İrəvan administrasiyasında DAVA
Icma.az bildirir, News24 portalına istinadən.
İrəvanın Nor-Nork administrasiyasının binasında fəal Artur Çaxoyan və inzibati rayonun rəhbəri Tiqran Ter-Marqaryanın arasında insident baş verib.
News24.az erməni mediasına istinadən bildirir ki, münaqişəyə səbəb ictimai rezonansa səbəb uşaq meydançasının tikintisi məsələsi ilə bağlı Çaxoyanın rayon rəhbəri ilə görüşmək niyyəti olub.
Administrasiyanın əməkdaşları görüşün qarşısını almağa çalışıblar. İşçilərdən biri Çaxoyana deyib ki, o, binada işləyən bütün kişiləri təhqir edib və buna görə cavab verməlidir. Bundan sonra rayon rəhbəri Tiqran Ter-Marqaryanın özünün də iştirakı ilə dava düşüb. Əldə olan məlumata görə, o, Artur Çaxoyanı döyüb.
Son məlumata görə, döyülən şəxs xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı 7 nəfər saxlanılıb./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 30 Aprel 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















