Icma.az
close
up
RU
İrəvan Əsəd rejiminin ən yaxın müttəfiqi idi

İrəvan Əsəd rejiminin ən yaxın müttəfiqi idi

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Hərbi müqavilələr, “Ozanyan batalyonu”, separatizmə dəstək, terror zehniyyəti...

Suriyada Bəşər Əsəd rejiminin məğlubiyyəti onun “müttəfiqi” Ermənistanı da çətinə salıb. İllərdir ki, Əsəd rejimi ilə isti və sıx əlaqədə olan Ermənistan işin içindən çıxa bilmir - hələ də, baş verənlərə rəsmi münasibət açıqlaya bilməyən rəsmi İrəvan sirr deyil ki, Yaxın Şərqdəki ən mühüm dəstəklərindən birini itirib.

O da sirr deyil ki, Suriya ilə Ermənistan arasında hər zaman yaxın münasibət olub - Ermənistanın baş naziri Nikol Paşinyan Suriya prezidenti Bəşər Əsədə müxtəlif beynəlxalq və milli bayramlar münasibətilə dəfələrlə təbrik məktubları göndərib. Məsələn, Paşinyan 2021-ci ilin mayında Bəşər Əsədi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək iki ölkə arasında dostluq əlaqələrinin dərinləşdirilməsini arzulayıb. Bəşər Əsəd də oxşar jestlər göstərərək Ermənistan-Suriya münasibətlərinə dəstək ifadə edib.

Əsəd rejimi Ermənistanın iqtisadi ehtiyaclarını təmin edirdi...

Ermənistanın avtoritar rejimlə münasibəti fərqli istiqamətlər üzrə inkişaf edib - bu gün “Qərbə inteqrasiya” yolu adı ilə manipulyasiya edən Paşinyan hökuməti Əsəd rejimi ilə yaxın iqtisadi-siyasi, ticari münasibətlərdə olub. Son illərdə xüsusilə, Suriyadakı erməni icmasının iştirakı ilə bu əlaqələr daha da gücləndirilib. İki ölkə arasında bağlanan müqavilələr isə əsasən tikinti, ərzaq sənayesi və ticarət sektorlarını əhatə edir. Bir neçə dəfə ölkələr arasında birgə iqtisadi forum keçirilib. Əsəd rejimi Ermənistanın iqtisadi ehtiyaclarını təmin etmək məqsədilə ərzaq məhsulları, xüsusən də taxıl və kənd təsərrüfatı məhsullarını Ermənistan bazarlarına yönəldib. Eyni zamanda, Suriya hökuməti Ermənistanın enerji tələbatını qarşılamaq üçün müəyyən miqdarda neft məhsullarını güzəştli şərtlərlə təmin edib - Bu yardımlar İran vasitəsilə tranzit edilib və Ermənistana çatdırılıb.

İki ölkə arasında bir sıra ticarət məhsullarına güzəştli vergi tarifləri tətbiq edilib. Bu, Ermənistanın Suriyadan daha ucuz qiymətə mal idxal etməsini mümkün edib. Ermənistan ilə Suriya arasında imzalanan iqtisadi əməkdaşlıq müqavilələri çərçivəsində iki ölkə arasında ticarət dövriyyəsinin artırılması məqsədilə bir sıra konkret layihələr həyata keçirilib.

Suriya erməniləri Azərbaycan torpaqlarına yerləşdirilirdi...

Əsəd rejimi erməni işğalı dövründə Qarabağdakı separatçı rejimə hərtərəfli köməklik edib. Bununla bağlı xarici və erməni mətbuatda faktlar yer alıb. Xüsusilə, Suriya ermənilərinin köçürülərək erməni işğalı altında olan Azərbaycan torpaqlarında yerləşdirilməsi planı bu iki dövləti daha da yaxınlaşdırıb - Erməni mətbuatı etiraf edir ki, bu qeyri-qanuni məskunlaşdırma hələ Suriyada siyasi böhranın yaranmasından əvvəl başlamışdı. Suriyadan olan ilk erməni ailəsi işğal olunmuş ərazilərə 2008-ci ildə gəlmişdi. Suriya ermənilərinə bu torpaqlarda 10 ildən artıq müddətdə yaşamaq şərtilə bütün əmlak üzərində tam mülkiyyət hüququnun verilməsi qaydası şamil edilirdi. Suriyalı “qaçqınlar” Ermənistan Respublikası pasportunu həm İrəvana gələndə, həm də hələ yola düşməzdən əvvəl öz vətənlərində ala bilərdilər. Beləliklə onların bir çoxu Ermənistana artıq bu ölkənin vətəndaşları kimi gəlirdi. Həmin ermənilərə isə Suriya dövlətinin maliyyəsi ilə Azərbaycanın işğal altındakı torpaqlarında məskunlaşma və ev tikməsi üçün şərait yaradılırdı. Xatırladaq ki, 2012-2015-ci illərdə, köçürülən əhalinin tikinti materialları ilə təmin olunmasına Suriyanın əli ilə Ermənistan tərəfindən 3 milyard Ermənistan dramı (5,8 milyon ABŞ dolları) ayrılmışdı. Təkcə 2015-ci ildə bu məqsədlər üçün təxminən 350 milyon Ermənistan dramı (673 min ABŞ dolları) ayrılıb.

Terrorçu “Ozanyan batalyonu”, yoxsa Ermənistanın gizli dəstək qüvvəsi?

Əsəd rejimi ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq da daim “aktuallığını” qoruyub. Hər iki tərəf gizli razılaşmalarla terror təşkilatlarının fəaliyyətinə ciddi dəstək verib. Eləcə də, bu “müdafiə planları”nda Ermənistanın Suriyadakı erməni icmasının təhlükəsizliyini təmin etmək adı altında bir sıra dəstək proqramları yer alıb. Suriyada fəaliyyət göstərən erməni terror təşkilatları Əsəd rejimi ilə sıx əməkdaşlıq edib - Bunların ən tanınmışı “Nubar Ozanyan adına erməni batalyonu”dur. Bu təşkilat Əsəd rejimi və PKK-nın Suriya qolu olan YPG ilə yaxın əlaqələr saxlayırdı. Suriyadakı erməni diasporu bu təşkilatlara həm maliyyə, həm də insan resursları baxımından dəstək verirdi.

Nubar Ozanyan batalyonu isə 2019-cu ildə Suriyanın şimal-şərqində yaradılıb. Bu silahlı qrup, PKK-nın Suriya qolu olan YPG ilə yaxın əlaqələrə malikdir və əsasən erməni diasporunun nümayəndələrindən təşkil olunub. Batalyon öz adını ASALA-nın (Erməni Gizli Ordusu) keçmiş komandirlərindən biri olan Nubar Ozanyandan alıb. Nubar Ozanyan 2017-ci ildə Suriyada öldürülüb və bu terrorçu Ermənistanda “milli qəhrəman” kimi təqdim edilir.

Batalyonun yaradılmasının əsas məqsədi Suriyadakı erməni icmasını “müdafiə etmək” adı altında bölgədəki siyasi və hərbi fəaliyyətlərini gücləndirmək olub. Lakin praktikada bu qrup Suriya münaqişəsində Əsəd rejiminə dəstək vermək və YPG ilə birgə fəaliyyət göstərmək məqsədi güdürdü. Bununla yanaşı, qrup Ermənistanın regional maraqlarını müdafiə etmək üçün də fəaliyyət göstərib. İkinci Qarabağ müharibəsi dövründə Ozanyan batalyonunun böyük hissəsi Ermənistan tərəfindən döyüşüb. Bu terror dəstəsi Ermənistan rəhbərlərinin “işinə yaradığı” üçün rəsmi İrəvan və erməni diasporu batalyona həm maliyyə, həm də kadr baxımından dəstək verir. Xüsusilə Fransadakı erməni icması terrorçu qrupun əsas sponsorları sırasındadır. Bu terrorçu qrup həm Azərbaycan, həm də Türkiyə əleyhinə iş aparır - qrup qondarma “erməni soyqırımı” məsələsini beynəlxalq ictimaiyyətə yalan və qərəzli şəkildə təqdim etmək üçün siyasi vasitə kimi də fəaliyyət göstərir. Ermənistanın dəstəyi ilə yaradılan batalyon Türkiyə tərəfindən terror qruplaşması kimi tanınır. Azərbaycan bu batalyonun Ermənistanın regional terror şəbəkələrinin bir hissəsi olduğunu bəyan edib. Qəribədir ki, Fransa da daxil olmaqla bir sıra sözdə terrora qarşı olan dövlətlər bu qrupun mövcudluğunu susqunluqla qarşılayıb.

Hələbdəki erməni hərbçilər Əsədə dəstək verirdi...

Bəlli olduğu kimi, Ermənistan hərbçiləri Hələbdə xidmət edib - bu missiya “mina təmizləmə və humanitar yardım” kimi qələmə verilsə də, alt məqsəd fərqli olub. Ermənistanın rəsmi açıqlamalarının əksinə olaraq, missiyanın əsas məqsədinin Əsəd rejiminə dəstək olduğu aydın görünür. Ermənistan, Suriyadakı erməni icmasının təhlükəsizliyini bəhanə edərək Əsəd rejiminin beynəlxalq səviyyədə dəstəklənməsinə töhfə verirdi. Eyni zamanda, Ermənistanın “humanitar missiyası” zamanı onun hərbçilərinin Əsəd ordusunun nəzarətindəki ərazilərdə fəaliyyət göstərməsi və ordunun əməliyyatlarına dəstək göstərməsi haqqında məlumatlar yayılmışdı. Ermənistanın hərbçiləri minatəmizləmə işlərini əsasən Əsəd rejiminin nəzarətində olan strateji bölgələrdə həyata keçirirdi ki, bu da rejimə hərbi üstünlük təmin edirdi.

Xatırladaq ki, həm Azərbaycan, həm də Türkiyə dəfələrlə Ermənistanın Suriyada hərbi mövcudluğuna qarşı etiraz edib. Bu addım bölgədə Ermənistanın hərbi fəaliyyətlərinin genişlənməsi kimi qiymətləndirilib.

Əsəd rejimi hər zaman Ermənistanı müttəfiqi sayıb...

Əsəd rejimi ilə Ermənistan arasındakı bu “isti münasibət” qarşılıqlı davam edib. Məsələn, verilən məlumatlara görə, Ermənistan İran vasitəsilə Əsəd rejiminə hərbi texnika yardımları edirmiş. Əsasən Fransadan alınan və Əsəd rejiminə ötürülən bu texnikalar rejimin müharibədə mövqelərini möhkəmləndirmək üçün istifadə olunub.

Bunun qarşılığında isə, Bəşər Əsəd rejimi həmişə ermənipərəst mövqedə dayanıb. Azərbaycan və Ermənistan arasında olan münaqişələrdə Əsədin siyasəti Ermənistanı dəstəkləmək olub - Suriyanın hazırda devrilmiş hakimiyyəti hətta  İƏT çərçivəsində də Azərbaycanın maraqlarına qarşı çıxış edib. Ermənistanla bağlı bəzi qətnamələrin qəbul edilməsinə mane olmağa çalışıb və qəbul olunan sənədlərə qoşulmayıb. Məsələn, Suriya Azərbaycanın İƏT-də “Dağlıq Qarabağ”la bağlı təşəbbüslərinə dəstək verməkdən imtina etmişdi.

Eyni mövqeni Əsəd rejimi beynəlxalq təşkilatlarda da qərəz nümayiş etdirib, dəfələrlə Azərbaycanın əleyhinə mövqe sərgiləyib. 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi zamanı Suriya bu təşəbbüsə qarşı səs vermişdi. Eyni zamanda, BMT və digər platformalarda Azərbaycanın ərazi bütövlüyünə dair sənədlərə dəstək verməkdən yayınıb.

Türkiyə terrora qarşı davamlı mübarizə sərgiləyir

Artıq Əsəd rejimi yoxdur - Ermənistanın isə “başı” yenə də “daşa” dəydi. Artıq erməni yalanlarını, terrorçu hərəkətlərini dəstəkləyən rejim tarixin arxivinə göndərildi. Təbii ki, bu uğurun əldə olunmasında Türkiyənin xidmətləri danılmazdır. Azərbaycanın rəsmi müttəfiqi, mühüm bir coğrafiyanın aparıcı siyasi-hərbi aktoru olan Türkiyə bütün dövrlərdə terrora qarşı mübarizənin ön sırasında yer alıb. Bu mübarizədə Ankara hər zaman yanında ən yaxın müttəfiqi olan Azərbaycanı görür, dəstəyini hiss edir. İki ölkənin birgə antiterror təlimləri bunu bir daha təsdiqləiyr.

Terrorçu Ermənistanın müttəfiqi olan Əsəd rejimi isə artıq yoxdur. Ermənipərəst qurupun ən fəal üzvlərindən olan, Fransa və Hindistanın yaxın “silahdaşı” sayılan Əsəd rejiminin ömrü bitib. Xatırladaq ki, Fransa, Hindistan, Ermənistan və Suriya bir çox məsələlərdə siyasi-hərbi əməkdaşlıq edirdilər. Təsadüfi deyildi ki, Qarabağın ermənilər tərəfindən işğalını dəstəkləyən Əsəd rejimi Kəşmir məsələsində də Hindistanın tərəfdaşı sayılırdı. Bu mənada Əsədin devrilməsi ilə həm Ermənistan, həm də Hindistan məğlub ölkə sayılır...

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Dekabr 2024 08:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see395

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see244

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see242

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see225

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see225

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see224

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see224

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see222

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see221

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see220

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see220

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see214

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see212

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see203

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi FOTOLAR

18 Sentyabr 2026 10:36see201

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see200

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see199

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see198

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see193

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri