Icma.az
close
up
RU
İrəvana Zəngəzur mesajı və ya

İrəvana Zəngəzur mesajı və ya

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mərkəz rəhbəri: “Sülh sazişindən sonra Zəngəzur dəhlizinin açılması istiqamətində irəliləyiş əldə etmək olar”

Yanvarın 7-də Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı da suallara ətraflı cavab verib. Ölkə başçısı Azərbaycanın şərtlərinin İrəvan tərəfindən yerinə yetirilməsinin sülh sazişinin imzalanması üçün vacib olduğunu diqqətə çatdırıb. Eyni zamanda, ölkə başçısı Zəngəzur dəhlizi ilə bağlı danışıb. Bildirib ki, Zəngəzur dəhlizi “açılmalıdır və açılacaq”.

İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Zəngəzur dəhlizi mövzusu daha aktual idi və məsələ ətrafında aktiv müzakirə gedirdi. Lakin Ermənistanın dəhlizlə bağlı mövqeyi sözügedən mövzunu bir qədər arxa plana keçirmişdi. Hətta bir neçə ay əvvəl Azərbaycan rəsmiləri tərəfindən Zəngəzur dəhlizi məsələsinin sülh sazişi layihəsindən çıxarıldığı təsdiqləndi və bunun ayrıca müzakirə mövzusu olduğu bildirildi. Bundan sonra dəhlizlə bağlı müzakirələr də səngimişdi. Bu günlərdə isə Prezident Əliyevin Zəngəzur dəhlizi ilə bağlı bəyanatı diqqəti yenidən mövzuya yönəltmiş oldu.

Məsələ ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Prezident müsahibəsində Ermənistanla münasibətlər mövzusunda bir neçə məqama toxunub:

- Ölkə başçısının dediklərindən belə başa düşüldü ki, sülh bölgə üçün vacibdir, amma Ermənistan bunu istəmirsə, Azərbaycan üçün bu, vacib deyil. Sərhədlərin müəyyənləşməsi ilə bağlı Prezident müəyyən irəliləyişlərin olduğunu qeyd etdi. Eyni zamanda, Zəngəzur dəhlizinə toxundu. Bu, önəmli məsələ idi.

Bilirsiniz, artıq dəhlizlə bağlı tikinti işlərini Azərbaycan yekunlaşdırıb və sərhədə qədər bu məsələ həllini tapıb. Bu addımlar ondan xəbər verir ki, dəhliz olmalıdır. Dəhlizin açılması ilə bağlı fikir olmasaydı tikinti işləri aparılmazdı. Hesab edirəm ki, İlham Əliyev dəhliz açılmalıdır və açılacaq deməklə Ermənistan rəsmilərini, Baş nazir Nikol Paşinyanı qərar verməkdə tələsməyə çağırır. Bakının mesajı budur ki, Zəngəzur dəhlizi açılacaq, sadəcə bunu tezləşdirmək üçün İrəvan siyasi qərar verməlidir.

- Ermənistan tərəfi dəhliz məntiqinə qarşıdırsa, siyasi qərar verəcəkmi?

- Paşinyan hansısa orta yol tapmağa çalışır. Ötən il erməni rəsmiləri tərəfindən belə fikir səsləndirildi ki, fiziki təmas olmadan Azərbaycan vətəndaşları dəhlizdə yoxlanılması həyata keçirilə bilər. Amma Ermənistan tərəfindən bu istiqamətdə də addımlar atılmır. Halbuki bu təklifi də müzakirə etmək olar. Azərbaycanın əsas tələbi odur ki, Azərbaycan vətəndaşları ölkənin bir tərəfindən digər tərəfinə, yəni Naxçıvana gedərkən yoxlanılmamalıdır. Ermənistan isə buna “yox” deyir, əsaslandırır ki, bu, guya Ermənistanın suveren hüquqlarına uyğun deyil. Bu fikir ayrılığı dəhlizin açılmasına imkan vermir. Amma gec-tez Ermənistan qəti qərar verməli olacaq. Bakı isə bu qərarı tezləşdirməyi məsləhət görür.

Hesab edirəm ki, birinci  mərhələdə sülh sazişi imzalanmalıdır. Zəngəzur dəhlizini sülh sazişinin önünə qoymaq çətindir. Sülh sazişi istiqamətində də irəliləyiş var. Paşinyan bu yaxınlarda bəyan etdi ki, sülh sazişinin mətni 90 faiz hazırdır. Bunu rəsmi Bakı da təsdiq edir. Yeganə məsələ Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi məsələsidir ki, bu, sülh sazişini gecikdirir. Minsk Qrupunun ləğvi məsələsində də məncə artıq ortaq baxış var. Paşinyan Əliyevin şərtini qəbul etməyə hazırdır ki, Minsk Qrupundan birlikdə imtina edilsin. Sülh sazişindən sonra Zəngəzur dəhlizinin açılması istiqamətində irəliləyiş əldə etmək olar. Sazişdən əvvəl dəhlizin açılması problemli məsələdir.

- Zəngəzur dəhlizi sanki arxa plana keçmişdi. Amma Prezident son bəyanatı ilə dəhliz məsələsinin gündəmdən düşmədiyini göstərdi...

- Əslində Zəngəzur dəhlizi Azərbaycan üçün sanki cazibəsini itirib. 44 günlük müharibədən sonra Azərbaycan rəsmiləri az qala hər gün dəhlizlə bağlı danışırdılar. Son bir ildə aktiv müzakirə getmir. Çünki rəsmi Bakı gördü ki, İrəvan dəhliz məsələsini həll etmək istəmir. Üstəlik, Azərbaycanın Bakı-Tiflis-Qaras marşrutumuz var ki, bu, alternativdir. Eyni zamanda, İranla razılaşmamız var ki, Araz çayının sahili ilə Naxçıvana gediş-gəliş yolu olacaq. Bununla Azərbaycan tərəfi Ermənistana mesaj göndərir ki, Bakı Zəngəzur dəhlizindən asılı deyil, alternativ layihələr var. Hesab edirəm ki, Prezidentin məsələyə yenidən toxunmasının səbəbi bu mövzuda verilən sualdır. Suala cavabında isə Azərbaycan lideri yenidən İrəvana cağırış etmiş oldu.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://ayna.az
archiveBu xəbər 14 Yanvar 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri