Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Futbol bileti olanlar vizanı tez alacaqlar

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

İrəvan “təxribatçı missiya”dan əl çəkmir

İrəvan “təxribatçı missiya”dan əl çəkmir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Əksinə, ona “yeni nəfəs” verməkdə israrlıdır

Müxtəlif güc mərkəzlərinin Cənubi Qafqaz regionu ilə bağlı xəbis planlarının icrasında hər zaman alət olan Ermənistan bu siyasətini indi də davam etdirir. Maraqlıdır ki, Ermənistanda hakimiyyətlər dəyişir, amma kurs dəyişməz olaraq qalır. Sadəcə olaraq, əvvəllər başqa güclərə sığınan Ermənistan indi Qərb dünyasına – Avropa İttifaqı–ABŞ–Fransa üçlüyünə qucaq açıb.

Bu gün Ermənistan rəhbərliyi bölgədə gerçək sabitliyin bərpa olunmasına çalışmaqdansa, Qərbdən gələn dağıdıcı sifarişləri can-başla yerinə yetirir. Rəsmi İrəvan qərbli tərəfdaşlarına güvənərək destruktiv siyasət yürüdür və yeni gərginlik ocağı yaradır. Gərginliyi körükləyən qüvvələrdən biri də Avropa İttifaqının Ermənistandakı missiyasıdır.

Məlumdur ki, bu “mülki” missiya Ermənistan–Azərbaycan şərti sərhədinə yerləşdirilib. “Mülki” sözünü ona görə dırnaq işarəsi daxilində yazırıq ki, missiyanın tərkibində Aİ ölkələrinin ehtiyatda olan polis-jandarm məmurları, hərbçiləri üstünlük təşkil edirlər. Əslində, onu yarımhərbiləşdirilmiş missiya adlandırmaq daha doğru olardı. Missiya iki ölkə arasında etimad quruculuğu istiqamətində indiyədək heç bir uğura imza atmayıb. Əksinə, qeyd etdiyimiz kimi, pozuculuqla məşğul olub.

Azərbaycanda onun fəaliyyətindən hər zaman narazılıq edilib. Sonuncu dəfə dekabrın 17-də “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində Prezident İlham Əliyev bu barədə bir daha danışdı. Dövlətimizin başçısı qeyd etdi ki, 17 maddədən ibarət sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Prezident İlham Əliyev jurnalistin dəqiqləşdirici sualına cavab olaraq bildirdi ki, onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır: “Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən, 150 milyard dollardan çoxdur, yəni işğal illərində vurulan zərərdir. Ona görə də, zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq...”

Dövlətimizin başçısı qeyd etdi ki, ilkin dövrdə iki aylığına 40 nəfərin yerləşdirilməsi qərara alınmışdı: “Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir”.

Ancaq biz Ermənistandan missiyanın fəaliyyətinə son qoymağı tələb etdiyimiz halda məlum olur ki, İrəvan 2025-ci ilin yanvarından sonra da onun müddətini uzatmaq istəyir. Azərbaycan Prezidentinin verdiyi müsahibədən iki gün sonra – dekabrın 19-da Ermənistan baş naziri Nikol Paşinyan dövlət informasiya agentliyi olan “Armenpress”ə verdiyi müsahibədə bu barədə deyib: “Biz təklif edirik ki, üçüncü dövlətlərin qüvvələrinin Ermənistan–Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi haqqında müddəa tətbiq edilsin və bu, məntiqlidir, çünki bu hissələrdə eskalasiya riski delimitasiya ilə əlaqədar əhəmiyyətli dərəcədə azalıb. Beləliklə, sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan–Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin varlığına ehtiyac qalmayacaq və Ermənistan Respublikası belə bir məntiq təklif edir”.

Dekabrın 24-də ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev də bildirib ki, Kanadanın qoşulması ilə həmin missiya “Avropa İttifaqı plyus” formatına keçib. Onun sözlərinə görə, sərhədyanı ərazidə heç bir üçüncü dövlətin qüvvələri olmamalıdır: “Ermənistan hazırda “Avropa İttifaqı plyus” formatına çevrilən missiyanın fəaliyyətini 2-3 il müddətinə uzatmağa çalışır. Əgər delimitasiya-demarkasiya prosesi uzanarsa, Aİ missiyası sərhəddə 5-10 il müddətinədək qala bilər”.

F.Şəfiyev onu da əlavə edib ki, rəsmi İrəvan hazırkı mövqeyini davam etdirsə, 2025-ci ildə sülh müqaviləsinin imzalanması qeyri-real görünür.

Qeyd etmək lazımdır ki, ümumiyyətlə, missiyanın bölgəyə daimi əsaslarla yerləşdirilməsinin özü rəsmi Bakı ilə razılaşdırılmamışdı. Bakı yalnız Aİ-nin müvəqqəti missiyasına razılıq vermişdi. Müvəqqəti missiyanın isə yalnız iki aylıq dövrü əhatə edəcəyi qərarlaşdırılmışdı. Avropa Siyasi Birliyinin 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilən ilk Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüş keçirilmişdi. Görüşdən sonra verilən bəyanatda bildirilirdi ki, Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Bəyanatda qeyd olunurdu ki, Aİ-nin missiyası oktyabr ayında gələcək və maksimum iki ay müddətində işləyəcək. Onun məqsədi etimad yaratmaq və hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə vermək olacaq. Beləliklə, əldə olunmuş razılaşmaya əsasən, vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədilə oktyabrın 20-də şərti sərhədin Ermənistan tərəfi boyunca Aİ-nin mülki missiyası yerləşdirildi.

Daha sonra, yəni 2022-ci il dekabrın 20-də rəsmi İrəvan missiyanın fəaliyyətinin qeyri-müəyyən müddətədək uzadılmasına dair birtərəfli qaydada qərar qəbul etdi. Beləliklə, “mülki” missiya 2023-cü ilin yanvarında 2 illik ilkin mandata malik olaraq Ermənistanda yerləşdi. Bir ay sonra bu müddət başa çatır və qeyd etdiyimiz kimi, rəsmi İrəvan indidən missiyanın müddətinin uzadılacağına dair mesajlar verir.

Onu da bildirək ki, ilk vaxtlar missiyada, təxminən, 103 müşahidəçinin olacağı gözlənilirdi. 2023-cü il dekabrın 11-də isə Aİ Ermənistanda yerləşdirilən əməkdaşlarının sayının 209-a çatdırılacağını təsdiqlədi.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, Avropa İttifaqının üzvü olmayan, NATO üzvü Kanada kimi ölkələrin daxil olması ilə EUMA bir növ NATO missiyasına çevrilib. Onun sözlərinə görə, ilkin dövrdə, yəni 2022-ci ilin oktyabrında Praqada missiyanın müddətinin iki aylıq dövrü əhatə edəcəyi, onun tərkibinə yalnız Aİ-yə üzv ölkələrin daxil olacağı razılaşdırılmışdı. Ancaq rəsmi İrəvan sonradan əldə olunan razılaşmanı pozaraq, həm missiyanın müddətini birtərəfli qaydada uzatdı, həm də onun tərkibinə digər ölkələri daxil etdi: “Missiyanın varlığı Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesinə üç şəkildə zərər verir. Birincisi, bu missiya Ermənistanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin imzalanmasına əsas əngəllərdən biridir. Razılaşdırılmamış iki maddədən biri missiyanın bölgədəki varlığı ilə bağlıdır. Amma, təkcə bu deyil. Azərbaycan şərti sərhəddə üçüncü ölkələrin hər hansı formada varlığını istəmir. Beləliklə, missiya hazırda sülh sazişinin razılaşdırılmasına mane olur. İkincisi, Azərbaycan Ermənistanla məsələlərin ikitərəfli qaydada həll olunmasının tərəfdarıdır. Biz EUMA-nın bu prosesə zaman-zaman müdaxilə etdiyini görürük. Nikol Paşinyan özü də bir neçə gün öncə “Armenpress”ə müsahibəsində etiraf etdi ki, missiyanın burada olmasının səbəbi Ermənistan–Azərbaycan sərhədinin qalan hissəsinin müəyyənləşməməsi ilə bağlıdır. Bildirdi ki, sərhədlərin delimitasiyası başa çatdıqdan sonra EUMA bölgəni tərk edəcək. Bu mənada Paşinyan etiraf edir ki, onlar üçüncü tərəfləri prosesə daxil ediblər. Halbuki biz daha əvvəl gördük ki, sərhədin 12 kilometrlik hissəsi ikitərəfli qaydada aparılan müzakirələr nəticəsində müəyyənləşdi. Delimitasiya ilə yanaşı, demarkasiya prosesi də getdi”.

C.Vəliyev dedi ki, üçüncüsü Aİ missiyasının mövcudluğu Ermənistan və Azərbaycan arasında etimad quruculuğu prosesinə zərər verən bir prosesdir. Missiya sərhədyanı ərazidə “binokl diplomatiyası” həyata keçirərək bəzən ciddi şəkildə problem yaradır: “Bu, özlüyündə göstərir ki, missiya açıq-aydın Azərbaycana qarşı fəaliyyət göstərir. Biz bunun nümunələrini daha əvvəl də görmüşdük. Şərti sərhəddə hansısa münaqişə yarandığı zaman EUMA daha çox Ermənistanın mövqeyindən çıxış edirdi. Bu səbəbdən missiyanın bölgədə varlığı Ermənistan və Azərbaycan arasındakı münasibətlərin ümumi normallaşma prosesinə zərər verir. Yəni, həm sülh sazişinin imzalanmasına, həm sərhədlərin delimitasiya və demarkasiyasına, həm də etimad atmosferinin formalaşmasına zərər vurur”.

Politoloq onu da qeyd etdi ki, sərhədlərin delimitasiya və demarkasiyası uzun çəkən prosesdir: “Digər həmsərhəd ölkələrlə bu istiqamətdə qazandığımız təcrübə də bundan xəbər verir. Bu isə onu göstərir ki, Ermənistan EUMA-nın müddətini 2025-ci ilin yanvarından sonra da uzadacaq. Missiyadan verilən açıqlamalarda da müddətin uzadılmasının tərəfdarı olduqları bildirilir. Mən deyərdim ki, burada bir qədər təzyiq də formalaşdırıb prosesi uzatmağa çalışırlar. Ermənistan daxilində hələ ki, ekspertlər səviyyəsində missiyanın müddətinin uzadıılması ilə bağlı tələblər gündəmə gətirilir. Paşinyanın dediklərindən anlaşılan odur ki, Ermənistan–Azərbaycan sərhədləri tam müəyyənləşmədən, delimitasiya–demarkasiya prosesi başa çatmadan EUMA orada qalacaq. Bu səbəbdən missiya Bakı və İrəvan arasında davam edən sülh danışıqlarına da ciddi maneə törədir. Bunun aradan qaldırılması üçün də missiyanın fəaliyyətinə dərhal xitam verilməlidir. Çünki delimitasiya–demarkasiya prosesinin uğurla getməsi üçün tərəflər arasında etimad mühiti formalaşmalıdır”.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Dekabr 2024 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see410

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see266

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see266

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see218

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see167

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see162

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see155

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see152

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see152

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see141

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see141

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see131

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see130

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see129

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see124

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see124

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri