Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

İrəvan şəhəri necə Yerevan oldu… Tarixi saxtakarlığın İZLƏRİ

İrəvan şəhəri necə Yerevan oldu… Tarixi saxtakarlığın İZLƏRİ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Qərbi Azərbaycan bölgəsi – yəni hazırkı Ermənistan ərazisi – əsrlər boyu azərbaycanlıların yaşadığı coğrafiya olub. XIX əsrdən başlayaraq bu ərazidə ermənilərin kütləvi şəkildə yerləşdirilməsi və sonradan yerli azərbaycanlıların zorla köçürülməsi nəticəsində bölgənin etnik və mədəni tərkibi dəyişdirilib, bu proses tədricən toponimlərə də təsir edib.
Qədim İrəvan – bu ad hər bir azərbaycanlının yaddaşında bir tarix, bir iz, bir nisgil kimi yaşayır. Bu gün dünya xəritəsində həmin şəhər “Yerevan” adı ilə tanınır və bu ad sanki o qədim türk izlərini, Azərbaycan ruhunu silmək üçün düşünülüb. Bəs İrəvan necə Yerevan oldu? Bu dəyişiklik sadəcə bir dil fərqimi idi, yoxsa arxasında planlı şəkildə aparılan bir mədəniyyət soyqırımı dayanırdı?
Bu ərazidə mövcud olmuş yaşayış məntəqəsinin tarixi daha qədimərə - ermızdan əvvəllərə gedib çıxır. İrəvan şəhərinin adı isə bəzi orta əsr tarixi mənbələrində ilk dəfə 1500-cü illərin əvvəllərində qeyd olunur. Məşhur türk səyyah-coğrafiyaşünası Övliya Çələbinin yazdığına görə, Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai 1501-ci ildə bu ərazidəki yaşayış məntəqəsini fəth etdikdən sonra sərkərdəsi Rəvanqulu xana Zəngi çayının sahilində strateji əhəmiyyətli yerdə qala tikdirməyi əmr etmişdir. Rəvanqulu xan da öz növbəsində həmin qalanı tikdirərək adını “Rəvan” qoymuşdur. İrəvan adının da buradan yarandığını güman olunur.

Ermənilər isə idda edirlər ki, guya şəhərin adı “Yereval” (ermənicə “göründü”) sözündən yaranıb. Ermənilərə görə, sən demə, dünyanı su basarkən Nuh peyğəmbərin düzəltdirdiyi gəmi Ararat dağının (Ağrı dağı) zirvəsinə yan alıbmış. Su çəkiləndə Nuh peyğəmbərin quru sahə kimi gördüyü və ilk söylədiyi ifadə “Yereval” (yəni ermənicə “göründü”) olmuşdur. Həmin görünən yer isə guya İrəvan şəhəri imiş.
Ermənilər arasında uydurulan digər əfsanəyə görə, guya Yerevan adı erməni çarı Ervandın adından götürülüb.

Tarixçi alim Nazim Mustafa bunların tarixin saxtalaşdırılması və erməni yalanları olduğunu bildirir. Onun sözlərinə görə, İrəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif zamanlarda Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, Elxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin tərkibinə daxil olub. İrəvan şəhərinin bir mərkəz kimi sosial-iqtisadi inkişafı isə Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərinə aiddir.
Elə məşhur erməni yazıçısı Xaçatur Abovyan da “İrəvan şəhərinin qısa tarixi oçerki” məqaləsində yazır: “Erməni yazıçıları XIII əsrin əvvəllərinədək, İrəvan şəhərinin adını belə çəkmirlər, bu zamandan, yəni 1209-cu ildən etibarən (milada görə) oranı “kiçik yer” adlandırırlar”.
Azərbaycanın əzəli torpaqlarında mövcud olmuş İrəvan xanlığı 1747-ci ildə Əfşarlar dövlətinin başçısı Nadir şahın öldürülməsindən sonra yaranıb. Bu xanlıq mədəniyyətinin, memarlığının, poeziyasının şah əsərlərini yetişdirən bir mərkəz olub.
1827-ci ildə İrəvan xanlığı rus qoşunları tərəfinən işğal olunub.
1828-ci il fevralın 10-da Rusiya imperiyası ilə İran arasında Türkmənçay müqaviləsinin imzalanmasından sonra on minlərlə erməninin Qərbi Azərbaycana köçürülməsilə bölgənin demoqrafik tərkibi dəyişdirilib. 1828-1830-cu illər arasında təkcə İran və Osmanlı Türkiyəsindən təxminən 130 min erməni Qərbi Azərbaycan ərazisinə gətirilib.
Məqsəd bölgədə demoqrafik vəziyyəti dəyişmək, azərbaycanlıların sayını azaltmaq və gələcəkdə erməni dövlətinin təməlini qoymaq idi.
Çünki ermənilər Qərbi Azərbaycan ərazilərində pərakəndə halda yaşamağa başlayandan sonra burada öz dövlətlərini yaratmaq arzusuna düşmüşdülər.

Çar Rusiyası ermənilərin bu arzusunun gerçəkləşməsində onlara böyük dəstək göstərib.
1828-ci ilin yayında Çar Rusiyası işğal olunmuş İrəvan xanlığının ərazisində qondarma “Erməni vilayəti” yaradıb. İrəvan şəhərinin adını isə dəyişib Erivan ediblər.
Yeni yurd yerlərində məskunlaşan ermənilər az sonra “Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq xülyasına düşüblər. 1890-cı ildə Tiflisdə “Daşnaksütyun” təşkilatının yaradılması ilə erməni millətçiləri Cənubi Qafqaz ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın əməliyyatlarına başlayıblar. Bu qanlı hadisələr uzun illər boyu davam etdirilib.
Nəhayət 1918-ci ildə ermənilər öz havadarları hesabına Qərbi Azərbaycan ərazisində Ermənistan Respublikası adlı dövlət yaratmağa nail ola bildilər. Bu dövlətin ərazisinə əzəli Azərbaycan torpaqları olan Yeni Bayazit qəzası, İrəvan qəzası, Eçmiədzin qəzası və Aleksandropol qəzası daxil edilib.
Tarixçi alim Yaqub Mahmudovun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası  29 may 1918-ci il tarixli qərarı ilə İrəvan şəhərini də ermənilərə paytaxt kimi güzəştə getməyə məcbur olub. O zaman hərbi və siyasi cəhətdən gücsüz olan Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası inanırdı ki, bu güzəşt müqabilində, ermənilər digər Azərbaycan torpaqlarına ərazi iddiasından əl çəkəcək, azərbaycanlılara qarşı kütləvi soyqırımlarını dayandıracaqlar. Osmanlı Türkiyəsinin vasitəçiliyilə Batumda aparılan danışlar nəticəsində ermənilər özləri də üzərlərinə bununla bağlı öhdəlik götürdülər. Beləcə paytaxtı İrəvan şəhəri olan Ermənistan Respublikası yarandı.

“Azərbaycan tərəfi bu taleyüklü addımı atarkən ermənilərlə dostluq və mehriban qonşuluq münasibətləri yaratmağa çalışırdı və danışıqlarda iştirak edən erməni tərəfinin səmimiyyətinə inanırdı.
Lakin ermənilər məqsədlərinə nail olduqdan dərhal sonra Batum danışıqları zamanı və Batum müqavilələrinə əsasən İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərlərinə götürdükləri bütün öhdəlikəri yerinə yetirməkdən imtina etdilər: işğalçılıq, deportasiyalar və soyqırımları siyasətini davam etdirdilər”,- deyə Yaqub Mahmudov bildirib.

1918-1920-ci illərdə İrəvan şəhərində azərbaycanlılara qarşı soyqırımı, onlara məxsus maddi-mədəniyyət abidələrinə qarşı isə vandalizm aksiyaları həyata keçirildi. Məscidlərə od vuruldu, azərbaycanlıların evləri talan və zəbt edildi. İrəvan şəhərindəki türk mənşəli toponimlərin erməniləşdirmə kampaniyası sürətləndi.

1918-ci il mayın 29-da 9 min kv. km-lik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonrakı dövrlərdə Rusiyanın himayəsilə Azərbaycanın digər torpaqlarını işğal edib öz ərazisini böyütdü. 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa köməyi ilə Zəngəzur qəzasında 4414,5 kv. km, Qazax qəzasında 5832,82 kv. km, Naxçıvan MSSR-dən 657 kv. km, Cəbrayıl qəzasından Nüvədi, Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatıldı. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 kv. km-ə çatdırıldı.

Yuxarıda göstərilən işğallar nəticəsində Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvandan ayrı salındı.

Sovet hakimiyyəti illərində azərbaycanlıların diskriminasiyası və deportasiyası rəsmi Ermənistanın siyasətinin tərkib hissəsi olub. 1924-cü ildə Aleksandr Tamanyanın layihəsi əsasında həyata keçirilən İrəvan şəhərinin rekonstruksiyası, əslində azərbaycanlıların izini silməyə xidmət edirdi. 
İrəvan şəhərində Azərbaycan türklərinə aid məhəllələr, məscidlər, qəbiristanlıqlar və tarix abidələri ya dağıdılıb, ya da təhrif edilib. Azərbaycanlılar yaşayan məhəllələr sökülərək yerində parklar, kinoteatrlar, meydanlar salınıb. Qədim İrəvan qalası, xan sarayı, karvansaralar – hamısı ya məhv edilib, ya da izsizləşdirilib. Yalnız Göy məscid bu gün yerindədir, amma onun da içi erməni mədəniyyəti ilə bəzədilib.
Tarixçi alim Nazim Mustafanın sözlərinə görə, İrəvan şəhəri dünya paytaxtları arasında yeganə şəhərdir ki, onun qədimliyi ilə öyünüldüyü halda, orada mövcud olan tarixi-memarlıq abidələrinin yaşı 200 ildən artıq deyil. Çünki İrəvanda mövcud olmuş qədim tarixi-memarlıq abidələrinin hamısı azərbaycanlılara məxsus olduğuna görə, ermənilər onların hamısını yer üzündən siliblər. İrəvan şəhərinin adı isə indiyədək iki dəfə dəyişdirilib. Birinci dəfə rusların işğalından sonra 1828-ci ildə Erivan, ikinci dəfə isə 1936-cı ildə dəyişdirilərək Yerevan adlandırılıb.
Bu ad dəyişdirilməsi sadəcə bir fonetik fərq deyil, mədəni irsin silinməsidir.
Ermənilər uzun illərdir dünya ictimaiyyətinə “Yerevan”ı qədim erməni şəhəri kimi təqdim edirlər. Təhsil kitablarında, muzeylərdə, beynəlxalq sərgilərdə İrəvanın azərbaycanlı kimliyinə dair heç nə göstərilmir. Bu isə tarixin planlı şəkildə saxtalaşdırılmasıdır.
İrəvanın Yerevana çevrilməsi təkcə ad dəyişikliyi deyil, milli kimliyin və tarixi yaddaşın sistemli şəkildə silinməsidir. Bu gün İrəvan şəhərində bir nəfər də azərbaycanlı yaşamır. Halbuki bir əsr əvvəl bu şəhərdə azərbaycanlılar çoxluq təşkil edirdi.
"İrəvan necə Yerevan oldu?" sualının cavabı bir xalqın başına gətirilən sürgün, mədəni soyqırımı və tarixi saxtakarlıq hekayəsidir. Bu hekayəni unutmaq, onu tarix kitablarının tozlu səhifələrinə həvalə etmək tarixə, ədalətə və milli yaddaşa xəyanət olar.

İrəvan bizim tariximizin bir parçasıdır. Adını dəyişsələr də, mənasını dəyişə bilməzlər. Tarix gec də olsa, həqiqəti danışacaq.


A.Zeynalov
Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:341
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyul 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri