İrəvan TRİPP ə görə bu qanunu dəyişir
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan parlamenti TRİPP şirkətinin yaradılması məqsədilə “Səhmdar cəmiyyətləri haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
Axar.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Dadunts deyib.
“Bu dəyişikliklərlə ölkənin səhmdar cəmiyyətləri sahəsində yeni bir institut - beynəlxalq sazişlər çərçivəsində yaradılan şirkətlər institutu formalaşdırılır. Dəyişikliklər beynəlxalq sazişlər çərçivəsində yaradılan və Ermənistanın ən azı 25% paya sahib olduğu səhmdar cəmiyyətlərinə şamil edilən korporativ idarəetmə qaydalarını müəyyən etməyə imkan verir. Dövlətin payı bu həddən aşağı düşdükdə isə xüsusi idarəetmə rejimi ləğv olunur. Bu cür dəyişikliklərə ehtiyac “Tramp marşrutu” layihəsinin həyata keçirilməsi zərurətindən yaranıb. Bununla yanaşı, dəyişikliklər yalnız TRİPP şirkətinə deyil, gələcəkdə beynəlxalq sazişlər çərçivəsində yaradılacaq bütün şirkətlərə şamil olunacaq”, - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 12 Noyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















