Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Azərbaycanlı ekspert İrəvan səfəri haqda Təhlükəsizlik, yemək, Albaniya izləri... FOTO

Azərbaycanlı ekspert İrəvan səfəri haqda Təhlükəsizlik, yemək, Albaniya izləri... FOTO

Icma.az, Bakupost saytına istinadən bildirir.


Xəbər verdiyimiz kimi sentyabrın 22-də Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Ermənistanda səfərdə olub. O, İrəvanda NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak edib.

Murad Muradov səfərdən sonra Bakupost.az -a özəl açıqlamalar verib. İrəvanda təhlükəsizlik məsələlərindən danışan Murad Muradov bildirdi ki, bu baxımdan onun üçün xüsusi qaydalar olub:

“Təhlükəsizlik məsələləri ilə bağlı qaydalar çox sərt idi. Qarşılanma oldu, aeroportun təhlükəsizlik departamentinin işçiləri məni müşaiyət edirdilər. Pasportun aparılması, yüklərin daşınması hər biri mənim üçün xüsusi idi, heç kimlə birbaşa ünsiyyətdə olmadım. Hər yerə xüsusi avtomobillə gedirdim, ən azı iki nəfər yanımda olurdu. Hətta şəhərə çıxanda mənimlə 4 nəfər gəlirdi. Ümumiyyətlə sırf proqram əsasında harasa getmək olurdu, gəzintim məhdud idi. Nəqliyyatda Bakıdakı kimi sıxlıq var idi, bu səbəbdən harasa getmək xeyli vaxt alırdı.

Murad Muradov bildirdi ki, jurnalistlər ənənəvi olaraq onu mübahisəyə çəkməyə çalışıblar və hələ də sülhü qəbul edə bilməyənlər var:

Media nümayəndələri mənə təxribat xarakterli suallar ünvanlayırdılar, məni sərt dialoqa, mübahisəyə çəkmək istəyirdilər. Bəzi cavablarım onları qane etmirdi, məsələn Bakıdakı məhbuslarla bağlı. Jurnalistlərin bəziləri bizim sülh niyyətimizə şübhə ilə yanaşırdılar. Amma mən suallara cavab verdikdən sonra heç kim mübahisə etmirdi.

Tədbirdəki ekspertlər də hazırkı vəziyyəti anlayır və konstruktiv yanaşırdılar. Seminarın əvvəlində Ermənistan rəsmiləri çıxış etdilər. Təhlükəsizlik Şurasının rəhbəri, müdafiə naziri və digərləri deyirdilər ki, Baş nazir Nikol Paşinyan Ermənistan üçün lazımdır, qarşıda bizi sülh gözləyir, kommunikasiyaların bərpası barədə danışırdılar. Ekspertlər də mənim səfərimin əhəmiyyətli olduğunu vurğulayırdılar və bildirirdilər ki, nə vaxtsa onlar da Bakıya gələ bilərlər” , - deyə Topçubaşov Mərkəzinin direktor müavini qeyd etdi.

Murad Muradov İrəvanda qidalanması, gəzintisi və təəssüratları barədə də məlumat verdi:

“İki gündə məni orda restoranlara da apardılar. Demək olar ki mətbəxlərimiz eynidir, hətta yeməklərin adları da oxşardı. Həmçinin musiqilərlə bağlı da eyni fikri demək olar. Bizi Əlyazmalar İnstitutuna apardılar, hansı ki, iki min illik kitablar, əlyazmalar, xəritələr nümayiş olunurdu. Orda Qafqaz Albaniyasına aid eksponatlar var idi, bələdçi də elə olduğu kimi izah edirdi. Görünürdü ki, bunu mənimsəməyə çalışmırlar, xoşuma gəldi. Yəni bu tarixi də qəbul ediblər”.

Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov sonda əlavə etdi ki, ümumiyyətlə 30 il münaqişə şəraitində olduğumuzu, 5 il əvvəl müharibə yaşadığını düşünəndə İndi İrəvana gedə bilmək maraqlı hislər yaradır.

Aysel,

BakuPost



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see333

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see197

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see167

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see164

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see163

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see150

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see147

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see144

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see143

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see141

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see140

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see138

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see137

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see136

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see136

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see135

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri