İrem Yılandilin “Trendyol Azərbaycan”ının “endirim”i başlamadan bitdi FOTO KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Trendyol Azərbaycan”da 6-11 noyabr tarixlərini əhatə edən “Super alış-veriş günləri” ilə bağlı müştərilər problemlə üzləşirlər.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, onlar daha çox “NOYABR20 koduna 20% endirim” kampaniyasında problem yaşayıblar.
Belə ki, koddan istifadə edilmədiyi halda istifadə olunurmuş kimi bildiriş gəlir, kodun vaxtı bitmədiyi halda isə “kod bitdi” kimi xəbərdarlıqlar olunur: “Bir neçə dəfə təkrar – təkrar yazırsan “noyabr20” bildiriş gəlir ki, tətbiq olundu, amma baxırsan qiymətdə heç bir dəyişiklik yoxdur”.
Müştərilər “Trendyol Azərbaycan”ın işi düzgün qurmadığından şikayətçidirlər. Bildirilir ki, bu platformada baş verənlər qeyri-dəqiqlik halları digərlərindən 2-3 dəfə çoxdur.
Qeyd: “Trendyol Azərbaycan” MMC-nin qanuni təmsilçisi İrem Çağrı Yılandildir. Şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 64, “City Tower” 16-cı mərtəbədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 11 Noyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















