“Iraqi Airways” İrana birbaşa uçuşları bərpa edir
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İraqın milli aviadaşıyıcısı “Iraqi Airways” oktyabrın 8-dən İrana birbaşa uçuşları bərpa edəcək.
Bu barədə “Anadolu” agentliyi aviaşirkətə istinadən məlumat yayıb.
Məlumata görə, uçuşlar gündəlik olaraq Nəcəf Beynəlxalq Hava Limanından Tehrana, Məşhədə və İsfahana həyata keçiriləcək.
Qeyd edək ki, “Iraqi Airways” İrana uçuşları ABŞ-ın İrana qarşı sanksiyaları fonunda dayandırmışdı. İraq sentyabrın sonunda ABŞ Maliyyə Nazirliyindən aviaşirkətin İrana uçuşlarını həyata keçirməsinə imkan verən xüsusi istisna əldə edib.
İraqın Nəqliyyat Nazirliyi uçuşların bərpasının tibbi müalicə, dini ziyarətlər, təhsil və digər mülki məqsədlər üçün iki ölkə arasında hava əlaqəsinin təmin edilməsinə xidmət edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 05 Oktyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















