İrəvanda Fransa səfirliyinin tədbirində kütləvi zəhərlənmə
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
İyulun 14-də İrəvanda Fransanın milli bayramına həsr olunmuş tədbirdən sonra qonaqların əksəriyyəti bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Gununsesi.info erməni KİV-ə istinadən xəbər verir ki, açıq havada istidə təşkil edilən qəbuldan bir neçə saat sonra bir çox qonaq bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya müraciət edib.
Məlumata görə, Fransanın Ermənistandakı səfirliyi qonaqların zəhərlənməsindən sonra üzr istəyib. Eyni zamanda, diplomatik nümayəndəlik simptomların səbəblərinin müəyyənləşdiriləcəyinə ümid edir.
Qeyd olunub ki, Fransa səfirliyi məsələ ilə bağlı Ermənistan Səhiyyə Nazirliyi ilə əlaqədədir.
Fransa səfirliyinin qəbuluna çox sayda qonaq, o cümlədən hökumət nümayəndələri, siyasətçilər, ictimai xadimlər, səfirlər dəvət edilib. Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan da tədbirdə iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 18 İyul 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















