Icma.az
close
up
RU
İrəvan KTMT ziddiyyətləri daha da kəskinləşir

İrəvan KTMT ziddiyyətləri daha da kəskinləşir

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçiriləcək sammitinə qatılmayacaq. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O əlavə edib ki, İrəvan tədbirdə iştirak etməsə də, orada razılaşdırılacaq sənədlərin qəbuluna mane olmayacaq. Xatırladaq ki, sözügedən sammit 27 noyabrda keçiriləcək.

Rəsmi İrəvanın Bişkek sammitinə qatılmaqdan imtina etməsi Ermənistan - KTMT ziddiyyətlərinin kəskinləşməsində növbəti səhifəni təşkil edəcək. Qeyd edək ki, bu ölkə 2024-cü il fevralın 23-dən qurumda iştirakını dayandırıb. Rəsmi İrəvan həmçinin  təşkilata üzvlük haqqı ödəmir.

KTMT 44 günlük müharibəyə və antiterror əməliyyatına müdaxilə edə bilərdimi?

Baş nazir Nikol Paşinyan və onun komandasında yer alan rəsmilər ölkələrinin təşkilatdan incikliyinin KTMT-nin Ermənistan qarşısında öhdəliyini yerinə yetirməməsi ilə əlaqələi olduğunu bildirirlər. Onlar bununla bağlı dəfələrlə açıqlamalar veriblər. Ermənistan rəsmiləri KTMT-nin öhdəliklərini yerinə yetirməməsi iddialarından çıxış edərkən İkinci Qarabağ müharibəsi günlərində və ondan sonrakı dövrdə təşkilatın İrəvana hərbi dəstək göstərmədiyini əsas gətirirlər. Halbuki belə iddiaların hansısa bir əsası yoxdur.

Yaxın tarix hər kəsin yadındadır. Bir vaxtlar Ermənistan Azərbaycanı müttəfiqləri, daha çox da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə hədələyirdi. Bu ölkə 44 günlük müharibədə məhz KTMT-yə güvənərək Azərbaycanın keçmiş təmas xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini, mülki infrastrukturunu ağır artilleriyadan istifadə etməklə intensiv atəşə tuturdu. Ərazilərimizə qadağan olunmuş silahlar atan bu ölkənin hərbi-siyasi elitasında təmsil olunanlar açıq şəkildə bildirirdilər ki, Azərbaycan belə hücumlara cavab verib Ermənistan ərazilərinə atəş açsa, KTMT-dən hərbi yardım istəniləcək. Bəli, müharibə günlərində Ermənistanda KTMT-nin bu ölkəyə hərbi yardım göstərəcəyi ilə bağlı gözləntilər böyük idi. KTMT isə Ermənistan rəsmilərinin xəyallarını bir növ suya salaraq əritdi. Qurumdan Ermənistana hərbi yardım göstərilmədi və bunun hüquqi əsaslarını tapmaq da mümkün deyildi. Çünki Azərbaycanın başqa dövlətin ərazilərində müharibə aparmaq kimi bir niyyəti yox idi. Döyüşlər sırf respublikamızın ərazisində gedirdi. Bu, Azərbaycvan üçün ədalətli müharibə idi. Respublikamızın yeganə istəyi üç onillik ərzində işğal altında qalan torpaqlarımızı geri qaytarmaq idi ki, buna da Vətən müharibəsində nail oldu. Düşmən müharibə günlərində təmas xəttindən uzaqda yerləşən Gəncəyə,  Mingəçevirə, Bərdəyə, Tərtərə raket zərbələri endirməklə ölkəmizi təxribata çəkmək istəyirdi. Məkrli plan bu idi ki, Azərbaycan da cavab atəşi ilə Ermənistan şəhərlərini bombalasın və bu halda KTMT-nin müdaaxiləsi qaçılmaz hala gəlsin. Azərbaycan bu təxribata getmədi. Düşmənin cavabı zamanında işğal etdiyi ərazilərimizdə verildi.

Ermənistan rəsmiləri eyni canfəşanlığı 2023-cü il sentyabr ayının 19-20-də Azərbaycan lokal xarakterli antiterror əməliyyatı həyata keçirərkən də sərgilədilər. Yenə də KTMT-nin Ermənistanın köməyə gəlməsinə hansısa bir hüquqi əsas yox idi. Ermənistandan Azərbaycan ərazilərinə silah daşınmasının qarşısını almaq, separatçıların dövlətçiliyimizə, ölkəmizin konstitusiya quruluşunun pozulmasına hesablanan təxribat əməlləriniə son qoymaq Azərbaycanın suveren hüququ idi və rəsmi Bakı da bu hüququndan beynəlxalq qaydalar çərçivəsində istifadə etməklə ölkə ərazisində separatizmin kökünü tamam kəsdi. Hansısa bir beynəlxalq təşkilatın, o cümlədən də KTMT-nin buna müdaxilə etməyə səlahiyyəti sadəcə çatmırdı.

Digər tərəfdən, o reallıq da ortadadır ki, KTMT-də yer alan dövlətlərin böyük əksəriyyəti Azərbaycanın dostlarıdırlar. Onların bir çoxu ilə respublikamız arasında strateji tərəfdaşlıq münasibətləri qurulub. Belə olan halda rəsmi İrəvanın KTMT-nin hərbi arsenalını Azərbaycana qarşı yönəltmək cəhdi hansı məntiqə sığırdı? Cavab birmənalıdır - kor məntiqə! KTMT işğalçıya dəstək verməməklə ədalətin və beynəlxalq hüququn yanında oldu və öz nüfuzunu qorumağı bacardı.

İrəvanın Aİ-yə inteqrasiya cəhdi

Təbii ki,  KTMT- nin Azərbaycana qarşı müharibəyə qoşulmaması rəsmi İrəvanı bu təşkilatdan incik salan yeganə bəhanə deyil. Bunun digər, bəlkə də, ən mühüm səbəbi Ermənistanın siyasi oriyentasiyasını dəyişməsindən, daha dəqiq desək,  Rusiyadan qopub Avropa İttifaqına (Aİ) inteqrasiya etmək istəyindən qaynaqlanır. Son illərdə bu ölkədə  köhnə müttəfiqlərlə vidalaşmaq, Qərbə üz tutmaq, o cümlədən də  KTMT-də üzvlüyün Şimali Atlantika Alyansı (NATO) ilə əməkdaşlıqla əvəzlənməsi ilə bağlı intensiv müzakirələr aparılır. Bu planının konturları hər ötən gün özünü daha qabarıq şəkildə  büruzə verir. Ermənistan özünün Qərbyönümlü dövlət olduğunu isbatlamaq üçün dəridən-qabıqdan çıxır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Ölkənin rəsmiləri  son vaxtlarda köhnə dostlarla əlaqələr qurmağa çox da həvəsli görünmürlər. Eyni zamanda, Rusiyadan uzaqlaşmaq, Qərbə inteqrasiya etmək ideyası cəmiyyətə geniş şəkildə təlqin edilir. Əkilən toxumlar da öz cücərtilərini verir. Belə ki, Ermənistan cəmiyyətində anti-Rusiya ovqatı getdikcə güclənir. Beynəlxalq “Gallup” Assosiasiyasının bir qədər bundan əvvəl Ermənistandakı rəsmi nümayəndəliyinin keçirdiyi rəy sorğusunun nəticələri də bunu təsdiqləyir. Qurumun yaydığı məlumatda bildirlir ki, Ermənistanın KTMT-də qalmasını əhalinin cəmi 17 faizi istəyir. “Ermənistan vətəndaşlarına ölkənin hansı təşkilata - KTMT-yə, yoxsa NATO-ya üzv olması ilə bağlı sual verilib. Respondentlərin 44,3 faizinin fikrincə, Ermənistan neytral ölkə olmalıdır. Bununla yanaşı, rəyi soruşulanların 16,9 faizi KTMT-yə, 29 faizi isə NATO-ya üzvlüyü dəstəkləyib”, - deyə assosiasiyanın yerli nümayəndəsi Aram Navasardyan bildirib.

Həmçinin rəyi soruşulan vətəndaşların 56,7 faizi Ermənistanın Avropa İttifaqına daxil olmasının lehinə, 32,8 faizi isə əleyhinə çıxıb. Sorğunun nəticələri əslində Ermənistanın Qərblə Rusiya arasında siyasi poliqona çevrilməsinin təzahürüdür. Qeyd edək ki, hazırda ölkədə Avropa İttifaqına meylli olan iqtidar komandası ilə Rusiya ilə tərəfdaşlığa çağırış edən müxalifət və kilsə arasında ciddi siyasi mübarizə gedir. Gələn il keçiriləcək seçkilər yaxınlaşdıqca bu mübarizə daha da aqressiv hal alır.

MÜBARİZ FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Noyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

27 Sentyabr 2026 22:15see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri