İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Qahirə, 8 iyun, AZƏRTAC
İraqın cənubunda yerləşən Zi-Qar və Bəsrə vilayətlərini birləşdirən beynəlxalq magistral yolda sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 21 nəfər həlak olub, daha 19 nəfər isə xəsarət alıb. Hadisə ilə bağlı ölənlərin sayı ilkin xarakter daşıyır və ağır vəziyyətdə olan yaralıların olması səbəbindən arta bilər. Hadisənin səbəbləri araşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaralılar dərhal yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb və onlara zəruri tibbi yardım göstərilir.
Məlumata görə, qəza Bəsrədən gələn sərnişin avtobusunun toqquşması nəticəsində baş verib. Hadisə zamanı avtobusda güclü yanğın yaranıb və nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız hala düşüb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 08 İyun 2026 00:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















