Icma.az
close
up
RU
Tehranın “B planı” Bakı və İrəvan bu təklifə razılaşacaq?

Tehranın “B planı” Bakı və İrəvan bu təklifə razılaşacaq?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Tehranın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında vasitəçi rol oynaya biləcəyini qeyd edib. Bu açıqlama Tehran rəhbərliyinin Cənubi Qafqazda fəallaşmaq istədiyini bir daha göstərir.

İranın bu prosesdə hansı geosiyasi maraqları var? Regionda nüfuz uğrunda artan rəqabət fonunda Bakı Tehranın bu təklifinə razılıq verəcəkmi? Rəsmi İrəvanın mövqeyi necə olacaq?

Globalinfo.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Azərbaycan-Ermənistan münaqişəsinin ilk illərindən etibarən İran vasitəçi olmaqda maraqlı olub:

“1992-ci il mayın 7-8-də İranın paytaxtı Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş baş tutmuşdu. Lakin bu görüş uğursuz nəticələndi elə həmin günlərdə Şuşa şəhəri Ermənistan tərəfindən işğal edildi və nəticədə Tehran danışıqları nəticəsiz qaldı. İran bu məsələdə həmişə aktiv olmaq istəyib. Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən sonra Tehran regional siyasətə daha fəal şəkildə müdaxilə etməyə başlayıb”.

Politoloqun sözlərinə görə, İranın bu siyasətinin bir neçə əsas səbəbi var:

“Birinci səbəb ondan ibarətdir ki, Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsi ilə İranın beynəlxalq nüfuzu enməyə başladı. İkincisi, Yaxın Şərqdə baş verən hadisələr xüsusilə Bəşər Əsədin zəifləməsi və digər proseslər Tehranın bölgədəki təsir imkanlarını azaltdı. Buna görə də İran ətrafındakı ölkələrlə münasibətləri bərpa etməyə, əlaqələri gücləndirməyə çalışır. Sülh prosesində vasitəçilik təşəbbüsü də bu siyasətin davamıdır”.

Kazım Kazımov

Kazım Kazımov həmçinin qeyd edib ki, bu məsələdə Azərbaycanın və Ermənistanın münasibəti fərqlidir:

“Azərbaycan və İran arasında münasibətlər son illərdə kifayət qədər gərgin olub. Bunun əsas səbəbi isə Tehranın Bakıya qarşı atdığı bir sıra qeyri-dost addımlar idi. Məsud Pezeşkianın son Bakıya səfəri münasibətlərin nisbətən normallaşmasından xəbər verir. Lakin bu, o demək deyil ki, gərginlik tamamilə aradan qalxıb. Hələlik Azərbaycan İranın vasitəçilik təşəbbüsünə nə açıq şəkildə dəstək verib, nə də əleyhinə çıxış edib”.

Politoloq hesab edir ki, Ermənistanın İranın bu təklifinə müsbət yanaşması inandırıcı deyil:

“Ermənistanın bu prosesə müsbət baxacağını düşünmürəm. Çünki Paşinyan hakimiyyəti Qərbdəki lobbi qruplarından ciddi şəkildə asılıdır. Bu lobbinin Fransa və ABŞ Konqresi ilə əlaqələri var və onların İranla münasibətləri çox zəifdir. Buna görə də Ermənistanın İranın vasitəçiliyini qəbul edəcəyi real görünmür”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 May 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri