Icma.az
close
up
RU
İrəvanda Muradovun başına nələr gəlib? Özü hər şeyi danışdı

İrəvanda Muradovun başına nələr gəlib? Özü hər şeyi danışdı

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, sentyabrın 22-də Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov Ermənistanda səfərdə olub. O, İrəvanda NATO Parlament Assambleyasının 108-ci Rouz-Rot seminarında iştirak edib.

Globalinfo.az bildirir ki, Murad Muradov səfərdən sonra Bakupost.az-a özəl açıqlamalar verib. İrəvanda təhlükəsizlik məsələlərindən danışan Murad Muradov bildirdi ki, bu baxımdan onun üçün xüsusi qaydalar olub:

“Təhlükəsizlik məsələləri ilə bağlı qaydalar çox sərt idi. Qarşılanma oldu, aeroportun təhlükəsizlik departamentinin işçiləri məni müşaiyət edirdilər. Pasportun aparılması, yüklərin daşınması hər biri mənim üçün xüsusi idi, heç kimlə birbaşa ünsiyyətdə olmadım. Hər yerə xüsusi avtomobillə gedirdim, ən azı iki nəfər yanımda olurdu. Hətta şəhərə çıxanda mənimlə 4 nəfər gəlirdi. Ümumiyyətlə sırf proqram əsasında harasa getmək olurdu, gəzintim məhdud idi. Nəqliyyatda Bakıdakı kimi sıxlıq var idi, bu səbəbdən harasa getmək xeyli vaxt alırdı.

Murad Muradov bildirdi ki, jurnalistlər ənənəvi olaraq onu mübahisəyə çəkməyə çalışıblar və hələ də sülhü qəbul edə bilməyənlər var:

“Media nümayəndələri mənə təxribat xarakterli suallar ünvanlayırdılar, məni sərt dialoqa, mübahisəyə çəkmək istəyirdilər. Bəzi cavablarım onları qane etmirdi, məsələn Bakıdakı məhbuslarla bağlı. Jurnalistlərin bəziləri bizim sülh niyyətimizə şübhə ilə yanaşırdılar. Amma mən suallara cavab verdikdən sonra heç kim mübahisə etmirdi.

Tədbirdəki ekspertlər də hazırkı vəziyyəti anlayır və konstruktiv yanaşırdılar. Seminarın əvvəlində Ermənistan rəsmiləri çıxış etdilər. Təhlükəsizlik Şurasının rəhbəri, müdafiə naziri və digərləri deyirdilər ki, Baş nazir Nikol Paşinyan Ermənistan üçün lazımdır, qarşıda bizi sülh gözləyir, kommunikasiyaların bərpası barədə danışırdılar. Ekspertlər də mənim səfərimin əhəmiyyətli olduğunu vurğulayırdılar və bildirirdilər ki, nə vaxtsa onlar da Bakıya gələ bilərlər” , – deyə Topçubaşov Mərkəzinin direktor müavini qeyd etdi.

Murad Muradov İrəvanda qidalanması, gəzintisi və təəssüratları barədə də məlumat verdi:

“İki gündə məni orda restoranlara da apardılar. Demək olar ki mətbəxlərimiz eynidir, hətta yeməklərin adları da oxşardı. Həmçinin musiqilərlə bağlı da eyni fikri demək olar. Bizi Əlyazmalar İnstitutuna apardılar, hansı ki, iki min illik kitablar, əlyazmalar, xəritələr nümayiş olunurdu. Orda Qafqaz Albaniyasına aid eksponatlar var idi, bələdçi də elə olduğu kimi izah edirdi. Görünürdü ki, bunu mənimsəməyə çalışmırlar, xoşuma gəldi. Yəni bu tarixi də qəbul ediblər”.

Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov sonda əlavə etdi ki, ümumiyyətlə 30 il münaqişə şəraitində olduğumuzu, 5 il əvvəl müharibə yaşadığını düşünəndə İndi İrəvana gedə bilmək maraqlı hislər yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri