Icma.az
close
up
RU
İrəvan Tehranın təxribatına uydu

İrəvan Tehranın təxribatına uydu

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan İran dövlət televiziyasına müsahibəsində İranla dəmir yolunun inşasının mümkünsüzlüyündən danışıb.

Paşinyan bildirib ki, Ermənistanın dəmir yolu daşımalarını həyata keçirmək imkanı yoxdur:

“Ermənistan-İran dəmir yolunun tikintisi məsələsi uzun müddətdir müzakirə olunur. Lakin relyefinə görə belə bir dəmir yolu olduqca böyük investisiyalar tələb edir və bugünkü şəraitdə mümkün yük daşımalarının hətta uzunmüddətli perspektivdə belə, bu xərcləri ödəyəcəyinə heç bir əsaslandırma mövcud deyil. 

Ancaq qeyd etdiyim “Sülh kəsişməsi” layihəsi həyata keçirilsə, bizim Fars körfəzi, Oman körfəzi ilə dəmir yolu əlaqəsi imkanımız olacaq və İran İslam Respublikası Ermənistan ərazisindən keçməklə Qara dənizə, daha da qərbə çıxış əldə edəcək”.

Nikol Paşinyanın qeyd edilən sözləri ilə bir tərəfdən Zəngəzur dəhlizinin qarşısını almaq üçün İranın təxribat məqsədilə irəli sürdüyü Ermənistandan keçməklə Fars körfəzindən Qara dənizə çıxışı nəzərdə tutan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin reallıqdan uzaq olduğunu etiraf edib. 

Çünki Baş nazir Ermənistanın yüksək dağlıq ərazilərindən avtomobil və dəmir yolu daşımalarının həyata keçirilməsi üçün infrastrukturun qurulmasının çox çətin olduğuna işarə edib. 

Belə yolların çəkilməsi üçün nə İranın, nə də Ermənistanın maddi vəsaiti yoxdur. İran bu məsələdən daha çox Zəngəzur dəhlizinə maneə yaratmaq, Ermənistanı regional nəqliyyat-kommunikasiya  əlaqələrindən yayındırmaq və Türkiyənin Cənubi Qafqazda geosiyasi təsirinin qarşısını almaq məqsədilə istifadə edir.

Ermənistan əvvəllər bu layihəyə maraq göstərsə də, ABŞ-də Donald Trampımn hakimiyyətə gəlişindən sonra Paşinyan İranla nəqliyyat-tranzit əlaqələrinin qurulmasına görünür ehtiyatla yanaşır. Relyefin bu layihəyə cavab vermədiyi barədə Paşinyanın fikirləri, İranla münasibətlərdə məsafə saxlamaq cəhdi kimi də şərh oluna bilər. 

Lakin Ermənistanın Baş nazirinin “Sülh kəsişməsi” layihəsi vasitəsilə Oman dənizinə çıxış əldə edəcəkləri haqqında dedikləri kifayət qədər qeyri-ciddi səslənir. 

Paşinyan əslində, bu məqamda “Sülh kəsişməsi”ni İranın “Şimal-Cənub nəqliyyat dəhlizi” layihəsinə alternativ kimi təqdim etməyib. 
Onun məqsədi kağız üzərində qalmış və maraqla qaşılanmayan “Sülh kəsişməsi”ni Zəngəzur dəhlizinə qarşı qoyur. 

Yəni Baş nazir İranın təklifi həyata keçməsə də, Azərbaycanın da təklifini qəbul etmək niyyətində olmadığına dair Tehrana jest edir. 

Halbuki, Azərbaycan və Türkiyə ilə sərhədlər açılmadan Ermənistanın beynəlxalq nəqliyyat-tranzit şəbəkələrinə və xarici bazarlara çıxışı qeyri-mümkündür. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Mart 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri