İrəvan qazısı: Qərbi Azərbaycanda dini ibadət ocaqlarının və dini müəssisələrin fəaliyyəti ilə bağlı addımlar atılacaq
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 3 noyabr, AZƏRTAC
İrəvan qazılığının fəaliyyəti Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə sıx bağlıdır. Biz bu istiqamətdə öz işimizi həyata keçiririk.
Bunu AZƏRTAC-a açıqlamasında İrəvan qazısı Bəxtiyar Nəcəfov deyib.
O bildirib ki, İrəvan qazılığı olaraq əsas iş planımız Qərbi Azərbaycan İcması ilə əməkdaşlıq çərçivəsində qurulub və fəaliyyətimizi onların qanunvericiliyinə uyğun şəkildə icra edirik. Hazırda əsas məqsədimiz Azərbaycanda yaşayan Qərbi azərbaycanlılarla əlaqələrin gücləndirilməsidir. Bunun üçün onlarla Qafqaz Müsəlmanları İdarəsində görüşlər keçirir, müzakirələr aparırıq. Görüşlər zamanı onların dini sahədə mövcud olan problemləri və çatışmazlıqları barədə söhbətlər edirik, mümkün qədər dəstək göstərməyə çalışırıq.
“İnşallah, gələcəkdə Qərbi Azərbaycanda dini ibadət ocaqlarının və dini müəssisələrin fəaliyyəti ilə bağlı addımlar atılacaq. İnanırıq ki, Prezidentin Qərbi Azərbaycanla bağlı ideologiyası həyata keçəcək və bu istiqamətdə biz də dini zəmində öz fəaliyyətimizi qurmağa davam edəcəyik. Hazırda İrəvan qazılığı Qafqaz Müsəlmanları İdarəsinin nəzdində öz fəaliyyətini bərpa edib və işini uğurla həyata keçirir”, - deyə B.Nəcəfov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 03 Noyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















