Icma.az
close
up
RU
İrəvan Tehran dialoqu: qapalı görüşlər, cavabsız suallar…

İrəvan Tehran dialoqu: qapalı görüşlər, cavabsız suallar…

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yanvarın 8-də İrəvanda Ermənistan və İran xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb. Məlumata görə, danışıqlar zamanı Ermənistan nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, İran nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançı başçılıq edib.

A.Mirzoyan görüş zamanı İranla münasibətlərin Ermənistan üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib. O, Ermənistanın Baş naziri və İran İslam Respublikasının Prezidenti arasında 2025-ci il avqustun 19-da İrəvanda baş tutan görüş zamanı rəhbər şəxslərin bu il münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəldiklərini xatırladıb. Tərəflər, həmçinin regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı fikir mübadiləsi aparıblar. Mirzoyan Ermənistanın marşrutların açılmasının ümumi qəbul edilmiş prinsiplər çərçivəsində baş tutacağına dair mövqeyini bir daha təkrarlayıb.

İran nümayəndə heyətini Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da qəbul edib.

Əlbəttə, siyasi məsləhətləşmələr aparmaq hər bir ölkənin daxili işidir. Bu məqalə də müzakirələrə qarşı çıxmaq ruhunda qələmə alınmayıb. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistan işğalçı keçmişə malik ölkədir. İki gün öncə bu ölkə ilə Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin paraflanmasının beşinci ayı tamam olub. Doğrudur, bu zaman kəsiyində Ermənistanın sülh gündəliyini qorumağa çalışması diqqətdən kənarda qala bilməz. Rəsmi İrəvanın müzakirə proseslərini davam etdirməsi dialoqa açıq olduğunu göstərir. Atılan addımlar regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir və qarşılıqlı etimadın formalaşması üçün siyasi iradənin saxlanılması da vacibdir. Bütövlükdə, yanaşma sülh sazişinin yekunlaşdırılmasına real zəmin yarada bilər. Bununla belə, yenə də Ermənistan hökumətinin xüsusilə xarici siyasət və müdafiə sahəsində atdığı hər bir addımın diqqətlə izlənilməzi zəruridir.

İran isə işğalın davam etdiyi müddətdə kağız üzərində – BMT Baş Assambleyasının və ya İslam Əməkdaşlıq Təşkilatının qətnamələrində Azərbaycanı dəstəklədiyini bəyan etsə də, əməldə hər zaman Ermənistanı dəstəkləyib. Bu dəstək əsasən iqtisadi və logistik əməkdaşlıqda özünü göstərib. İşğal dövründə İran–Ermənistan sərhədi İrəvan üçün, necə deyərlər, nəfəslik rolunu oynayıb. Bu xətt vasitəsilə Ermənistanın təcriddən çıxmasına şərait yaradılıb. Belə addımlar rəsmi bəyanatlarla real siyasət arasında ziddiyyət formalaşdırıb. Nəticədə Tehran tərəfindən Azərbaycanın haqlı mövqeyinə praktik müstəvidə töhfə verilməyib. Bütün bunlar iki ölkənin xarici siyasət idarələri arasında həyata keçirilmiş siyasi məsləhətləşmələrə ayrıca yazı həsr etməyimizi şərtləndirir.

***

Elə məsləhətləşmələr zamanı A.Mirzoyanın İranla münasibətlərin Ermənistan üçün strateji əhəmiyyət kəsb etdiyini bildirməsi çox mətləblərdən xəbər verir. Bu bəyanat İrəvanın regional siyasətdə hansı xəttə üstünlük verdiyini açıq şəkildə göstərir. Ermənistan İranla əlaqələri təkcə iqtisadi nöqteyi-nəzərdən deyil, təhlükəsizlik maraqları kontekstində də vacib hesab edir. Bu münasibətlər rəsmi İrəvan üçün alternativ siyasi dayaqların saxlanılmasına xidmət edir. Eyni zamanda, Nikol Paşinyan hökuməti regional proseslərdə manevr imkanlarını genişləndirməyə çalışır. Mirzoyanın vurğusu bu kursun dəyişməz qaldığını nümayiş etdirir. Onun Ermənistanın Baş naziri və İran Prezidentinin 2026-cı ildə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığı xatırlatması isə xüsusi diqqət yetirilməli məqamdır. Məsələ ondadır ki, strateji tərəfdaşlıq anlayışı təkcə siyasi bəyanatlarla məhdudlaşmır. Bu status real addımlar, konkret öhdəliklər və uzunmüddətli yanaşma tələb edir. Regionda həssas vəziyyətin mövcud olduğu bir dövrdə belə razılaşmalar diqqətlə qiymətləndirilməlidir. Ermənistan–İran yaxınlaşmasının hansı sahələri əhatə edəcəyi hələ tam aydın deyil. Xüsusilə təhlükəsizlik və nəqliyyat məsələləri əlavə suallar doğurur. Bu əməkdaşlığın regional sülh proseslərinə necə təsir göstərəcəyi zamanla bəlli olacaq. Bizim ölkəmiz üçün üçün əsas olan isə bu münasibətlərin şəffaf və açıq şəkildə inkişaf etməsidir. Çünki pərdəarxası razılaşmalar etimad mühitinə töhfə vermir. Regional əməkdaşlıq ümumi sabitliyə xidmət etməlidir. Bu baxımdan qeyd etdiyimiz kimi, proseslərin diqqətlə izlənməsi vacibdir.

A.Mirzoyanın Ermənistanın marşrutların açılmasının ümumi qəbul edilmiş prinsiplər çərçivəsində baş tutacağına dair mövqeyini bir daha təkrarlaması isə rəsmi İrəvanın mövcud yanaşmasını dəyişmədiyini göstərir. Ermənistan nəqliyyat xətlərinin açılmasını suverenlik və yurisdiksiya prinsipləri ilə əlaqələndirir. Bu isə prosesin texniki deyil, daha çox siyasi çərçivədə aparıldığını göstərir. Region ölkələri üçün kommunikasiyaların açılması iqtisadi baxımdan mühüm imkanlar yarada bilər. Ticarət dövriyyəsinin artması və logistika xərclərinin azalması real perspektiv kimi qiymətləndirilir. Ermənistan da bu imkanlardan kənarda qalmaq istəmir. Eyni zamanda, marşrutların açılması qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edə bilər. Lakin bu prosesdə tərəflərin mövqelərinin uzlaşdırılması həlledici amildir. Razılaşdırılmamış yanaşmalar praktiki nəticələrin əldə olunmasını çətinləşdirir. Beynəlxalq təcrübə göstərir ki, bu cür layihələr qarşılıqlı kompromislər tələb edir. Regionda sabitlik olmadan kommunikasiya xətlərinin effektiv işləməsi mümkün deyil. Buna görə də təhlükəsizlik məsələləri ön planda saxlanılmalıdır.

Bizim üçün əsas məsələ istər Zəngəzur dəhlizinin, istərsə də sərhədin digər istiqamətlərindən açılacaq kommunikasiya xətlərinin maneəsiz və davamlı fəaliyyət göstərməsidir. Bu şərtlər təmin olunduğu halda, regional əməkdaşlıq daha geniş məzmun kəsb edə bilər. Prosesin gələcək inkişafı isə tərəflərin real siyasi iradəsindən asılı olacaq.

İlyas HÜSEYNOV,
politoloq

Ermənistan–İran siyasi məsləhətləşmələri regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda diqqət çəkir. Bu təmaslar tərəflərin bir-birinə verdiyi siyasi əhəmiyyəti nümayiş etdirir. Ermənistan üçün İranla münasibətlər alternativ regional dayaqların qorunması baxımından vacibdir. İran isə Cənubi Qafqazda mövcudluğunu saxlamaq və təsir imkanlarını genişləndirmək niyyətini gizlətmir. Məsləhətləşmələr zamanı verilən bəyanatlar tərəflərin strateji dialoqda maraqlı olduğunu göstərir. Bununla yanaşı, bu dialoqun konkret məzmunu hələ tam aydın deyil. Xüsusilə təhlükəsizlik məsələləri ilə bağlı detallar təqdim olunmur.

Nəqliyyat kommunikasiyaları mövzusu məsləhətləşmələrin əsas mövzusu kimi önə çıxır. Ermənistan bu məsələdə “ümumi qəbul edilmiş prinsiplər”ə istinad etməklə öz mövqeyini qoruyur. Bu yanaşma prosesin sürətlənməsindən daha çox nəzarətdə saxlanılmasına xidmət edir. İran üçün isə regional marşrutlarda iştirak iqtisadi və strateji maraqlarla bağlıdır. Tərəflərin baxışları müəyyən məqamlarda üst-üstə düşsə də, tam uyğunluqdan danışmaq çətindir. Ermənistan–İran yaxınlaşması regiondakı digər aktorlar tərəfindən diqqətlə izlənilir. Bu münasibətlərin regional sülh gündəliyinə təsiri mühüm amil sayılır. Azərbaycan üçün əsas məsələ bu təmasların balansı pozmamasıdır. Şəffaflıq və açıq kommunikasiya etimad baxımından vacibdir. Qapalı razılaşmalar yeni suallar yarada bilər. Ümumilikdə, Ermənistan–İran siyasi dialoqu ehtiyatlı müşahidə tələb edən bir prosesdir.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see292

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see268

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see264

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see258

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see252

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see243

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see235

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see227

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see223

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see217

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see217

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see203

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see203

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see202

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see195

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see188

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see177

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see166

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri