Icma.az
close
up
RU
İraqın Tel Afər şəhərində azərbaycanlı və İraq türkmən şairlərin şeir festivalı keçirilib

İraqın Tel Afər şəhərində azərbaycanlı və İraq türkmən şairlərin şeir festivalı keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (EIDA), İraqın Tel-Afər şəhər meriyasının təşkilatçılığı ilə Azərbaycan və İraq türkmən ədəbi irsi və yaradıcılıq ənənələrini özündə əks etdirən şeir festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalın açılışında İraqın Baş naziri ofisinin nümayəndələri, Tel-Afər şəhərinin meri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun və digərləri çıxış ediblər.

Əvvəlcə iştirakçılara İraq türkmənlərinin və Azərbaycanın şifahi və yazılı xalq ədəbiyyatında, poeziya tarixində olan ortaq dəyərləri, nümunələr, simalar haqqında məlumat verilib.

Çıxışlarda poeziya və xalq yaradıclığında əsrlər boyu qorunan ortaq yaradıcılıq nümunələrinə, bu nümunələrdəki mənəvi dəyərlərə, ənənələrə, humanist ideyalara, türk və müsəlman kimliyinin qorunması məsələlərinə diqqət çəkilib. Bununla ortaq mədəniyyətin azərbaycanlıların və İraq türkmənlərinin ümumi tarixi yaddaşa malik xalq olmalarının sübut yetirildiyi bildirilib.

Azərbaycanı təmsil edən şair Kamal Hüseynzadə, tədqiqatçı Natiq Rəhimov, AMEA Dilçilik İnstitutunun mütəxəssisi Orxan İsayev və başqaları, İraqdan olan tanınmış şair Rza Çolaqoğlu, şair və ədəbiyyatşünas Abdullah Salah Kərküklü çıxış etdikdən sonra İraq türkmənlərinin və Azərbaycan şairlərinin poeziyasından çoxsaylı nümunələr səsləndiriblər.

Festivalda, həmçinin EIDA-nın təşəbbüsü və təşkilatçılığı ilə nəşr olunmuş Azərbaycan və İraq türkmən şairlərinin şeirlərindən ibarət antologiya iştirakçılara paylanılıb.

Şəhər sakinləri və regionun türkmən əşirət (tayfa) rəhbərlərinin də qatıldıqları tədbirdən sonra İraq Baş nazirliyi ofisinin dəstəyi ilə Azərbaycan və İraq türkmənlərinin qədim ənənələrindən olan Xıdır İlyas bayramı şənlikləri təşkil edilib. Bayram tədbiri çərçivəsində Azərbaycan və İraq türkmənlərinin xalq rəqsləri nümayiş etdirilib.

Qeyd edək ki, EIDA-nın həmtəşkilatçılığı ilə artıq bir neçə ildir İraqda türkmən mədəni irsinin qorunmasına yönəlik müxtəlif tədbirlər həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri