Mahir o qolu dayısı oğluna həsr edəcəkdi... 78 gündən sonra, 78 ci dəqiqə...
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Mahir, Mahir, Mahir... Bir adam bu qədər bəxtsiz olarmı?! Matım-qutum qurudu.
Dünən “Kayzersluatern” 2-ci bundesliqanın 12-ci turunda “Herta”nı qəbul etdi. Berlin klubunun da yüksək hədəflər üçün oynadığını nəzərə alsaq, 6 xallıq qarşılaşma idi. Stadionda 48855 azarkeş var idi. 63-cü dəqiqədə azərbaycanlı azarkeşlərin çoxdan gözlədiyi hadisə baş verdi: Hansliki əvəz edən Mahir Emreli 78 gündən sonra meydana çıxdı. Və az sonra gözəl bir qol imkanını əldən verdi, əlverişli vəziyyətdə olsa da, topu qapının üstündən vurdu.
Mahir o qolu bir neçə gün əvvəl intihar edən dayısı oğlu Sabit Ağayevə həsr edəcəkdi. 78 gündən sonra forma şansı qazanan azərbaycanlı hücumçu 78-ci dəqiqədə meydanı göz yaşı içində tərk etdi. Ciddi zədə alan futbolçu yenə uzun müddətə sıradan çıxdı.
Təsirli, ürəkdağlayan mənzərə idi. Bəlkə də həyatda ilk dəfə mən də ona qoşulub ağlamaq istədim. Belə şanssızlıq, belə bəxtsizlik olarmı?!
20-ci dəqiqədə qapısında qol görən “Kayzerslautern” isə məğlubiyyətdən qaça bilmədi – 0:1.
ORXAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 09 Noyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















