Icma.az
close
up
RU
İrəvan erməni diasporunun sülhə maneçilik hərəkətlərini qətiyyətlə pisləməlidir Deputat

İrəvan erməni diasporunun sülhə maneçilik hərəkətlərini qətiyyətlə pisləməlidir Deputat

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə ilə yanaşı, bütövlükdə region üçün böyük perspektivlər vəd edən və geosiyasi xarakter daşıyan yeni reallığın olduğunu göstərdi ki, bu haqda danışmaq istərdim. Reallıq isə ondan ibarətdir ki, Xəzər hövzəsində keçmiş SSRİ-dən qalma coğrafi bölgü və onu şərtləndirən səbəblər tam aradan qaldırılıb. Yəni Xəzərin bu yanı artıq Zaqafqaziya, o yanı isə Orta Asiya olmadığı kimi, Azərbaycanla oradakıların arasındakı əlaqələr də səviyyəsini və mahiyyətini hansısa mərkəzin müəyyənləşdirdiyi iki ayrı-ayrı regionda yerləşən ölkələr arasındakı əlaqələr deyil.”

Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Mərkəzi Asiya Birliyinin de-yure olmasa da, de-fakto üzvü kimi görülür. “Biz artıq eyni arealın, eyni ailənin təmsilçiləri, eyni hədəfə doğru irəliləyən dövlətlər olaraq çıxış edirik ki, bu da yetərincə geniş coğrafiyadakı bütün ölkələr, o cümlədən Ermənistan üçün əmin-amanlıq, subyektlik deməkdir. Bəli, məhz subyektlik. Yəqin, Ermənistanda da fərqindədirlər ki, cənab İlham Əliyevin Azərbaycan üzərindən ora yüklərin daşınmasına qoyulan qadağanı aradan qaldırması və qərarın ilk növbədə Qazaxıstandan göndərilən taxılla bağlı verilməsi təkcə regiona sülhün gətirildiyinin əməldə də təsdiqi deyildi, həm də türk dünyasının güclənməsinin bəzi “havadar”larının onlara aşıladıqları kimi Ermənistan üçün təhdid yox, əksinə, böyük fürsət olduğunun sərgilənməsidir”, - o vurğulayıb.

Deputat əlavə edib ki, bu, son zamanlar Rusiyaya, Rusiya üzərindən digər ölkələrə mal göndərməkdə və almaqda böyük çətinliklərlə üzləşən Ermənistanın beynəlxalq subyektliyinə verilən dəstəkdir: “Azərbaycan eyni dəstəyi zamanında mazut göndərməklə Ukraynaya, qazsız qoymamaqla Gürcüstana və kredit verməklə Belarusa da göstərmişdi. Bununla da növbəti dəfə qarşı tərəfin, oradakı toplumun diqqətinə çatdırılır ki, Ermənistanı geosiyasi alət kimi görənlərdən fərqli olaraq, biz istəyirik ki, bu ölkə öz milli maraqlarından çıxış edə bilsin.

Regiondakı sülhün dayanıqlığında bu son dərəcə mühüm faktordur. Hörmətli xanım sədr, Sizin Ermənistan parlamentinin spikeri ilə Cenevrədə sülhün möhkəmlənməsinə xidmət edən görüşünüzü də, Azərbaycanda ictimai sektor təmsilçilərinin eyni məqsədlə İrəvana səfərlərini də bu baxımdan yüksək qiymətləndirirəm.

Ortada belə bir reallıq varkən, İspaniyada futbol matçı öncəsi hay diasporunun əski şousu və onlardan asılı olan Menendesə bənzərlərin əli ilə ABŞ Konqresində "sülh aktı" adı altında Ağ Evə sırımaq istədikləri növbəti məkrli planlar, əlbəttə, diqqətdən qaça bilməz. Ermənistan rəhbərliyi Minsk qrupunun buraxılması məsələsində olduğu kimi, burada da Azərbaycanla eyni mövqedən çıxış etməli, diasporlarını regionda sülhə maneçilik törətməməyə çağırmalı, belə hərəkətləri qətiyyətlə pisləməlidir.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri