Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

İrəvanda Azərbaycana qarşı təxribat: Ermənistan hakimiyyəti separatçılara niyə göz yumur?

İrəvanda Azərbaycana qarşı təxribat: Ermənistan hakimiyyəti separatçılara niyə göz yumur?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ermənistanın paytaxtı İrəvanda Qarabağda fəaliyyət göstərmiş separatçılara həsr olunan qondarma "Artsaxın çağırışı" adlı memorial kompleksin açılışı baş tutub. Mərasimdə qondarma rejimin sonuncu başçısı Samvel Şahramanyan, erməni müxalifətinin nümayəndələri və bir sıra ictimai xadimlər iştirak ediblər. Tədbir zamanı Azərbaycan əleyhinə revanşist çıxışlar səsləndirilib, Qarabağa dönüş iddiaları dilə gətirilib.

"Abidə"nin yanında Qarabağdan qaçan separatçıların əski parçası və Ermənistanın bayraqları da yerləşdirilib. Diqqətçəkən məqam isə ondan ibarətdir ki, bu hadisə Azərbaycanla sülh sazişini paraflayan rəsmi İrəvanın susqunluğu fonunda baş verib. Bu da Ermənistanın rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Sülh gündəliyinə sadiqlik iddiasında olan Ermənistan hökumətinin bu kimi təşəbbüslərə göz yumması ölkənin Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərmək öhdəliyini şübhə altına alır və regionda gərginliyi yenidən körükləyə bilər.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov bildirib ki, İrəvanda separatçıların "xatirəsinə" memorial kompleksin açılışı bu ölkənin Vaşinqtonda götürdüyü öhdəliklərlə daban-dabana ziddir və Azərbaycan ilə Ermənistan arasında sülh naminə etimad mühitinin formalaşmasına ciddi təhdid yaratmaqla İrəvanın sülh niyyətlərini şübhə altına alır:

"Məlumdur ki, Azərbaycan Respublikası və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişlə tərəflər bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırmayacağını təsdiq ediblər. O cümlədən tərəflər digər tərəfin ərazi bütövlüyü və siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı hərəkətə, eləcə də belə hərəkətin planlaşdırılması, hazırlanması, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklərinə dair öhdəlik götürüblər. Bütün bunların fonunda Ermənistanın tarixin arxivinə göndərilmiş mövzuya yenidən müraciət etməsi, yaxud Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına zidd hərəkətlərə göz yummaqla dolayısı ilə dəstəkləməsi qəbuledilməzdir".

Deputat vurğulayıb ki, Azərbaycan ərazilərini 30 ildən artıq bir müddətdə işğal və təcavüzə məruz qoymuş Ermənistanın həmin dövr ərzində dövlət səviyyəsində törətdiyi cinayətlərin nəticələrinin aradan qaldırılmasına və beləliklə də, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə fokuslanmalı olduğu halda, Ermənistanın bu kimi təxribatlara birbaşa və ya dolayısı ilə əl atması regiona, ələlxüsus elə Ermənistanın özünə yaxşı heç nə vəd etmir:

"Azərbaycan və Ermənistan arasında artıq paraflanmış Sazişin 8-ci maddəsində separatizmin bütün təzahürlərini pisləyən Ermənistan cari addımı ilə beynəlxalq öhdəliklərinə hörmətlə yanaşmadığını göstərərək Azərbaycanın Ermənistan konstitusiyasında dəyişikliklərlə bağlı israrında nə qədər haqlı olduğunu göstərmiş olur. Yəni İrəvan nümayiş etdirir ki, imzaladığı istənilən beynəlxalq müqaviləni poza biləcək potensiala malikdir və bu səbəbdən Azərbaycan Respublikası Ermənistan konstitusiyasında müvafiq ərazi iddialarını ehtiva edən maddələrin mövcudluğundan əbəs yerə narahatlıq keçirmir".

"Bütün bunların fonunda, əgər Ermənistan hələ də sülh, sabitlik və əməkdaşlıq mühitində maraqlı olduğunu və öhdəliklərinə sadiq qaldığını sübut etmək istəyirsə, birmənalı şəkildə adıçəkilən abidə də daxil olmaqla, regionda, xüsusən bu ölkədə azərbaycanlılara münasibətdə dözümsüzlük, irqi nifrət, ayrı-seçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini ehtiva edən ədəbi-bədii, o cümlədən heykəltəraşlıq nümunələrini sıradan çıxarmalı, bununla da etimad quruculuğu tədbirlərində səmimi olduğunu praktik olaraq nümayiş etdirməlidir", - millət vəkili fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri