ABŞ və İsraildən İrana qarşı bombardman planı
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
3 noyabrda keçiriləcək ABŞ-da ara seçkilərdən sonra genişmiqyaslı əməliyyat keçirilə bilər. Axios-un ABŞ və İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ və İsrail İrana qarşı ölkənin rəhbərliyini, enerji və nüvə obyektlərini və infrastrukturunu hədəf alan genişmiqyaslı hücumlar üçün plan hazırlayıblar. Onların sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargah rəisi Eyal Zamir və ABŞ Mərkəzi Komandanlığının komandanı Bred Kuper 26 oktyabrda hücumun koordinasiyasını müzakirə ediblər. Əməliyyatın bir həftə davam etməsi planlaşdırılır və 3 noyabrda keçiriləcək ABŞ ara seçkilərindən sonra həyata keçirilə bilər.
Bu arada, Qətərin rəhbərlik etdiyi regional vasitəçilər eskalasiyanın yeni mərhələsinin qarşısını almağa və Vaşinqtonla Tehran arasında danışıqları bərpa etməyə çalışırlar. Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyə də vasitəçi kimi çıxış edir. ABŞ prezidenti Donald Tramp İranla danışıqların vasitəçilər vasitəsilə aparıldığını təsdiqləyib, lakin onların nəticələri ilə bağlı qeyri-müəyyənliklərini bildirib.
Xatırladaq ki, Qətər vasitəçiləri İrana ABŞ və İsraillə müharibəyə son qoymaq məqsədi daşıyan yeni bir razılaşma layihəsini təqdim etmişdilər. Sənəddə hər iki tərəfdə etimad yaratmaq üçün gündəlik addımlar nəzərdə tutulur. Lakin Tehran Qətərin yalnız "təklif yox, qəbuledilməz fikirlər" çatdırdığını bildirib.
VƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 29 Oktyabr 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















