Icma.az
close
up
RU
Azərbayacan da Məkkə sazişi nə qoşulur? AÇIQLAMA

Azərbayacan da Məkkə sazişi nə qoşulur? AÇIQLAMA

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan "Məkkə sazişi" adlandırılan yeni üçtərəfli müdafiə ittifaqı imzalayıblar. Hər üç ölkənin liderləri tərəfndən imzalanan sazişin əsas məqsədi kollektiv müdafiədir.

Bildirilib ki, "Məkkə sazişi" təcavüzün qarşısının alınması məqsədilə kollektiv çəkindirmə mexanizmini gücləndirməyə və müdafiə sahəsində əməkdaşlığın bütün istiqamətlərini genişləndirməyə xidmət edir.

Türkiyə tərəfi bəyan edib ki, saziş hər hansı konkret ölkə və ya tərəfə qarşı yönəlməyib. Razılaşma regionun digər dövlətlərinin də qoşulması üçün açıqdır.

Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik, eləcə də, hərbi əməkdaşlığı özündə ehtiva edən "Şuşa bəyannaməsi" Azərbaycanın da bu ittifaqa qoşulma ehtimalını gündəmə gətirir. 

Azərbaycanın bu ittifaqda yer almasının nə qədər real olduğu maraq doğurur.

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan "Məkkə sazişi"ndəki ölkələrlə daha çox ikitərəfli əlaqələrə əhəmiyyət verir:

"Fikrimcə Azərbaycanın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan ittifaqına qoşulması hələ aktual deyil. Bəli, Azərbaycan Türkiyə ilə strateji münasibətlərə malikdir və iki ölkə arasında Şuşa bəyannaməsi mövcuddur. Pakistan və Səudiyyə Ərəbistanı ilə də strateji tətrəfdaşlıq münasibətlərimiz var. Hər üç ölkə Qarabağın işğalına görə, Ermənistanla diplomatik münasibətlər qurmadılar. II Qarabağ müharibəsində əldə etdiyimiz zəfərə baxmayaraq, indinin özündə də hər üç ölkə Ermənistanla diplomatik münasibətləri bərpa etməyib. Türkiyə və Pakistan İrəvanla diplomatik təmaslar qursalar da, sülh sazişi imzalanmadan diplomatik münasibətləri bərpa etməyəcək. Bu Azərbaycanla əməkdaşlığa dəyərdən xəbər verir. Bütün bunlara baxmayaraq, Azərbaycan ikitərəfli əlaqələrə daha çox önəm verir". 

Politoloqun fikrincə, İsraillə olan münasibətlər baxımından da Azərbaycanın bu ittifaqa daxil olması hələlik aktual deyil:

"Həm Pakistan, həm Səudiyyə Ərəbistanı, həm də daha çox Türkiyənin İsraillə münasibətləri mürəkkəb və gərgindir. Azərbaycan bu üçlü ittifaqa qoşulsa, İsrailə qarşı eyni mövqedən çıxış etmək məcburiyyətində qalacaq. Habuki indiki şərtlər daxilində Azərbaycan İsraillə əməkdaşlıq edir, onunla tərəfdaşlıq münasibətləri mövcuddur. Bu səbəbdən, məncə, Azərbaycanın hələ yeni yaranan üçlü ittifaqa qoşulması aktual deyil". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Avqust 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri