Alen Simonyan İrəvan meri olmaq istəyir Tiqran Avinyanla mübarizə aparır
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İrəvan meri postuna iddialıdır. Onunla paytaxtın hazırkı meri Tiqran Avinyan arasında bu vəzifə uğrunda mübarizə başladığı bildirilir.
Sherg.az xəbər verir ki, bu barədə Ermənistanın “Armlur” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, İrəvanda növbəti bələdiyyə seçkilərinə hələ iki il qalsa da, Simonyan indidən mer postuna hazırlaşır. O, yaxın çevrəsinə növbəti merin özü olacağını, yüksək reytinqə malik olduğunu və hakim “Vətəndaş Müqaviləsi” partiyasının rəhbərliyinin namizədlik məsələsində onun lehinə qərar verməli olduğunu bildirib.
Məlumata görə, hazırkı mer Tiqran Avinyan da vəzifəsini itirmək niyyətində deyil. O, öz komandasına mer postunu heç kimə güzəştə getməyəcəyini bəyan edib.
Qeyd edək ki, Alen Simonyan əvvəlki çağırış Ermənistan parlamentinin sədri olub. Lakin sonrakı parlament seçkilərindən sonra bu vəzifəni keçmiş müavini Ruben Rubinyana təhvil verib. Daha sonra Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 03 Noyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















