Icma.az
close
up
RU
İrəvanda gərginlik: Arxiyepiskop Paşinyanın yerinə namizəd oldu

İrəvanda gərginlik: Arxiyepiskop Paşinyanın yerinə namizəd oldu

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Saxlanılandan bir neçə saat sonra və həbs olunmazdan əvvəl Mikael Acapaxyan baş nazir postuna namizədliyini irəli sürməkdən imtina edib və bildirib ki, mənəvi xidmət onun üçün hər şeydən önəmlidir. 

Sonra şayiələr yayıldı ki, o, katolikosdan xeyir-dua almayıb”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazıb. 

Adıçəkilən mətbuat orqanı katalikosun bu addımının vəziyyəti gərginləşdirməmək və Paşinyanın mərhəmətini qazanmaq cəhdi kimi şərhi edir.

“Lakin məlumatlı mənbələrə görə, bu əbəsdir. Növbəti təzyiq hədəfi onun özü ola bilər. Əldə etdiyimiz məlumata görə, Acapaxyanın namizədliyini təqdim edən Edmon Marukyan geri çəkilmir və onun namizədliyinin irəli sürülməsi üçün katolikosdan razılıq almağa davam edir. 

Bu namizədlik ətrafında görünməmiş konsolidasiya baş verib: 36 deputat petisiyanı imzalayıb ki, bu da layihənin parlamentə təqdim edilməsi üçün kifayətdir. 

Acapaxyan özü də əvvəlki müsahibələrində namizədliyinin mümkünlüyünü istisna etməyib:

“Əgər katolikos xeyir-dua verirsə, niyə də olmasın?” Marukyanın katolikosla konkret kimin vasitəsilə danışıqlar apardığı açıqlanmır”,-nəşr belə qeyd edir. 

Qeyd edək ki, Eçmiədzin kilsəsi və revanşist müxalifət lazım olan 36 imzanı topladığına görə Baş nazir Nikol Paşinyana qarşı impiçment məsələsini parlamentin müzakirəsinə çıxartmaq istəyir.

2024-cü ildə “Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın baş nazir postuna namizədliyi irəli sürülsə də, kilsə-müxalifət ittifaqı lazım olan səsi toplaya bilməmişdi. Arxiyepiskop Mikael Acapaxyan lazım olan dəstəyi toplaya bilmiş ilk namizəddir. 

Lakin onun baş nazir olması üçün ciddi hüquqi və siyasi maneələr olduğundan, impiçment prosedurunun baş tutacağı inandırıcı görünmür. İlk növbədə, Acapaxyan parlament müxalifətinin tam dəstəyini qazanmağa nail olsa da baş nazirə etimad məsələsinin parlamanetdə gündəliyə çıxarılması üçün ən azı 54 səs lazımdır. 

Ermənistan konstitusiyasının 115-ci maddəsinə görə, baş nazirə etimadsızlıq qərarı deputatların ümumi sayının səs çoxluğu ilə - təkrar səsvermə yolu ilə qəbul edilir. Qətnamə qəbul olunarsa, baş nazir istefa vermiş hesab olunur. 

Ermənistan parlamentində üçdə iki səs çoxluğunun Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” fraksiyasına aid olduğunu nəzərə alsaq, impiçment prosedurunun reallaşacağı və Acapaxyanın qalib gələcəyi nə hüquqi, nə də siyasi cəhətdən mümkündür. 

Əksinə, müxalifətin və kilsənin vahid namizədinin məğlubiyyəti gələn il keçiriləcək parlament seçkilərində Paşinyanın siyasi mövqelərini daha da gücləndirə bilər. Ona görə də baş nazirə impiçment təşəbbüsü kilsəyə qarşı siyasi təzyiqləri daha da artıracaq. 

Çox güman ki, katalikos II Qaregin bunları bildiyindən arxiyepiskop Acapaxyanın namizədliyinə dəstək verməməklə hakimiyyətin daha kəskin hücumlarından yayınmağa çalışır. 

Əks təqdirdə, II Qareginin Paşinyanı impiçment yolu baş nazir postundan salmaq çağırışı terror törətmək və hakimiyyəti güc yolu ilə devirmək ittihamı ilə bir sıra ruhanilərə qarşı açılmış cinayət işi üzrə məsuliyyətə cəlb olunmasına gətirib çıxara bilər. Bu isə Paşinyana katalikosun istefasına nail olmaq imkanı yaradır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: İrəvan Arxiyepiskop Paşinyan namizəd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyul 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri