüseyn elxanlı Sultanı Əbu Səidin zamanında ulus qəbiləsinin əmiri olub,həmin dövrdə Şeyx Həsən Rum ölkəsinin hökmdarı idi.O,Bağdadın elxanlı hökmdarlarından birinə-Əli paşaya qələbə çalmışdır.

Şeyx Həsən Bozork İraqı fəth edən zaman Mosul ətrafında yaşayan türkman boyları qorxu törətsə də, o,İraqdakı tayfasına və tərəfdarlarına arxalanırdı.İbn Xəldun bu haqda yazır : “Kiçik Həsən (Çoban) Təbrizdə müstəqil xan olduqda,Şeyx Həsən Bozork- Bağdadın Sultanı ona heç nə edə bilmədi.Onu yarımadanın başqa əhalisi ilə birlikdə türkmənlər məğlub etmişdilər.Bu zaman Şeyx Həsən Bozork Misir hökmdarı Məlik Ən-Nasıra xəbər göndərdi ki, Bağdadı tutub...”

Böyük Həsənin Bozorkun Misir hökmdarına məktub yazmasının səbəbi Çobanın (Kiçik Həsənin) övladlarının və başqalarının ölkəylə qonşu yerlərdə hakim olmaları idi.Bütün itkilərə baxmayaraq Şeyx Həsən Bağdadı alır və demək olar ki,heç bir rəqibsiz hakimiyyətə gəlir.

İraqda Cəlairi hökuməti Əmir Teymurun (1370-1405) İraqı 1383-cü ilə istilasınadək davam edir.Alim-tarixçi Abbas Əl-Əzzavi elm və maarifə həsr etdiyi polemik qeydlərində yazır: “Bu dövrdə inşa edilən mədrəsələr,eyni zamanda tikilən məscid binaları elmə olan marağı sübut edir. Əksər hallarda məscid mədrəsədən,mədrəsə də məsciddən ayrı olmur,müdərrislər ya dövlət qulluqçuları olur,ya da müəyyən himayə görürlər... Belə müəssisələrdən ən məşhurları: Xavəcə Məsud mədrəsəsi, Aquli mədrəsəsi Siracəddin camesi, Nemani camesi, Seyyid Sultan Əli camesi, Vəzir İsmayıl mədrəsəsi və sairə idi.Tədris işləri ilə nüfuzlu və geniş şöhrət tapmış alimlər məşğul olurdular”.

Teymurilər hakimiyyəti: “Raydə-üs-səfa” əsərində Əmir Teymurun ordusu belə təsvir olunur: “Bağdada gəlmiş Əmir Teymurun ordusunu nə sayıb, nə də öyrənib qurtarmaq olmazdı.İnsanlar əmin –amanlıq əldə edib sakitləşdilər. Bağdad fəth olunub qurtardıqdan sonra İraq Əmir Teymurun məmləkətlərindən birinə çevrildi,onun hakimiyyəti və ağalığı bərqərar oldu. Bir az sonra Bağdadın qalan yerləri də tam istila edildi, bir sıra əmirlər Vasıt və Bəsrəyə yürüşlər etdi.Qoşunun sıxlığı və çoxluğu təkcə bununla bitmirdi,o,get-getə hər yana yayılmağa başladı. Qısa vaxt içərisində Tikrit,Ərbil, Mosul,Bəsrə və Bəhreyn fəth edildi”.

Mustafa Cavad yazır “ Əmir Teymur qoşununda türklər yenidən İraqa gəldilər. Tarixi məlumatlar göstərir ki,Əmir Teymur indi İran adlanan ərazidən İraqa üz qoyarkən çoxlu türkman boyları,o cümlədən,sarliyə boyu ilə rastlaşır.Yəqin onlar,bu gün Qara təpə vilayətində yaşayan Saraylıların adı ilə tanınanlardır.

Soruliyə boyu : Adı çəkilən sorulu,yaxud sarili boyu haqqında alim Abbas Əl-Əzzavi yazır : “o, türkmən boylarındandır.Hazırda Ərbil quberniyasının Kuveyr nahiyəsinə tabe olan Yuxarı Əlzabdan başlayaraq Mosulla Ərbil arasındakı məsafənin sağ və sol tərəflərində yerləşən 15-dən çox kənddə və digər ərazilərdə yaşayırlar.Onların bir hissəsi Mosulun kəndlərində,Tel Ləvan,Busatlı,Kəbərli,Xarab sultanədə yaşayır.

Ardı var

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Yanvar 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see221

Bakı Tbilisi sərnişin qatarı işə düşəcək Tarix AÇIQLANDI

18 May 2026 17:47see215

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

19 May 2026 06:01see205

Bakı Tbilisi qatarı qayıdır 6 il sonra

18 May 2026 17:30see200

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

19 May 2026 00:03see195

“Atletiko” təklifləri rədd edir

19 May 2026 00:16see189

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see187

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

19 May 2026 05:06see183

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

19 May 2026 01:30see173

“Vardanyana insan haqları mükafatı vermək ədalətə zərbədir” Azərbaycan hüquq müdafiəçilərindən sərt bəyanat KONKRET

18 May 2026 21:31see170

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

19 May 2026 05:06see169

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

18 May 2026 23:45see168

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

19 May 2026 14:04see166

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

18 May 2026 23:53see166

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

18 May 2026 23:30see164

Belarusla əlaqələrimiz genişləndirəcəyik

19 May 2026 14:06see163

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

19 May 2026 14:05see163

Julio Romao yenidən “Qarabağ”a qayıda bilər

18 May 2026 20:23see160

Yerə mavi balina ölçüsündə asteroid yaxınlaşıb

19 May 2026 02:27see159

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri