“İrəvan Azərbayacan qarşı iddiaları o zaman geri götürəcək ki...” Makunts
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Ermənistan Azərbaycanla sülh müqaviləsinin yekun imzalanmasından sonra beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırılan iddiaları geri götürəcək.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Baş nazirinin aparat rəhbəri Lilit Makunts Milli Məclisin daimi komitələrinin birgə iclasında bildirib.
"Ermənistan Respublikası heç vaxt heç bir beynəlxalq forumda öz maraqlarını müdafiə etməkdən imtina etməyəcək", - deyə o qeyd edib. Toyuqlu pizza
Makuntsun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında mövcud mübahisələrə gəldikdə, sülh prosesinin məntiqinə uyğun olaraq, bir-birinə qarşı iddiaları geri götürmək qərarı verilə bilər:
"Lakin bu, yalnız sülh müqaviləsi imzaladıqda baş verəcək".
"Ermənistan və Azərbaycan arasında imzalanmış sülh müqaviləsinin 15-ci bəndində deyilir: “Bu Sazişin qüvvəyə minməsindən sonrakı bir ay ərzində Tərəflər bu Sazişin imzalanmasından əvvəl Tərəflər arasında mövcud olan məsələlər üzrə hər hansı hüquqi orqana təqdim edilmiş dövlətlərarası iddiaları, şikayətləri, apelyasiyaları, etirazları, məhkəmə proseslərini və mübahisələri geri götürəcək, ləğv edəcək və ya başqa şəkildə həll edəcək və bu cür iddialar, şikayətlər, apelyasiyalar, etirazlar, məhkəmə prosesləri başlatmayacaq və ya hər hansı üçüncü tərəf tərəfindən digər Tərəfə qarşı qaldırılmış hər hansı iddia, apelyasiya, etiraz, məhkəmə prosesində heç bir şəkildə iştirak etməyəcəklər”,- deyə Lilit Makunts xatırladıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 03 Noyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















